Yeni tikinti dedikdə,
yeni binaların inşa olunması, yeni meydança
ların salınması və s. nəzərdə tutulur.
Fəaliyyətdə olan müəssisələrin genişləndirilməsinə onun ərazisində
əlavə istehsalatların, sexlərin, obyektlərin yaradılması,
habelə müstəqil
balansda olacaq filialların inşa olunması daxildir. Bu işləri görməkdə
məqsəd müəssisədə əlavə istehsal gücü yaratmaqdır.
Fəaliyyətdə olan müəssisələrin yenidən qurulması elmi-texniki tərəq
qinin nailiyyətləri nəzərə alınmaqla mövcud istehsalat və sexlərin yeni-
ləşdirilməsi deməkdir.
Fəaliyyətdə olan müəssisələrin texniki cəhətdən yenidən qurulması
dedikdə isə ayrı-ayrı istehsalat sahələrinin texniki-iqtisadi
səviyyəsinin
yüksəldilməsi ilə əlaqədar həyata keçirilən kompleks tədbirlər başa
düşülür.
Əsas qeyri-maddi kapitala qoyulan investisiyalara proqram məhsulla
rının, təcrübə-konstruktor işləmələrinin yaradılması və əldə edilməsinə
sərf olunan xərclər və s. daxildir. Qeyri-maddi
aktivlərə investisiya
qoyuluşuna isə lisenziyaların, patentlərin, müəlliflik hüquqlarının əldə
edilməsinə, ticarət markalarının işlənib hazırlanmasına sərf olunan xərclər
aid edilir.
Maddi dövriyyə vəsaitləri ehtiyatlarının tamamlanmasına qoyulan
investisiyalar hazır
məhsul və əmtəələrin, bitməmiş istehsalın, istehsalat
ehtiyatlarının dəyərinin dəyişməsindən ibarətdir.
Bina və tikililərin əsaslı təmiri ilə əlaqədar olan xərclər - köhnəlmiş
konstruksiya və detalların (əsas konstruksiyaların - divarın, özülün,
mərtəbələrarası kəsmələrin və i.a. tamamilə dəyişdirilməsindən başqa)
əvəz edilməsinə sərf olunan xərclərdən ibarətdir.
Dostları ilə paylaş: