İlk yardım qutusunda aşağıdakı əşyalar olmalıdır:
- antiseptik sarğı vasitələri;
bintlər;
pambıq;
pambıqlı-cunalı bint (sınıqlar zamanı sarğılamaq üçün);
ağzı sürtülüb kipləşdirilmiş tıxacla şüşə qabda yod məhlulu;
gözləri yumaq üçün 2-4%-li bor turşusu məhlulu;
naşatır spirti;
vazelin;
donmuş dəriyə çəkmək üçün bor mazı;
efir-valeryan damcısı;
manqan turşulu kalium;
hidrogen peroksidi;
validol;
həm dərman qəbulu və həm də gözləri yumaq üçün uzun lüləkli qab və ya kiçik
çaydan;
qanaxmanı dayandırmaq üçün jqut;
sınmalar və çıxıqlar zamanı ətrafları bərkitmək üçün yığılan faner şinalar;
sabun;
məhrəba.
Ağızı açmaq, dili çıxarıb saxlamaq və s. üçün alətlər dəsti ilə süni tənəffüs
aparatı, eləcə də zərərçəkənlərin daşınması üçün xərəklərlə gəmilərin təmin
olunması məsləhət görülür.
Dostları ilə paylaş: