Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


maddi dövriyyə vəsaitlərinin dövretmə sürətidir



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə229/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   225   226   227   228   229   230   231   232   ...   262
2-ci movzu demoqrafiya

maddi dövriyyə vəsaitlərinin dövretmə sürətidir. 
Bu göstərici 
dövriyyə vəsaitləri üzrə də hesablana bilər.
Dövriyyə sürəti il ərzində satılmış məhsulların dəyərini dövriyyə 
vəsaitlərinin (yaxud da maddi dövriyyə vəsaitlərinin) orta illik dəyərinə 
bölmək yolu ilə aşağıdakı düsturla hesablanır:
Ə,
d ö v r iy y ə
Burada: Ə - maddi dövriyyə vəsaitlərinin (dövriyyə vəsaitlərinin) 
dövriyyə sürəti (əmsalı); Qp - satılmış məhsulların dəyəri; Z - maddi 
dövriyyə vəsaitləri ehtiyatlarının (dövriyyə vəsaitlərinin) orta qalığı (bu 
göstərici xronoloji orta kəmiyyətin düsturundan istifadə olunmaqla 
müəyyən edilir) deməkdir.
351


Dövriyyə əmsalının hesablanmasını aşağıdakı misalla izah edək.
Tutaq ki, satılmış hazır məhsulun dəyəri 150 mln. manata, maddi 
dövriyyə vəsaitlərinin (dövriyyə vəsaitlərinin) orta illik qalığı 50 mln. 
manata bərabərdir. Bu onu göstərir ki, dövriyyə vəsaitləri 
(maddi 
dövriyyə vəsaitləri) il ərzində üç dəfə tam dövr etmişdir:
150 mln. m an a t: 50 mln. manat = 3 dəfə 
Maddi dövriyyə vəsaitlərinin (dövriyyə vəsaitlərinin) dövriyyə vaxtı 
onların bir dövriyyəsinin orta müddəti (günlə) aşağıdakı düsturla 
müəyyən edilir:

_ Hesabat dövründəki günlərin sayı
-L'müd. 

'^d ö v riy y ə
Dövriyyə müddətini hesablamaq üçün çətinlik olmasın deyə bir aydakı 
günlərin sayı 30, rübdəki günlərin sayı 90, ildəki günlərin sayı isə 360 
götürülür. Yuxarıda gətirdiyimiz və hesablama nəticəsində əldə etdiyimiz 
məlumatlardan istifadə etmək və rəqəmləri düsturda yerinə yazmaqla 
dövriyyə müddətini hesablayaq:

_ 360 gün 
..
Dmüd. - - . .
= 120 gun
3dəfə
Bu o deməkdir ki, maddi dövriyyə vəsaitlərinin dövretmə müddəti 120 
günə bərabər olmuşdur.
Bu göstəricilər sahələr üzrə bir-birindən kəskin surətdə fərqlənsələr 
də, onlar firmada iqtisadi dövriyyənin bir ildə neçə dəfə və neçə gündən 
bir baş verdiyini göstərir. Bu göstərici hər bir ehtiyat növü və bütövlükdə 
dövriyyə vəsaitləri (maddi dövriyyə vəsaitləri) üzrə hesablana bilər. 
Göstərici bütövlükdə dövriyyə vəsaitləri (maddi dövriyyə vəsaitləri) üzrə 
hesablandıqda bitməmiş istehsal da nəzərə alınmalıdır.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin