Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


XIII FƏSİL SAHƏLƏRARASI BALANS



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə245/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   241   242   243   244   245   246   247   248   ...   262
2-ci movzu demoqrafiya

XIII FƏSİL
SAHƏLƏRARASI BALANS
13.1. Sahələrarası balansın mahiyyəti və təkmilləşdirilməsi
Müasir milli hesablar sisteminin ən mühüm bölmələrindən biri əmtəə 
və xidmətlərin istehsalı və istifadəsinin sahələrarası balansıdır. Hazırda 
sahələrarası əlaqələri özündə əks etdirən cədvəllərdən dünyanın bir çox 
ölkələrində istifadə olunur. Çünki bunlar əmtəə və xidmətlər, istehsal, gə­
lirlərin əmələ gəlməsi və istifadə olunması, kapital ilə əməliyyatlar hesab­
larını təfərrüatı ilə təhlil etməyə imkan verir. Sahələrarası balans (SAB) 
iqtisadiyyatın müasir inkişaf mərhələsində MHS-nin əsas göstəricilərini 
və sahələr arasındakı qarşılıqlı əlaqələri sistemli şəkildə təhlil etməyə
əsas iqtisadi proporsiyaları aşkara çıxarmağa, struktur dəyişikliklərini, 
qiymətlərin əmələ gəlməsinin xüsusiyyətlərini öyrənməyə imkan verir.
Sahələrarası balans ilk dəfə 1940-cı illərdə rus riyaziyyatçı və iqtisad­
çısı V .Leontyev (o, 1925-ci ildə ABŞ-a mühacirət etmiş və bu ölkənin 
vətəndaşlığını qəbul etmişdir) işlənib hazırlanmışdır. Bu model “xərclər -
məhsul buraxılışı” adlanır və sahələr arasındakı əlaqələri təhlil etmək 
üçün riyazi metodlardan, xüsusilə də xətti cəbrin metodlarından istifadə 
olunmasına əsaslanır. V.Leontyev ikinci dünya müharibəsindən sonra 
“xərclər - məhsul buraxılışı” metodu ilə ABŞ iqtisadiyyatının 400 sa­
həsinin daxil olduğu sahələrarası balansı tərtib etmişdir.
V.Leontyev ölkə daxilində sahələrarası əlaqələri regionlararası əlaqə­
lərlə uzlaşdırmaqla bu metodikanı müxtəlif ölkələr qrupuna, son nəticədə 
isə dünya iqtisadiyyatına tətbiq etmişdir. Yaxşı riyazi hazırlığa və iqtisadi 
təfəkkürə malik olan V.Leontyev milli təsərrüfatı maddi və dəyər göstəri­
cilərinin köməyi ilə şahmat cədvəli formasında təsvir etmişdir.
SAB-in Milli hesablar sistemi ilə inteqrasiyası ikinci dünya mühari­
bəsindən sonra baş vermişdir. Bu əlaqə ilk dəfə MHS-nin 1968-ci il, son­
ra isə 1993-cü il variantında əsaslandırılmışdır. SAB-ın MHS sistemində 
milli hesablarla qarşılıqlı əlaqəsi o deməkdir ki, onun tərtibolunma 
qaydaları MHS-nin əsas hesablarının tərtib olunması qaydaları ilə 
əlaqələndirilmiş və bunların məzmunu bir-birinə uyğunlaşdırılmışdır.
MHS metodologiyasına görə SAB-ın sxemi üç hissəyə (kvadranta) 
bölünür: 1) daxili, yaxud da I kvadrant; 2) yan, yaxud da yuxarı sağ cinah 
(II kvadrant); 3) aşağı sol cinah (III kvadrant). IV kvadrant işlənib 
hazırlanmır. MHS metodologiyasına görə SAB-ın ümumi sxemi 
aşağıdakı kimidir (sxem 13.1).
371


Aralıq istehlak 
(I kvadrant)
Son istifadə (istehlak) 
(II kvadrant)
Ümumi əlavə dəyər 
(III kvadrant)

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin