Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


İnvestisiya qoyuluşundan əldə edilən gəlirlərin



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə239/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   235   236   237   238   239   240   241   242   ...   262
2-ci movzu demoqrafiya

12.3. İnvestisiya qoyuluşundan əldə edilən gəlirlərin
mahiyyəti və növləri
İnvestisiya qoyuluşu mənfəət (gəlir) əldə etmək məqsədilə həyata ke­
çirilir. Başqa sözlə, iqtisadi aktivlərə vəsait qoyuluşundan əldə edilən 
səmərəyə 
investisiya gəlirləri 
deyilir. Əldə edilən gəlirin növü isə iqti­
sadi aktivlərin forması ilə müəyyən edilir.
İqtisadi aktivlərin növləri üzrə investisiya gəliri aşağıdakılardan
ibarətdir:
1) qeyri-maliyyə aktivlərinə qoyulan investisiyadan əldə edilən gəlir:
- mənfəət;
- renta.
2) maliyyə aktivlərinə qoyulan investisiyadan əldə edilən gəlir:
- depozitlər üzrə faiz məbləği;
- səhmlərdən başqa qiymətli kağızlar üzrə faiz məbləği (diskont, borc
363


məbləğinin indeksləşdirilməsi);
- borclar (ssudalar) üzrə faiz məbləği;
- səhmlərə görə dividend;
- əmtəə formasında verilmiş kreditlər üzrə faiz məbləği.
Aktivlərin bəzi növləri üzrə həyata keçirilən investisiya (məsələn, qiy­
mətlilər, nağd pullar və i.a.) gəlir əldə edilməsi ilə əlaqədar qoyuluş hesab 
olunmur.
Qeyri-maliyyə (real) aktivlərinə investisiya qoyuluşundan əldə edilən 
gəlirlərə əmtəə və xidmətlərin istehsalına sərf olunan xərclər (əmək 
haqqı, istifadə edilmiş materialların dəyəri və s.) çıxılmaqla onların 
köməyilə hazırlanan məhsulların satışmdan əldə edilən gəlirlər daxildir. 
Beləliklə, bu gəlirlər iqtisadi məzmunlarına görə mənfəət göstəricisi ilə 
eyniyyət təşkil edir.
Real investisiyalar təsərrüfat obyektlərinin istehsal potensialının ge­
nişləndirilməsi və modernləşdirilməsi məqsədilə həyata keçirildikdə, in­
vestisiya gəliri əlavə güclərin işə salınması, fəaliyyətdə olan müəssi­
sələrin yenidən qurulması, avadanlıqların məhsuldarlığının yüksəldilməsi 
nəticəsində əldə edilən əlavə gəlir əlavə mənfəət hesab olunur.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin