İnvestisiyanın həcmi və onların dinamikası ölkənin sosial-iqtisadi inkişafının başlıca göstəriciləri sırasında xüsusi yer tutur. Hazırda
investisiya resurslarının yenidən bölgüsü firmalar, maliyyə təsisatları,
iqtisadiyyatın dövlət tənzimlənməsi idarələrinin həyata keçirdikləri kapi
talın sahələrarası və ölkələrarası axını dəfələrlə güclənmişdir. Bu, korpo
rativ, milli və xarici investisiyaların hesabına baş verir. Kapitalm bu cür
hərəkəti, hazırda makroiqtisadi təkrar istehsalın fəaliyyət göstərməsi və
inkişaf etməsinin çox mühüm şərtidir.
Milli investisiya strategiyasının işlənib hazırlanmasında dövlətlə biz
nes arasında düzgün münasibətlərin qurulması həlledici rol oynayır. La
kin bu, dövlətin sahibkarların işinə birbaşa qarışmasını deyil, onun biznes
qaydalarını əlaqələndirməsi, formalaşdırması və müşahidə etməsini
nəzərdə tutur.
Sahibkarlığın daha da inkişaf etdirilməsi üçün onun bütün forma və
növlərinin fəal müdafiəsi və inzibati əngəlləmələrin aradan qaldırılması
dövlətin investisiya siyasətinin əsasını təşkil edir. Hüquq, vergi, bank və
torpaq islahatları buna tabe edilməlidir. Bütün bunlar ölkədə investisiya
mühitini əhəmiyyətli dərəcədə dəyişdirə, iqtisadiyyata investisiya axını
üçün şərait yarada, milli miqyasda investisiya proseslərini fəallaşdıra
bilər. Dövlət investisiya proseslərində iştirak etməklə, mövcud investisiya
358 resurslarından ən səmərəli istifadə variantlarının seçilməsinə yönəldilən
formaların yaradılmasını qarşıya məqsəd qoyur.
Dövlətin investisiya prosesində iqtisadi rolu müxtəlif göstəricilərin köməyilə müəyyən edilir. Bunların içərisində iki göstərici xüsusi əhə
miyyətə malikdir. Bu göstəricilərdən biri iqtisadiyyatın dövlət bölmə
sində investisiyaların həcmi, digəri isə dövlət büdcəsindən maliyyələş
dirilən dövlət investisiyalarının həcmidir.
Dövlətin investisiya proseslərində iştirakının mümkünlüyü və reallığı
yalnız onun iri mülkiyyətçi olması, ÜDM-in və dövlət müəssisələri
əmlakının xeyli hissəsinə sərəncam verməsi ilə deyil, həm də mülkiyyətçi
hüququnun reallaşdırılmasını təmin edən hüquqi vasitələrin və strukturla
rın onun əlində cəmlənməsi ilə müəyyən edilir. Beləliklə, dövlət investi
siya fəaliyyətində birbaşa iştirak etməklə yanaşı, həm də bu prosesi
tənzimləyə bilər və tənzimləyir.