11.4. Milli sərvət statistikasının təkmilləşdirilməsi BMT-nin statistika komissiyası və beynəlxalq maliyyə təşkilatları
MHS-nin, onun göstəricilər sisteminin təkmilləşdirilməsi sahəsində daim
axtarışlar aparırlar. Məsələn, 1997-ci ildə Dünya Bankı milli sərvətin
tərkib hissələrinin təkmilləşdirilməsi təşəbbüsü ilə çıxış etmişdir.
Bank milli sərvətə insan potensialı - insan kapitalı göstəricisinin əlavə olunması təklifini irəli sürmüşdür. Bununla da Dünya Bankı iqtisadi
artım amilləri nəzəriyyəsindən “insanın və onun malik olduğu potensialın
sabit inkişafı” nəzəriyyəsinə keçilməsi təklifi ilə bu sahədə təkmilləş
dirmə aparılmasının başlanğıcını qoymuşdur. Başqa sözlə, burada
nəzərdə tutulur ki, insanların inkişaf etdirilməsi son məqsəd, iqtisadi
artım isə bu məqsədə nail ounmasınm vasitəsidir.
Dünya Bankı tərəfindən işlənib hazırlanmış milli sərvət haqqında kon
sepsiyaya uyğun olaraq ölkələrin ümumi daxili məhsulundan cari istehlak
və yığım üçün istifadə edilir. Həm də istehlak xərclərinin xeyli hissəsi
(ailələrin və dövlətin yemək şeylərinə, paltara, mənzilin saxlanmasına,
təhsilə, səhiyyəyə, mədəniyyətə, istirahətə və insanların digər tələbatla
rının ödənilməsinə sərf etdikləri cari xərclər) insan kapitalının təkrar
istehsalına, yəni ölkənin fiziki və mənəvi sərvətinin inkişaf etdirilməsinə
yönəldilməlidir. Beləliklə, Dünya Bankı təklif edir ki, insan kapitalı gös
təriciləri müəyyən olunarkən işçilərin təhsili, peşə hazırlığı, səhiyyənin
inkişaf etdirilməsi üçün əhali və dövlət tərəfindən sərf olunan xərclər
haqqında məlumatlar əsas götürülsün.
Milli sərvət haqqmda genişləndirilmiş konsepsiyaya uyğun olaraq
təbii kapital da yığım anlayışına daxil edilməlidir. Dünya Bankı təklif
edir ki, əkin yeri, örüş-otlaq yerləri, meşələr, meşələrin qeyri-ağac məh
sulları, qoruq əraziləri və faydalı qazıntılar dünya qiymətləri əsasında va
hid qiymətləndirmə prinsipləri və bu resurslardan istifadəyə görə vahid
valyuta ilə renta ödənişləri əsas götürülməklə, təbii kapitala daxil edil
məlidir. Məsələn faydalı qazıntıların — hesablama aparılan dövrdə
326 rentanın illik məbləği, yaxud da istehlak olunan əsas kapitalın dəyəri çı
xılmaqla resursların hasilatından əldə edilən iqtisadi mənfəət və resurs
ların işlənməsi dövründə götürülən mənfəətə əsasən qiymətləndirilməsi
tövsiyə edilir. Meşələrin də cari renta ödənişləri əsasında qiymətləndiril
məsi məsləhət görülür. Təbii resursların tərkibinin müəyyən edilməsi və
qiymətləndirilməsi üçün vahid prinsiplərin işlənib hazırlanması müqayi
səli təhlil aparmağa və ayrı-ayrı resurs növlərinin əhəmiyyətini aşkara
çıxarmağa imkan verə bilər.
Təkrar istehsal olunan kapital konsepsiyası (əsas istehsal və əsas
qeyri-istehsal fondları, dövriyyə kapitalı, əhalinin şəxsi mülkiyyətində
olan əmlak və i. a.) BMT-nin Statistika komissiyası tərəfindən işlənib
hazırlanmış və 1993-cü ildən MHS-də istifadə olunan müddəalara əsas
lanır.