Sxem 13.1 Sahələrarası balansın sxemi Daxili, yaxud da I kvadrant sahələr arasındakı qarşılıqlı əlaqələri
səciyyələndirir, aralıq istehlakı əks etdirir. II kvadrantda ümumi daxili
məhsuldan (ÜDM) son istifadənin strukturu verilir; III kvadrantda isə
tərkib ünsürləri üzrə ümumi əlavə dəyərin strukturu göstərilir.
I kvadrantda (“Sahənin sahəyə” şəklində şahmat cədvəli) sətirlər və
sütunlarda iqtisadiyyatın sahələri qeyd edilir. I kvadrantın sütunlarında
hər sahə üzrə əmtəə və xidmətlərin istehsalına sərf olunan xərclər (xam
mal və materialların, yanacağın, enerjinin, xidmətlərin dəyəri), sətirlərdə
isə hər bir sahə məhsulunun bütün sahələr arasında necə bölüşdürülməsi
göstərilir. Bəzi hallarda iqtisadiyyatın sahələri əvəzinə ayrı-ayrı məhsul
qrupları göstərilir ki, bu zaman SAB-ın I kvadrantı “məhsulun məhsula”
şəklini alır.
SAB-m sağ hissəsində (II kvadrant) sətirlər sahələrə (yaxud da məhsul
qruplarına) uyğun gəlir. Sütunlarda isə son istifadə kateqoriyaları, yəni
son istehlak (ev təsərrüfatlarının, ev təsərrüfatlarına xidmət edən dövləti
idarəetmə orqanlarının və qeyri-kommersiya təşkilatlarının son istehlakı),
ümumi yığım (qənaət) (əsas kapitalın ümumi yığımı, maddi dövriyyə
vəsaitləri ehtiyatlarının dəyişməsi, qiymətlilərin xalis alqışı), əmtəə və
xidmətlərin ixrac-idxal qalığı qeyd edilir.
III kvadrantda ÜDM-in dəyərcə strukturu göstərilir. Bu kvadrantın
sütunları istehsalçı-sahələrə, sətirləri isə ümumi əlavə dəyərin əsas tərkib
hissələrinin (əməyin ödənilməsi, ümumi mənfəət, ümumi qarışıq gəlirlər,
istehsala qoyulan digər xalis vergilər) dəyərinə uyğun gəlir. Məhsullara
görə alman vergilər və məhsullara görə verilən subsidiyalar ayrıca
göstərilir.
Beləliklə, SAB-ın məlumatlarını şaquli sütunlar üzrə nəzərdən keçir
372 dikdə aydın olur ki, sütunlarda ayrı-ayrı sahələrin dəyər ifadəsində burax
dıqları məhsulların strukturu göstərilir ki, bunlar da aralıq istehlakdan (I
kvadrant) və ümumi əlavə dəyərdən (III kvadrant) ibarətdir. Üfüqi sətir
lərdə məhsulların əşya-natura tərkibi göstərilir ki, bunlar da aralıq isteh-
laka (I kvadrant) və son istehlaka (II kvadrant) sərf olunur, iqtisadiyyatın
hər bir sahəsi üzrə məhsul ehtiyatları onlardan istifadəyə bərabər olur.
V.Leontyevin “Xərclər - məhsul buraxılışı”
modelinin köməyilə
iqtisadi sistemin müxtəlif bölmələri arasındakı qarşılıqlı əlaqələrin
kəmiyyət tərəfini təhlil etmək mümkün olur. Bu model istənilən iqtisadi
sistemi - makrosistemi (bütövlükdə milli
iqtisadiyyat), meqasistemi
(dünya təsərrüfatı), regional iqtisadiyyatı və mikrosistemi (sahələrin,
rayonun, korporasiyanın və s. iqtisadiyyatı) təhlil etməyə imkan verir.