Şəkil 3.12
Açılan metal dayağın istifadəsi (taxta tirlərlə müqayisədə) dəliklərin
tutulmasını sürətləndirir və tiri yerinə oturdurmaq və pazlamaq üçün onu kəsməyə
ehtiyac olmamağı hesabına dəliyin tutulmasını asanlaşdırır.
Dayağın qoyulma əməliyyatı aşağıdakı qaydada həyata keçirilir:
mili borudan çıxarırlar;
xarici borunun (5) dabanaltısını (1) hər hansı bir möhkəm konstruksiyaya
(gəminin gövdəsi, mexanizmin binövrəsi) söykəyirlər (şəkil 3.13);
daxili borunu (6) xarici borudan elə hesabla çıxarırlar ki, onun dabanaltısı (8)
plastıra yaxınlaşsın;
sonra daxili borunun ən yaxın oval kəsiyinə mil (çiv) (4) qoyur və qulplar (3)
vasitəsilə qaykanı (2) fırladaraq plastırı dəliyə sıxırlar. Qayka fırladılan zaman
daxili boru çıxaraq dabanaltıları bərkidilən konstruksiyaya və plastıra sıxır.
Dostları ilə paylaş: