tarixli, 54/14 saylı qərarı ilə təsdiq edilmişdir. Hesabatın “İnvestisiya
fəaliyyəti” bölməsində (IX bölmə) aşağıdakı göstəricilərə əsasən inves
tisiya fəaliyyəti haqqında mühakimə yürütmək olar: a)
əsas kapitala
investisiyalar (yeni əsas vəsaitlər); b) digər təşkilatlarda istismarda olmuş
əsas vəsaitlər alınmışdır; c) əsas vəsaitlər satılmışdır; d) qeyri-maddi
aktivlərə investisiyalar, o cümlədən EHM üçün proqram məhsulu; e) ilin
axırma bitməmiş tikinti.
“Əsas fondların (vəsaitlərin) və digər qeyri-maliyyə aktivlərinin möv
cudluğu və hərəkəti haqqında hesabat” aşağıdakı bölmələrdən ibarətdir:
1) əsas fondların mövcudluğu, hərəkəti və tərkibi; 2) əsas fondların möv
cudluğu; 3) əsas fondların orta illik dəyəri; 4) əsas fondların amorti
zasiyası, onların əsaslı
təmirinə çəkilən xərclər; 5) digər qeyri-maliyyə
aktivləri.
Birinci bölmədə əsas fəaliyyət növü üzrə əsas fondlar təfərrüatı ilə
xırdalanır (binalar, qurğular, ötürücü qurğular, maşın və avadanlıqlar,
nəqliyyat vasitələri, alətlər, istehsal və təsərrüfat inventarları, iş hey
vanları, məhsuldar mal-qara,
çoxillik əkmələr, digər əsas fondlar); qeyri-
əsas fəaliyyət növləri üzrə əsas fondlar, o cümlədən mədənçıxarma səna
yesi və karxanaların işlənməsi, emal sənayesi, elektrik enerjisi,
qaz və su
təchizatı, tikinti, kənd təsərrüfatı, balıqçılıq, ovçuluq və meşəçilik, o
cümlədən kənd təsərrüfatı xidmətləri üzrə əsas fondların mövcudluğu,
hərəkəti və tərkibi nəzərdə tutulmuşdur.
İkinci bölmədə qeyri-əsas fəaliyyət növləri üzrə əsas fondlar (əsas
fəaliyyət növü, kənd təsərrüfatı, ovçuluq və meşəçilik, mədənçıxarma və
karxanalar, emal sənayesi, elektrik enerjisi, qaz və su təchizatı,
tikinti
istisna olmaqla), onlardan topdan və pərakəndə satış, avtomobillərin
motosikletlərin, məişət malları və şəxsi əşyaların təmiri, mehmanxana və
restoranlar; nəqliyyat, anbar təsərrüfatı və rabitə; səhiyyə; sosial xid
mətlər; digər fəaliyyət növləri üzrə əsas fondlar;
ətraf mühitin mühafizəsi
üzrə əsas fondlar; güc və işçi maşın və avadanlıqları; Azərbaycanın
hüdudlarından kənarda olan əsas fondlar və s. haqqında məlumat verilir.
Üçüncü bölmədə bütün əsas fondların, o cümlədən əsas və qeyri-əsas
fəaliyyət növləri üzrə əsas fondların orta illik dəyəri göstəriciləri nəzərdə
tutulmuşdur.
Dördüncü bölmədə əsas fondların amortizasiyasını, onların əsaslı
təmirinə çəkilən xərcləri əks etdirən göstəricilərdən bəhs olunur.
Beşinci bölmədəki göstəricilər isə digər qeyri-maliyyə aktivlərini ifa
də edir. Bunlar aşağıdakılardan ibarədir: müəssisənin (təşkilatın) mülkiy
368
yətində olan torpaq sahələrinin dəyəri55, həmin torpaqların sahəsi (ha),
quraşdırılmayan avadanlıqlar, bitməmiş tikinti, qeyri-maddi aktivlər və
onların aşınması və i. a.
Bunlarla yanaşı, hər il nəşr olunan “Azərbaycanın statistik göstərici
ləri” adlı məcmuənin “Əsas sosial-iqtisadi göstəricilər”, “Milli
hesablar
sistemi və tədiyə balansı”, “Maliyyə, kredit və sığorta”, “Tikinti” və digər
bölmələrinin məlumatlarından istifadə etmək olar.
Nəticə
- iqtisadiyyatın inkişaf etdirilməsində investisiyaların rolu inkaro-
lunmazdır. Çünki bu, ölkə iqtisadiyyatının mövcud imkanlarından istifadə
olunmasına və bununla da onun iqtisadi qüdrətinin artmasına şərait
yaradır;
- daxili və xarici investisiya proseslərinin tənzimlənməsi sahəsində
dövlətin üzərinə çox böyük vəzifələr düşür. Bunun üçün müvafiq qanun
lar, normativ-hüquqi sənədlər qəbul edilməklə əlverişli investisiya mühiti
yaradılır;
- investisiya və kapital qoyuluşu anlayışları bir-birindən fərqlənir;
- son dövrlərdə investisiya prosesində
çox böyük dəyişikliklər baş
vermişdir, tndi bu prosesdə çoxsaylı strukturlar iştirak edirlər;
- real (istehsala qoyulan) və maliyyə investisiyaları bir-birindən fərq
lənir;
- investisiyalar müxtəlif əlamətlər üzrə təsnifləşdirilir. Bunlar inves
tisiyaların mülkiyyət formaları, iqtisadiyyatın sahələri, maliyyələşdirmə
mənbələri üzrə təsnifləşdirilməsi və s. ibarətdir;
- iqtisadi aktivlərin növləri nəzərə alınmaqla investisiya gəlirləri müx
təlif qruplara bölünür və mənfəət, renta, faiz məbləği, dividend və s.
adlarla adlandırılır;
- iqtisadi aktivlərin növləri üzrə investisiya
gəlirlərinin quruluşu da
hesablanır. Burada qeyri-maliyyə və maliyyə aktivlərinin gəlirliliyini
ifadə edən müxtəlif göstəricilərdən istifadə olunur;
- investisiyalar haqqında müxtəlif mənbələrdən məlumat əldə etmək
olar. Bunlar cari, vaxtaşırı və dövri statistik hesabatlardan, habelə Azər
baycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi nəşrlərindən
ibarətdir.
Dostları ilə paylaş: