1993-cü ildə qəbul edilmiş “iqtisadi aktivləridən ibarət beynəlxalq
standartlar sisteminə uyğun olaraq hesablanır;
- milli sərvətə daxil edilən bütün iqtisadi aktivlər iki qrupa bölünür:
a) qeyri-maliyyə aktivləri; b) maliyyə aktivləri. Bunlar da öz növbəsində
müxtəlif əlamətlər üzrə daha kiçik hissələrə bölünür, təsnifləşdirilir;
- milli sərvətin tərkib hissələri müxtəlif qiymətlərlə qiymətləndirilir;
- milli sərvətin tərkib hissələri ilə MHS-nin göstəriciləri arasında
qarşılıqlı əlaqə vardır.
- Əsas kapitalın ümumi yığımı müxtəlif tərkib hissələrindən
ibarətdir və onlar müxtəlif qiymətlərlə qiymətləndirilir.
- MHS-də öz əksini tapmış milli sərvət göstəricilərinə əsasən bir sıra
çox mühüm törəmə göstəricilər hesablanır;
- BMT-nin Statistika Komissiyası, habelə beynəlxalq maliyyə təşki
latları (Dünya Bankı, BVF, Avropa yenidənqurma və inkişaf bankı və
i.a.) milli sərvətin müəyyən edilməsi prinsipləri və qaydalarının
təkmilləşdirilməsi sahəsində daim axtarışlar aparır və bu işə öz töhfələrini
verirlər;
- milli sərvət, onun tərkibi və qiymətləndirilməsi ilə əlaqədar
müxtəlif konsepsiyalar işlənib hazırlanmışdır;
- milli sərvətin ən mühüm tərkib hissəsi olan əsas fondlar iki yerə
bölünür: a)maddi əsas fondlar; b) qeyri-maddi əsas fondlar;
- əsas fondlar daha kiçik tərkib hissələrinə bölünür, onlar növlər,
iqtisadiyyatın sahələri, mülkiyyət formaları, kimə məxsus olması, ərazi
üzrə yerləşməsi əlamətlərinə görə qruplaşdırılır;
- əsas fondlar müxtəlif qiymətlərlə qiymətləndirilir. Bunlara balans
və bərpa dəyəri, tam ilk dəyər, köhnəlmə çıxılmaqla qalıq dəyəri, bərpa-
qalıq dəyəri, ləğv dəyəri misal ola bilər;
- yenidənqiymətləndirmə zamanı əsas fondların
bərpa dəyərini
müəyyən etmək üçün müxtəlif üsullardan istifadə olunur;
- hazırda amortizasiya normasının hesablanmasında müxtəlif
üsullardan (xətti, azaldılan qalıq, faydalı istifadə müddətindəki illərin
cəminə görə dəyərin silinməsi və dəyərin məhsulun həcminə mütənasib
olaraq silinməsi) istifadə edilir;
- əsas fondların mövcudluğu və hərəkətini izləmək və bir sıra göstə
riciləri hesablamaq üçün balans üsulundan istifadə olunur. Bu məqsədlə
əsas fondlar balansı tərtib edilir;
- əsas fondların hərəkəti, vəziyyəti və onlardan istifadə göstəricilə
rinə aşağıdakılar aiddir: 1) əsas fondların dinamikası; 2) əsas fondlarm
354
təzələnməsi əmsalı; 3) əsas fondlarm xaric olması əmsalı; 4) köhnəlmə
nəticəsində xaricolma əmsalı; 5) yararlılıq əmsalı;
- əsas fondlardan istifadə olunmasına xarakteristika verərkən fond-
verimi və fondtutumu göstəriciləri də hesablanır;
- məhsulun həcminin dəyişməsinə digər amillərlə yanaşı, fondve-
rimi və əsas istehsal fondlarının həcminin dəyişməsi də təsir edir;
- milli sərvətin tərkib hissələrindən biri də maddi dövriyyə vəsaitlə
ridir. Bunların tərkib hissələrinin qiymətləndirilməsi üçün müxtəlif qiy
mətlərdən istifadə olunur;
- maddi dövriyyə vəsaitlərindən istifadəni səciyyələndirən müxtəlif
göstəricilər hesablanır. Bunlara hər şeydən əvvəl dövriyyə sürəti,
dövriyyə müddəti, material, enerji, metal tutumu, satıla bilmə göstəricisi
və s. misal göstərmək olar.
Dostları ilə paylaş: