126
türk dillərinin bir-birinə yaxınlaşması, həmin dillər arasındakı münasibətlərin yeni
mərhələyə qalxması bu günün başlıca reallıqlarından biridir.
Müasir türkologiyanın qarşısında duran
mühüm problemlərdən biri də
Azərbaycan – Özbəkistan çoxtərəfli münasibətlərdə dil amilinin rolunu
müəyyənləşdirmək, xalqların ümumi və tarixi inkişafını dərindən öyrənməkdir. Bu
dillərin müqayisəli şəkildə tədqiqi onların ümumi inkişaf qanunauyğunluqlarını,
hər birinin oxşar və fərqli xarakterik cəhətlərini müəyyənləşdirir.
Azərbaycan – Özbəkistan əlaqələri zəngin tarixi köklərə bağlıdır, iki ölkə
arasında qarşılıqlı münasibətlər uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan
xalqlarını yaxın adət və ənənələr, ümumi dil ailəsi və din faktoru birləşdirir.
Özbək dili türk dillərinin karluq\uyğur qrupuna daxildir, Özbəkistanın rəsmi
dövlət dilidir, ana dili kimi 20 milyon 400 mindən çox insan tərəfindən işlədilir.
Azərbaycanda özbək dilinə həsr edilmiş tədqiqatlar 70-ci illərdən
başlanmışdır. Universitetlərdə «Türk dillərinin müqayisəli qrammatikası»
fənni
tədris olunur, bu dərsliklərə dair proqram və metodiki göstəriş, tövsiyələr tərtib
olunur. «Türkologiyanın əsasları» və «Türk dillərinin müqayisəli qrammatikası
(fonetika, morfologiya, sintaksis)” dərsliklərini yazmış professor Fərhad Zeynalov
kitablarında özbək dilinə xeyli yer ayrılmış və bu dil digər müasir türk dilləri ilə
müqayisə olunmuşdur (bax: Zeynalov F. Müasir türk dillərində köməkçi nitq
hissələri. Bakı, «Maarif», 1971; Zeynalov F. Müasir türk dillərində ədat və modal
sözlər. Bakı, 1965; Zeynalov F. Türk dillərinin müqayisəli qrammatikası. Bakı,
ADU nəşri, 1974; Türk dillərinin müqayisəli qrammatikası. Bakı, 1990 və s.).
Azərbaycan Pedaqoji Universitetinin professoru,
uzun müddət həmin
universitetin prorektoru olmuş Vilayət Əliyev Özbəkistanda aspiranturanı bitirmiş,
1986-cı ildə müvəffəqiyyətlə «Azərbaycan dilində feilin təsriflənməyən formaları.
Məsdər (özbək dili ilə müqayisədə)» mövzusunda dissertasiya müdafiə etmiş və
eyniadlı kitabı çap olunmuşdur.
Mübariz Yusifovun «Türkologiya giriş» (Bakı, 2001) kitabının bir hissəsi
«Türk dillərinin Cənub-Şərq arealı»na həsr edilmiş və burada özbək dilindən
ətraflı danışılır.
M.Musayevin «Türk ədəbi dillərində mürəkkəb cümlə sintaksisi» (Bakı,
«Mütərcim», 2011) adlı monoqrafiyasında müqayisə obyekti kimi özbək dili
götürülmüşdür.
Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin çap etdirdiyi 3 cildlik «Türk
dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri» monoqrafiyalarında
digər
türk dilləri kimi özbək dilinə xüsusi yer ayrılmışdır. Məsələn, Kamil Ramazanov
«Türk dillərində quş və bitki adları» məqaləsindəki illüstrativ materiallar və
mətnlər yalnız özbək dilinə aiddir.
127
İsmayıl Kazımovun 4 cildlik «Türk dillərinin müqayisəli fonetikası, leksikası,
morfologiyası və sintaksisi» kitabında özbək dili başqa türk dilləri ilə müqayisəyə
cəlb edilmişdir. Bu kitablardan universitetlərin filologiya fakültələrində dərs vəsaiti
kimi istfadə olunur, azərbaycanlı tələblər özbək dilinin fonetik,
leksik və
qrammatik özəllikləri ilə tanış olurlar.
Baba Məhərrəmli «Müstəqillik qazanmış türk dövlətlərinin (Azərbaycan,
özbək, qazax, türkmən, qırğız) dilində çoxmənalılıq problemi”ni tədqiq etmiş, Türk
dilləri şöbəsinin əməkdaşı Şəkər Orucova məhz özbək dilçisi A.Sayfullayevin
əsərləri əsasında «Türk dillərində xitab» adlı monoqrafiyasını yazmışdır.
Sevindik Vəliyev doktorluq dissertasiyasında sadə cümlənin struktur-
semantik aspektlərinin təhlilində özbək dilinə ayrıca bir fəsil ayrırmışdır. Müəllif
özbək alimlərindən T.S.Yadixanovanın, A.Xazratkulovun, A.S.Safayevin,
N.M.Maxmutovun, X.Qafurovun, A.Babayevanın və başqa tədqiqatçıların
əsərlərindən uğurla istifadə etmişdir.
Əlikram Əsədov «Müqayisəli terminologiya» (Bakı, Mütərcim, 2006) adlı
kitabında müasir mərhələdə Azərbaycan və özbək dili texniki terminologiyasını
müqayisə etmişdir
Təranə Şükürlünün 2010-cu ildə “Azərbaycan və özbək dillərində termin
yaradıcılığının əsas meyilləri” monoqrafiyası çap olunub. Bu əsərdə iki xalqın
maddi və mənəvi dəyərlərini, elmi düşüncə tərzini ifadə edən leksik qatların termin
formasında təzahür yolları, yaranma üsulları araşdırılmış,
ortaq xüsusiyyətlər
meydana çıxarılmışdır. “Özbək dilinin fonetik sistemi” mövzusu 2022-ci ildə ona
plan işi verilmişdir.
2014-cü ildə akademik Ağamusa Axundovun təşəbbüsü ilə institutda
“Azərbaycanca-özbəkcə ikidilli lüğət” hazırlanmış və çap olunmuşdur.
Aynel Məşədiyevanın “Türk dillərində feilin təsriflənməyən formaları”
doktorluq dissertasiyası və eyni adlı kitabında Azərbaycan və özbək dilləri
materialları əsasında tədqiqatlar aparmışdır.
Günel Mirzəyevanın hal-hazırda “Azərbaycanca-özbəkcə-türkcə danışıq
kitabçası” Elmi şuranın qərarı ilə çapa tövsiyə olunmuşdur. Kitabça 36 bölmədən
ibarətdir.
2019-cu ildə Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə
Almaz Ülvi və İsmayıl Məmmədlinin “Azərbaycanca-özbəkcə, özbəkcə-
azərbaycanca lüğət”i çap olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu nəzdində
fəaliyyət göstərən Dissertasiya şurasında özbək dili ilə bağlı 2
nəfər elmi iş
müdafiə etmişdir:
128
1.Амиралиев К. Семантика-грамматические функции частиц тюркских
языков (на материале узбекского, азербайджанского языков). Автореф. дис.
…канд.филол.наук. Баку, 1980, 23 с.
2.Базаров О. Частицы в азербайджанском и узбекском языке. Автореф.
дис. …канд.филол.наук. Баку, 1983, 21 с.
Dostları ilə paylaş: