20
mövqelərində duran Hegel bu qanunun fəaliyyət
mənbəyini və mahiyyətini də
idealistcəsinə mənalandırmışdır. Hegelin dialektik sistemində inkişaf məntiqi
ziddiyyətlərin əmələ gəlməsi və aradan qaldırılmasından ibarətdir. Bu mənada inkişaf
köhnə mərhələnin daxilən inkar edilməsidir, sonra isə həmin
inkar edən yenə də bir
müddət inkişafından sonra inkar olunur: inkarı inkar baş verir. Bu inkarlı inkişafda isə
köhnə tamam yox olmur, sanki inkar olunan həm də bərpa olunur, yenidən təkrar edilir.
Hegelin fikrincə, inkarın əsasında ideyanın, fikrin inkişafı və dəyişməsi durur,
gerçəklikdəki inkarlılıq fikri inkarın əşya və hadisələrdə özünü göstərməsidir. Lakin bu
qanunun məzmununa daxil olan bir sıra məsələlər-yeninin qarşısıalınmazlığı, köhnənin
inkar edilməsi, inkişafda varislik əlaqəsi, inkişafın düz xətt üzrə getməməsi və s. fəlsəfə
tarixində Hegeldən çox əvvəllər də məlum idi.
İnkarlı inkişaf xüsusiyyəti gerçəklik hadisələrinə daxilən xasdır, o hadisələrə
kənardan
gətirilə bilməz, obyektivdir, maddi hadisələrin inkişafının real momentidir.
"Heç bir sahədə öz əvvəlki mövcudluq formalarını inkar etməyən inkişaf baş verə
bilməz" (K.Marks). Təbiət, cəmiyyət və təfəkkür inkişafının verdiyi çoxsaylı və hətta
sadə, adi məlumatlar belə inkarı inkarın ən ümumi qanun olduğunu aydın sübut edir.
Neçə milyon illərlə davam edən Yer qabığının inkişafı və formalaşması bir neçə geoloji
dövrlərdən keçmişdir. Əvvəlki mərhələ üzərində əmələ
gələn hər bir yeni dövr
köhnədən özünə zamin götürərək onu əvəz etmiş, bu prosesin təkrarı üzrə inkarlı inkişaf
baş vermişdir. Elmi məlumatlara görə Yer üzərində insanın əmələ gəlməsindən
indiyədək təqribən 55-ə yaxın nəsil bir-birini əvəz etmiş, bəşəriyyətin inkişafı mümkün
olmuşdur. Lakin hər nəsl köhnə nəslin yaratdığı maddi və mənəvi sərvətlərdən özünə
faydalı olanları mənimsəmiş, ümumi varislik yaradaraq köhnəni
inkar edə-edə inkişaf
etmişdir. F.Engels "Anti Dürinq" əsərində arpa dəninin timsalında inkarı-inkarı belə
izah etmişdir: "Əlverişli iqlim şəraitində, rütubət və Günəş şüaları altında torpağa
düşmüş arpa dəni cücərir, həmin cücərti üçün əlverişli nə varsa "götürülür", sonra əmələ
gələn arpa gövdəni inkar edir, lakin toxum "yox olmur", onda cücərti üçün əlverişli
nə
varsa "götürülür", sonra əmələ
gələn arpa gövdəni inkar edir, inkarı-inkar baş verir,
inkişaf davam edir". Cəmiyyət və idrak hadisələri də belədir. Köhnə zəminə
əsaslanmayan və onu inkar etməyən heç bır sosial-siyasi hadisə (sinif, dövlət, istehsal,
mədəniyyət və s.) baş verib inkişaf edə bilməz. Biliklərimiz biliksizlikdən az biliyə, az
bilikdən daha zəngin, daha dərin biliyə doğru sonsuz inkarlı bir yol keçir.
Lakin inkarı-inkar nə qədər ilkin ana qayıtma, köhnənin təkrar edilməsi olsa da, bu
heç köhnəyə sadəcə qayıdış, köhnənin olduğu kimi təkrarlanması demək deyildir; onun
yeni əsaslarda inkişafı, daha da zənginləşməsi, yüksəldilməsidir. Bu, "yeni anlayışdır,
lakin
köhnəyə nisbətən daha yüksək, daha zəngin anlayışdır. Köhnə onun inkarı və
21
ziddiyyətləri ilə zənginləşmişdir: inkar edən özündə köhnəni də əks etdirir, lakin daha
çox, onun özündə olandan daha artıq əks etdirir. Bu, onun vəhdəti və əkslikləridir".
İnkarı inkar qanununu səciyyələndirən əsas anlayışlar bunlardır:
Dostları ilə paylaş: