Azərbaycan Respublikası Dövlət Neft Şirkəti



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə51/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   47   48   49   50   51   52   53   54   ...   84
Dənizdə təhlükəsizlik

3. Su sızması ilə mübarizə.
3.1. Dəliyin taxta tıxacla, pazla, rezin döşəkcəli və 
şaybalı boltla tutulması.
Dairəvi və ya ona yaxın şəkilli kiçik dəlikləri 
şamlıq tıxaclarla 
(şəkil 3.1)
tutur, əgər mümkündürsə - 
rezin döşəkcəli və şaybalı bolt 
tətbiq edirlər (şəkil 3. 2).
Şəkil 3.1. Tıxacla dəliyin tutulması. 1 - tıxac; 2 - sarğı; 
3 – gövdənin üzlüyü.
Kəsilmiş xarakterli dəlikləri, yəni çatları şamlıq pazla tutmaq olar. Gövdə
çatlarının gələcəkdə yayılma mümkünlüyü ilə əlaqədar, onların tutulması olduqca
115


böyük mürəkkəbliyi təmsil edir. Onlarla işləyərkən zədələnən hissəni təmizləyərək
və çatın sonuclarını müəyyən edərək, sonucları 10–15mm diametrli burğu ilə
deşmək lazımdır (əgər qısa qapanma təhlükəsinə görə elektrik drelini istifadə
etmək mümkün deyilsə, pnevmodrel tətbiq etmək lazımdır). 
Şəkil 3.2. Boltun qoyulması. 
1 - bolt; 2 – rezin döşəkçə; 3 - şayba.
Çatlar ən enli hissədən başlayaraq kətan lifi (kudel) tətbiq etməklə şamlıq
paz vasitəsi ilə tutulur
 
(şəkil 3.3). Tam tutulmaya və filtrasiyanın aradan
qaldırılmasına qismən kiçik paz və tıxacların vurulması, ən dar yerlərə isə kətan
liflərinin tıxanılması ilə nail olunur. 
Şəkil 3.3. Paz vasitəsilə su sızmasının aradan qaldırılması 
1 – şamlıq paz; 2 - tıxac; 3 – kətan lifi;
116


Sülügən (surik) və ya texniki piy sürtülmüş əski ilə bükülmüş paz və ya
tıxacı 4 metrdən az olan dərinlikdə dəliyin tutulması zamanı istifadə etmək tövsiyə
edilir, çünki suyun hidrostatik təzyiqinin onları dəlikdən vurub çıxarma təhlükəsi
mövcuddur. Dəliklərin etibarlı tutulması üçün, paz və tıxacların sonuclarını
düzəldərək dayaqlı taxta lövhə vasitəsilə onları təsbit etmək lazımdır. 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin