Maşın və avadanlıq ların əsaslı təmiri dedikdə, aqreqatın sökülməsi, köhnəlmiş bütün hissə
və detalların dəyişdirilməsi, onların yığılması və sınaqdan keçirilməsi
başa düşülür.
Maliyyə investisiyaları dedikdə, hüquqi şəxslər tərəfindən pul və
saitinin, maddi və digər qiymətlilərin səhmlərə, istiqrazlara və digər qiy
mətli kağızlara qoyulan investisiyalar nəzərdə tutulur.
Maliyyə inves tisiyaları aşağıdakılardan ibarətdir: 1) banka qoyulan əmanətlər (depozitlər) - bu, müştərilərin özlərinə
məxsus pul vəsaitinin banklarda yerləşdirilməsi deməkdir;
2) istiqrazlar - sahibinə faiz formasında faiz məbləği gətirən və qa
baqcadan müəyyənləşdirilmiş müddət başa çatdıqda dəyəri tam ödənil
məli olan borc təəhhüdü (öhdəliyi) deməkdir;
3) səhm - müəssisənin əmlakında səhmdarın payının və onun əldə
360 etdiyi mənfəətdən pay (dividend) almaq hüququnun olmasını təsdiqləyən
qiymətli kağızlar;
4) kredit
hüquqi şəxslər tərəfindən müvəqqəti cəlb olunan və vaxtı
çatanda qaytarılmalı olan pul vəsaitidir;
5) debitor borcu - hüquqi şəxslərin debitorla münasibətlərə girmələri
nəticəsində onlardan aldıqları pul vəsaitidir;
6) ssuda - borc alanın mülkiyyətinə keçən və bir qayda olaraq
müəyyən faiz məbləği ilə qaytarılmalı olan pul vəsaiti deməkdir;
7) pay - müəssisənin nizamnaməsində, yaxud da əsasnamədə nəzərdə
tutulmuş müəyyən əmək hüququ və öhdəliyinin bir hissəsidir.
Təcrübədə “xalis maliyyə investisiyaları” anlayışı da vardır. Bu,
maliyyə aktivlərinin satın alınması ilə maliyyə öhdəliklərinin (təəhhüd
lərinin) ödənilməsi arasındakı fərqi göstərir.
Real və maliyyə investisiyalarım mülkiyyət formaları, iqtisadiyyatın
sahələri, maliyyələşdirmə mənbələri və s. əlamətlər üzrə də qruplaşdırmaq
olar.
İnvestisiyalar mülkiyyət formalarına görə iki yerə bölünür: 1) dövlət investisiyaları; 2) qeyri-dövlət investisiyaları. Dövlət mülkiyyəti
hesab olunan investisiyalara mərkəzi, regional və bələdiyyə mülkiyyəti
aiddir. Mülkiyyətin qeyri-dövlət formasına xüsusi, ictimai təşkilatların
mülkiyyəti və qarışıq mülkiyyət daxildir. Xüsusi mülkiyyət pay, yaxud da
qarışıq mülkiyyətdən ibarət ola bilər. Qarışıq mülkiyyət xüsusi, dövlət və
ictimai təşkilatların birləşdirilməsi əsasında fəaliyyət göstərən təsərrüfat
subyektlərinin mülkiyyəti deməkdir. Qarışıq mülkiyyət xarici hüquqi,
yaxud da fiziki şəxslərin, dövlətlərin və beynəlxalq təşkilatların
mülkiyyətindən ibarət mülkiyyət formasında da ola bilər.