14
xassə predmet və hadisənin ancaq bir cəhətini, konkret bir xüsusiyyətini bildirdiyi halda,
keyfiyyət predmetin bütövlüyünü ifadə edir. Cisim bu və ya digər xassəsini itirməklə
köhnə keyfiyyətindən çıxmır, yenə də yaşayır, lakin keyfiyyətini itirməklə köhnə halını
da itirir, başqa keyfiyyət kəsb edir. Lakin cismin bütün xassələrini itirməsi, onun elə
keyfiyyətini itirməsi deməkdir. "Alma" əgər dadını, iyini, görünüşünü, fiziki xassələrini
və s. itirirsə, o artıq alma deyil, lazımsız bir əşya, tullantıdır. Keyfiyyət və xassə
obyektivdir, cisim və hadisələrə daxilən xasdır, atributiv səciyyə daşıyır.
Kəmiyyət
- cisim və hadisələri fərqləndirən obyektiv dərəcədir.
Kəmiyyət -
predmet və əşyanın məkanda ölçüsünü,
çəkisini, yerləşmə ardıcıllığını,
böyüklüyünü, həcmini, sürəkliyini, dəyişmə sürətini, inkişaf dərəcəsini,
intensivliyini, ümumiyyətlə miqdar müəyyənliyini ifadə edən fəlsəfi kateqoriyadır.
Bir qayda olaraq kəmiyyət rəqəmlə ifadə olunur, ölçü, çəki, həcm və s bildirir.
Ölçü anlayışı isə müəyyən zaman və interval daxilində cisim və hadisənin
vəhdət halında götürülmüş öz kəmiyyət və keyfiyyətinin olduğunu ifadə edir.
Deməli, hər bir cismin keyfiyyət və kəmiyyəti müəyyən ölçü daxilində mövcud olur. Bu
mənada Hegel qeyd edirdi ki, ölçü cismin kəmiyyət-keyfiyyətidir.
Ölçü-kəmiyyət
xassələrinin elə mövcudolma intervalıdır
ki,
həmin çərçivə daxilində mütləq cismin
keyfiyyəti də mövcud olur.
Ölçü pozulduqda, onun "sərhəddi keçildikdə", necə
deyərlər, cisim köhnə halında qala bilmir, o başqa cismə çevrilir.
Dostları ilə paylaş: