Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Maliyyə investisiyaları ödənilmə müddətindən asılı olaraq iki yerə



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə238/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   234   235   236   237   238   239   240   241   ...   262
2-ci movzu demoqrafiya

Maliyyə investisiyaları ödənilmə müddətindən asılı olaraq iki yerə
bölünür: 
1) qısa müddət ərzində ödənilən investisiyalar; 2) uzun müddət 
ərzində ödənilən investisiyalar. Qısa müddətli maliyyə investisiyaları bir 
ildən çox olmayan müddətdə həyata keçirilir. Uzun müddətli investi­
siyalar dedikdə isə bir ildən sonra gəlir əldə edilməsi gözlənilən investi­
siyalar başa düşülür.
Maliyyə investisiyalan içərisində xarici investisiyalar xüsusi rol 
oynayır. Bu investisiyalar “qalan dünya” iqtisadiyyatına həm konkret 
hüquqi şəxslər (rezidentlər), həm də qeyri-rezidentlər tərəfindən həmin 
müəssisəyə qoyulan investisiyalardan ibarət ola bilər. 
Bu investisiyalar
da öz növbəsində aşağıdakı növlərə ayrılır: 
1) birbaşa investisiyalar; 2) 
dolayı (portfel) investisiyalar; 3) sair investisiyalar.
Birbaşa investisiyalar o deməkdir ki, kapitalı qoyan ölkə, yaxud da 
müəssisə (hüquqi və fiziki şəxslər) tamamilə onun sahibinə çevrilir və ya 
səhmlərinin (yaxud da səhmdar kapitalının) ən azı 10%-nə nəzarət edir. 
Bunlar müəssisənin idarə edilməsində iştirak hüququ verir.
Aşağıdakılar birbaşa investisiyalardan ayrılır:
- müəssisənin xarici həmsahibi tərəfindən nizamnamə kapitalına 
faktiki qoyulmuş üzvlük haqqı. Bunlar daşınmaz əmlak, avadanlıq, əmtəə 
şəklində verilmiş maddi və qeyri-maddi üzvlük haqlarından, habelə pul 
vəsaiti formasında üzvlük haqqından ibarət ola bilər;
- maliyyə lizinqi;
362
- müəssisələrin xarici həmsahiblərindən alınmış kreditlər;
- sair birbaşa investisiyalar (həmtəsisçilərin aldıqları əlavə səhmlər, 
birbaşa investorların müəssisəyə verdikləri avadanlıqlar və i. a.).
Dolayı (portfel) investisiyalar 
müəssisə səhmlərinin satın alınması 
deməkdir. Lakin bu, onun sahibinə müəssisənin işinə təsir etmək hüququ 
vermir və müəssisənin səhm kapitalının, həmçinin istiqrazların, veksellə­
rin, özünün və cəlb edilmiş kapitalın dəyərinin 10%-dən azını təşkil edir.
Dolayı investisiyalara səhmlər, müəssisələrin təəhhüdlü qiymətli 
kağızları daxildir. Veksellər, uzun və qısa müddətli dövlət qiymətli 
kağızları da bu investisiyalara aiddir.
Sair investisiyalara aşağıdakılar daxildir:
- ticarət kreditləri (idxal və ya ixrac üçün ödəmələr və bu məqsədlər 
üçün kredit verilməsi;
- birbaşa investorlardan alınmış sair kreditlər (ticarət kreditlərindən 
başqa). Beynəlxalq maliyyə təşkilatlarından - Dünya Bankından, Beynəl­
xalq Valyuta Fondundan, Avropa Yenidənqurma və İnkişaf Bankından, 
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından və i. a. - alman kreditlər 
də buraya daxildir.
- Azərbaycan dövlətinin zəmanəti ilə xarici ölkələrin verdikləri kre­
ditlər;
- banklara əmanət qoyuluşları (Azərbaycan banklarında xarici 
hüquqi şəxslərin hesabları);
- sair investisiyalar.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin