Əsas fondların bu qaydada təsnifləşdirilməsi onların strukturunun dəyişməsini təhlil etməyə, ak tiv və passiv hissələrə ayırmağa imkan verir. Əsas fondların aktiv his
səsinə məhsul və xidmətlərin yaradılmasında bilavasitə iştirak edən, əmək
cisimlərinə təsir göstərən əsas fond növləri aid edilir. Bunlara iş və güc
maşınları, ölçü və tənzimləyici qurğular, nəqliyyat vasitələri və s. misal
ola bilər. Əsas fondların passiv hissəsi dedikdə isə istehsal üçün şərait
yaradan şeylər nəzərdə tutulur. Bunlara bina və qurğular misal ola bilər.
Lakin əsas fondların aktiv və passiv hissələrə aid edilməsi sahənin
spesifik xüsusiyyətlərindən asılıdır.
Qeyri-maddi əsas fondlara aşağıdakılar daxildir: 1) Faydalı qazıntı yataqlarının kəşfiyyatı ilə əlaqədar olan xərclər;
328 2) Kompüter proqram təminatı və məlumat bazası;
3) Əyləncəli janr, ədəbiyyat və incəsənət əsərlərinin orijinalları;
4) Elmtutumlu sənaye texnologiyaları, istifadə olunması müəyyən
edilmiş sahiblik hüquqları ilə məhdudlaşan və intellektual mülkiyyət
obyekti olan digər qeyri-maddi əsas fondlar.
Əsas fondların tərkibini öyrənmək üçün aşağıdakı qruplaşdırmadan
istifadə olunur. Əsas fondların: 1) növlər; 2) iqtisadiyyatın sahələri; 3)
mülkiyyət formaları; 4) kimə məxsus olması (xüsusi və icarəyə götürül
müş); 5) ərazi üzrə yerləşməsinə görə qruplaşdırılması.
Əsas fondların mövcudluğu və hərəkəti haqqında başlıca məlumat
mənbələri idarə, müəssisə və təşkilatların mühasibat və statistika hesabat
larından, seçmə müayinələrinin, o cümlədən vətəndaşlara (fiziki şəxslərə)
məxsus olan əsas fondların müayinəsinin məlumatlarından ibarətdir.
Bu sahədə statistikanın başlıca vəzifəsi əsas fondların dəyərini, tərki
bini və dinamikasını müəyyən etməkdən, onların vəziyyətinə, hərəkətinə,
istifadə olunmasına xarakteristika verməkdən ibarətdir.