23
Dərs 6 / Mövzu 5:
FƏRDİ KOMPÜTERLƏR
MOTİVASİYA
Müəllim şagirdlərə müraciət edə bilər:
–
Kompüter haqqında,
yəqin ki, hər birinizin kifayət qədər məlumatı var.
Kompüterlərə harada rast gəlmisiniz?
Müəllim şagirdlərin fikirlərini dinləyib problemli situasiya yaradacaq suallar verir:
–
Sizə lazım olan kompüteri necə seçmək olar? Onun hansı özəlliklərinə
(xüsusiyyətlərinə) fikir vermək lazımdır?
Şagirdlərin fikirləri dinlənilir. Lövhədə tədqiqat sualı yazılır və müəllim tərəfindən
səsləndirilərək izah olunur. Şagirdlərin fərziyyələri qeyd olunur.
Tədqiqat sualı:
Kompüterləri necə fərqləndirmək olar?
TƏDQİQATIN APARILMASI
Müəllim tədqiqatı aparmaq üçün şagirdləri kiçik qruplara bölür. O, dərsliyin
“Fəaliyyət” hissəsində təsvir olunmuş kompüterləri iki-iki bölməklə hər qrupa bir
cüt kompüteri müqayisə etməyi tapşırır. Bu zaman şagirdlər
kompüterləri xarici
görkəminə, ölçülərinə, hissələrinə görə müqayisə edirlər. Bu kompüterlər haqqında
məlumatı olan şagirdlər onları başqa cəhətlərinə görə də müqayisə edə bilərlər. Venn
diaqramında kompüterlərin fərqli və oxşar cəhətləri qeyd edilir.
I qrup
TƏLİM
NƏTİCƏLƏRİ
•
fərdi kompüterləri bir-birindən fərqləndirir;
•
fərdi kompüterləri təsnif edir.
İstifadə olunan
İŞ FORMALARI
Bütün siniflə iş,
qruplarla iş
İstifadə olunan
ÜSULLAR
Beyin həmləsi, kiçik mühazirə,
problemin həlli, Venn diaqramı,
təqdimat
Fənlərarası
İNTEQRASİYA
Tex. – 2.1.1
TƏCHİZAT
İş vərəqləri, kompüter sinfi