Buruna su çəkmək və tez-tez burunu təmizləmək lazım deyil, bu
qanaxmanın dayandırılmasına mane olur.
Qulaqdan qanaxma zamanı səs yoluna tənzif zolağından ibarət tampon
salmaq və qulaq nahiyəsinə soyuq kompres və ya buzla kisəcik qoymaq lazımdır.
Möhkəm əzilmə, döş qəfəsinin zədələnməsi nəticəsində və ağ ciyərlərin
bəzi xəstəlikləri zamanı ağızdan qan gələrkən, xəstəni başı yuxarı olmaqla dərhal
yatağa uzatmaq və döş qəfəsinin üstünə soyuq suda isladılmış və sıxılmış məhrəba
və ya buzla rezin kisəcik qoymaq lazımdır. Xəstə sakit uzanmalı, dərindən nəfəs
almamalı, danışmamalı və öskürməkdən özünü saxlamalıdır. Xəstəyə bir qaşıq
xörək duzu vermək faydalıdır, hansını ki, bir neçə qurtum soyuq su ilə içməlidir
(buz parçası da istifadə etmək olar). Gündə 3 dəfəyə qədər öskürəyə qarşı toz
dərman tozu vermək lazımdır. Xəstəyə çaxır, isti çay, kofe və yemək vermək
olmaz.
Dostları ilə paylaş: