Gəminin zədələnən gövdəsinin betonla tutulması digər üsullara nisbətən
böyük üstünlüklərə malikdir, çünki etibarlığı, uzun müddətliyi və germetikliyi ilə
fərqlənir. Betonlama vasitəsilə təkcə gövdənin su buraxmasını aradan qaldırmaq
deyil, həmçinin zədələnmiş gövdə rayonunda möhkəmliyi qismən bərpa etmək
mümkündür. Dəliklərin betonla tutulması, plastırla dəliyin müvəqqəti
tutulmasından sonra gəmi gövdəsinin, xüsusilə də, çətin girilə bilən yerlərinin
(buxar qazanlarının, mexanizmlərin bünövrəsinin altında, gəminin sonuclarda və
alt çıxıntısında) etibarlı hermetikləşdirilməsi üçün həyata keçirilir. Bundan əlavə,
təcrübə göstərir ki, daşlar və ya sərt qrunt üzərində oturan gəmilərin su basmış
bölmələrinin germetikliyini əksər hallarda yalnız betonlamaqla bərpa etmək
mümkün olmuşdur.
Zədələnmələrin betonlanmasının nöqsanları ondan ibarətdir ki, bu
mürəkkəb və ağır proseduradır. Beton titrəməni pis qəbul edir və dartınmaya kiçik
müqavimətə malikdir. Betonlamanı quru otaqda aparmaq lazımdır, su altında
betonlama daha çətin və az etibarlıdır.
Betonlama ilə suüstü və sualtı dəliklər tutula bilər. Ən sadə gəminin
mövcud su xəttindən yuxarıda yerləşən dəliyin tutulmasıdır, haçan ki, qaz və ya
elektrik qaynağı ilə bu kipsizlilərin qaynaqlanması mümkün deyil. Bu cür tutulma
üzlükdə kiçik deşiklər, çatlar olarkən yerinə yetirilir, hansılar ki, plastırlar, tıxac və
pazlar vasitəsi ilə ilkin olaraq bağlanılır; kəpitkələnir; gəmi gövdəsi zədələnmə
rayonunda gövdə mükəmməl təmizlənir, çətin girilə bilən yerlərdə onu lehim
lampası ilə yandırmaq olar; taxta qəlib qurulur və beton tökülür.
Dostları ilə paylaş: