Azərbaycan Respublikası Dövlət Neft Şirkəti


Yaralanma zamanı ilk yardım



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə63/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   59   60   61   62   63   64   65   66   ...   84
Dənizdə təhlükəsizlik

4.2. Yaralanma zamanı ilk yardım
İstənilən yara yaralayan əşyada, zərərçəkənin dərisində, yardım edənin
əllərində, çirkli sarğı materiallarında olan mikroblarla tez bir zamanda çirklənə
bilər.
138


Yaranın çirklənməsindən qaçmaq üçün sarğı zamanı bu qaydalara ciddi
riayət etmək lazımdır: ilk yardım göstərən sabunla əllərini təmiz yumalıdır və
yaxud nəyəsə görə bunu etmək mümkün deyilsə, barmaqlara yod məhlulu
çəkmək lazımdır. Lakin hətta yuyulmuş əllərlə belə yaraya toxunmaq olmaz.
Yadda saxlamaq lazımdır:
- yaranı su və yaxud hər hansı-bir dərman maddələri ilə yumaq, dərman
tozu səpmək, mazlarla örtmək olmaz; bütün yuxarıda sadalananlar sağalmaya
maneçilik törədir, bu halda dərinin üstündən çirk yaraya keçirilir və onun sonrakı
irinləməsinə səbəb olur;
-qan laxtaların yaradan götürmək olmaz, çünki bu güclü qanaxmaya səbəb ola
bilər;

yaranı izolyasiya lent ilə sarımaq olmaz, yaraya hörümçək toru qoymaq olmaz,
çünki orada adətən tetanus mikrobu tapmaq olar.
İlk yardım qutusunda (çantasında) olan fərdi paketi (istifadə qaydası onun
arxasında yazılıb) açmaq, steril sarğı materialını yaranın üstünə qoymaq və bintlə
bağlamaq lazımdır.
Yaranı örtmək üçün istifadə olunan sarğı materialını elə qaydada açmaq
lazımdır ki, sarğının yaranın üstünə qoyulacaq hissəsinə əl ilə toxunulmasın. Əgər
fərdi paket yoxdursa, o zaman sarğı üçün təmiz burun dəsmalını (imkan varsa -
yeni ütülənmiş) və ya təmiz kətan parçasını istifadə etmək lazımdır. Parçanın
bilavasitə yaranın üstünə oturan hissəsinə, yaradan böyük ləkə yaratmaq üçün yod
məhlulu damcılamaq, sonra parçanı yaranın üstünə qoymaq lazımdır. Xüsusilə
çirklənmiş yaralar zamanı yod məhlulunu bu qaydada istifadə etmək
əhəmiyyətlidir.
4.3. Qanaxma zamanı ilkin yardım
Xarici qanaxmalar həm arterial, həm də venoz ola bilər. Arterial qanaxma
zamanı qan al rəngli olur və damardan nəbzi şırnaqla (təkanla) axır; venoz
qanaxmada qan tünd rəngli olur fasiləsiz olaraq axır. Ən təhlükəli arterial
qanaxmadır.
Qanaxmanı dayandırmaq üçün lazımdır:
- bədənin yaralanan hissəsini yuxarı qaldırmaq;
139


- qanı axan yaranı paketdən yumaq şəklində yığılmış sarğı materialı ilə
bağlamaq və barmaqlarla yaraya toxunmayaraq 4-5 dəqiqə ərzində sıxıb saxlamaq;
əgər qanaxma dayanarsa, o zaman qoyulmuş materialı çıxartmadan onun üzərindən
digər paketdən daha bir balışcığı və ya pambıq parçasını qoyub sarğılamaq (bir
qədər təzyiqlə);
- möhkəm qanaxma zamanı, əgər o, sarğı ilə dayanmırsa, ətrafı oynaqdan
qatlamaq, eləcə də əl ilə, jqutla və ya burğu vasitəsilə yaralı sahəni qidalandıran
qan damarlarının sıxılmasını tətbiq etmək. Böyük qanaxmanın bütün hallarında
təcili surətdə həkimin çağırması mütləqdir. 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin