“əsas fondun ləğv dəyəri” deyilir.
Əsas fondların bərpa dəyəri dedikdə, onların oxşar materiallardan
istifadə olunmaqla və bütün parametrləri saxlanılmaqla müasir şəraitdə
bərpa edilməsinə sərf olunan (və ya edilə biləcək) xərclər nəzərdə tutulur.
Tam bərpa və köhnəlmə çıxılmaqla tam bərpa dəyəri (bərpa-qalıq dəyəri)
bir-birindən fərqləndirilir.
Tam bərpa dəyəri yeni əsas fondların yaradılmasına sərf olunan
xərcləri ifadə edir və onlar yenidən qiymətləndirilərkən real vəziyyət
(müqavilə qiymətləri, tikinti-quraşdırma işlərinin aparılmasının smeta
qiymətləri, tikinti materiallarının, yanacağın, enerjinin, maşın və avadan
lıqların, inventarların topdansatış qiymətləri, nəqliyyat tarifləri və i. a.)
nəzərə alınır.
Qalıq-bərpa dəyəri (və ya köhnəlmə çıxılmaqla əsas fondların qalıq
dəyəri) - bu, hələ əsas fondların üzərində qalan, yəni istehsal xərclərinə
daxil edilməmiş dəyəri deməkdir. Bu, əsas fondların yenidən qiymətlən
dirilməsinin nəticələri nəzərə alınmaqla onların tam bərpa dəyəri ilə
köhnəlmə dəyəri (mühasibat uçotunun məlumatlarına əsasən) arasındakı
fərq kimi müəyyən edilir.
Mühasibat uçotunda
əsas fondlar qalıq dəyəri, başqa sözlə, onların
əldə olunmasına, quraşdırılmasma və hazırlanmasına çəkilən faktiki
xərclərdən hesablanmış amortizasiya məbləği çıxılmaqla, yerdə qalan
dəyərlə, büdcə təşkilatlarında isə
tam ilk dəyərlə uçota alınır.
Bundan başqa, mühasibat uçotunda cari bazar dəyəri (reallaşdırma
dəyəri) də müəyyən olunur. Bu, obyektlərin satılması, yaxud da onların
ləğv olunması müddəti başa çatdıqda satışdan əldə edilə biləcək pul
vəsaitinə və ya onun ekvivalentinə bərabər olur.
Məlum olduğu kimi, elmi-texniki tərəqqi fasiləsiz bir prosesdir. Onun
330 təsiri ilə əsas fondların tərkib hissələrinin əksəriyyəti mənəvi aşınmaya
məruz qalır. Hər gün demək olar ki, yeni-yeni kəşflər, ixtiralar olur və
bunlar təbii olaraq əsas fondların mənəvi aşınmasını sürətləndirir. Belə
bir şəraitdə əsas fondların yenidən qiymətləndirilməsinin zəruriliyi də
artır.