Modelləşdirmə obyektinin böyüklüyünə və bu məqsəd üçün istifadə
olunan informasiyaların həcminə görə SAB-ın aşağıdakı növləri vardır:
1) ölkə iqtisadiyyatı üzrə bütövlükdə tərtib olunan milli sahələrarası
balans;
2) ayrı-ayrı regionlar üzrə tərtib olunun sahələrarası balans;
3) bir neçə region arasındakı istehsal əlaqələrini özündə əks etdirən
regional sahələrarası balans;
4) ayrıca bir sahə üzrə tərtib olunan sahə balansları.
SAB-ın bu növləri bir-birindən yalnız istifadə olunan informasiyaların
həcminə görə fərqlənir. Tərtib olunmasına gəldikdə isə onlar bir-birindən
fərqlənmir və həm statik, həm də dinamik balans ola bilər.
Natura ifadəsində tərtib olunan balansda göstəricilərin bir hissəsi
natura, bir hissəsi isə dəyər ifadəsində verilir. Dəyər ifadəsində tərtib
olunan sahələrarası balansın bütün göstəriciləri dəyər ifadəsində gös
tərilir. Sahələrarası bu balanslar arasındakı fərq ondan ibarətdir ki, dəyər
balanslarının sütunlarındakı göstəriciləri cəmləmək mümkün olduğu
halda, natura şəklində tərtib olunmuş balansda bunu etmək olmaz. Qeyd
etmək lazımdır ki, dünya və MDB ölkələrinin təcrübəsində yalnız dəyər
ifadəsində tərtib olunan balanslar geniş yayılmışdır.
Natura ifadəsində SAB maddi balansları bir kompleksdə birləşdirir və
bu, onun ən sadə formasıdır. Belə balanslar iki bölmədə birləşdirilmiş üç
hissədən ibarət olur.
Birinci bölmə resursların formalaşması mənbələrini, iki hissədən
ibarət olan ikinci bölmə isə resurslardan istifadənin istiqamətlərini, habelə
cari istehsalda və son istehlakda onlardan istifadəni göstərir.
Natura ifadəsində şahmat cədvəli hər bir məhsulun istehsalına sərf
olunan maddi xərcləri özündə əks etdirən və bir-biri ilə qarşılıqlı əlaqədə
olan maddi balanslar sistemi deməkdir.
Sahələr daxilində proporsiyalar arasındakı tarazlığı təmin etmək və
qarşılıqlı əlaqədə olan sahə və komplekslərdə istehsalın sahədaxili struk
turunu optimallaşdırmaq üçün məhsullar üzrə ayrıca balanslar tərtib
olunur. Bu balansların sahədaxili məhsul dövriyyəsinin çox olduğu və
çoxlu növdə məhsul istehsal olunduğu sahələr üzrə tərtib olunması daha
məqsədəuyğundur. Bu zaman tabeçiliyindən asılı olmayaraq məhsul
istehsal olunan bütün müəssisələr nəzərə alınır. Natura ifadəsində SAB-ın
forması aşağıdakı kimidir.
Dostları ilə paylaş: