Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə52/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   262
2-ci movzu demoqrafiya

81


IV FƏSİL
ƏHALİ VƏ ƏMƏK EHTİYATLARI STATİSTİKASI
4.1. Əhali və əmək ehtiyatları statistikasının əsas anlayışları və
vəzifələri
Əhali statistikası, statistika elminin ən qədim sahələrindən biridir. 
Buna demoqrafiya statistikası da deyilir. Demoqrafiya, statistika ilə eyni 
vaxtda meydana gəlmiş, onun çərçivələri daxilində inkişaf etmiş və sosial 
təfəkkürün formalaşmasına güclü təsir göstərmişdir
Məşhur demoqraf B.T. Urlanis yazdığı “Demoqrafiyanın üç yüz illiyi” 
məqaləsində qeyd edirdi ki, müasir demoqrafiyanın nəhəng binasının ilk 
kərpicini düz 300 il bundan əvvəl Temza sahillərində, dumanlı Londonda 
C. Qraunt qoymuşdur6. C. Qraunt əhalinin təkrar istehsalının qanunauy­
ğunluqlarının tədqiq edilməsi ilə məşğul olmuşdur. O, cins tərkibi və 
səbəbləri nəzərə alınmaqla ölənlərin, habelə doğulanların sayı haqqında 
hər həftə dərc olunan siyahı əsasında London əhalisi barədə 33 illik 
bülletenləri təhlil etmişdir. Bu, ona insanların yaşı ilə ölümü arasındakı 
qanunauyğunluğu əks etdirən qarşılıqlı əlaqəni aşkara çıxarmağa, ölüm 
haqqında ilk cədvəli tərtib etməyə imkan vermişdir. C.Qrauntun başladığı 
demoqrafik qanunauyğunluqların öyrənilməsinə dair tədqiqatlar E. 
Qalley, İ.-P. Zyusmilx, P. Laplas, V. Ferra, A. Ketle, K.F. German, V.Y. 
Bunyakovski, V. Bortkeviç və başqa iqtisadçı və statistiklər tərəfindən 
yaradıcılıqla inkişaf etdirilmişdir.
Çoxəsrlik tarixi olan əhali statistikası ilə müqayisədə “demoqrafiya” 
termininin özü çox “cavandır”. Belə ki, bu söz ilk dəfə fransız statistiki 
Jan.K.A. Giyyarın (1799-1876) 1855-ci ildə Parisdə nəşr olunmuş “İnsan 
statistikasının ünsürləri və ya müqayisəli demoqrafiya” kitabının adında 
işlədilmişdir. “Demoqrafiya” termini iki latın sözünün - “demos” və 
“qrafıya” birləşməsindən əmələ gəlmişdir. “Demos” - xalq, “qrafıya” isə 
yazmaq mənasını verir. Beləliklə, demoqrafiya əhali haqqında elm 
deməkdir.
Demoqrafiyanın çox böyük əməli əhəmiyyəti vardır. Demoqrafiya sta­
tistikası əhalinin sayı və tərkibindən, miqrasiyasından, doğum, ölüm, 
evlənmə və boşanma hallarından və s. məsələlərdən bəhs edir.
İnsanların, birinci növbədə əmək qabiliyyətli əhalinin fəaliyyəti
6 Учёные записки по статистике, т.7, 1963, с.160.
82
istehsal prosesinin, ölkənin bütün həyatınm əsasını təşkil edir. Odur ki, 
sosial-iqtisadi statistikanın göstəricilər sistemində əhali və əmək 
ehtiyatları göstəriciləri mühüm yer tutur. İnsanlar özlərinin peşə-istehsal 
vərdişləri ilə birlikdə ölkənin məhsuldar qüvvələrinin, onun iqtisadi 
potensialının başlıca tərkib hissəsidir. Məhsuldar qüvvələr isə təkrar 
istehsalın həm şərti, həm də nəticəsidir. Deməli, məhsuldar qüvvələrin 
əsas ünsürlərindən biri olan əmək ehtiyatlarının iştirakı olmadan təkrar 
istehsal prosesinin həyata keçirilməsi mümkün deyildir.
Əhali və əmək ehtiyatları statistikasında əsas müşahidə vahidi bir sıra 
əlamətlərə (milliyyət, yaş, cins, təhsil, peşə, məşğulluq və i.a.) malik olan 
ayrıca şəxs, ailə, ev təsərrüfatı, əmək qabiliyyətli şəxslər, işsizlər, kişilər, 
qadınlar və şairələrdir. İnsan, əmək qabiliyyətinin daşıyıcısıdır. Olduqca 
mürəkkəb hadisə olan əmək qabiliyyəti müxtəlif mövqelərdən öyrənilə 
bilər. Bununla əlaqədar olaraq statistikada öz aralarında qarşılıqlı əlaqədə 
olan, lakin spesifik xüsusiyyətlərinə görə bir-birindən fərqlənən anlayış­
larından istifadə edilir. Bu anlayışlar insanların əmək qabiliyyətlərini əks 
etdirməklə, onları müxtəlif cəhətlərdən aydınlaşdırmağa imkan verir. 
Bunlara “işləmək üçün müəyyən edilmiş yaş həddində olan əhali”, “əmək 
funksiyalarını yerinə bilən əhali” (“işləmək üçün müəyyən edilmiş yaş 
həddində olan əmək qabiliyyətli əhali”), “əmək ehtiyatları”, “əmək funk­
siyalarını faktiki yerinə yetirən əhali” (“məşğul əhali”) daxildir.
İnsanların əmək qabiliyyəti fizioloji və sosial-iqtisadi şəraitlə müəy­
yən edilir. Fizioloji şərait dedikdə, insanların yaş həddi ilə əlaqədar olan 
müəyyən inkişaf səviyyəsi nəzərdə tutulur. Burada aşağı və yuxarı yaş 
həddinin düzgün müəyyən edilməsinin çox böyük əhəmiyyəti vardır. 
Aşağı yaş həddi dedikdə, böyüməkdə olan, fiziki və psixiki durumuna 
görə əmək funksiyalarını yerinə yetirməyə imkan verən yaş həddi nəzərdə 
tutulur. Yuxarı yaş həddi isə əhalinin əmək qabiliyyətinin və deməli, 
əmək fəaliyyətinin aşağı düşdüyü yaş həddi deməkdir. Başqa sözlə, belə 
təsəvvür olunur ki, aşağı və yuxarı yaş hədləri daxilində insanların əmək 
qabiliyyətləri, əmək funksiyalarını yerinə yetirmək bacarıqları özünü 
daha tam biruzə verir.
Lakin qeyd etmək lazımdır ki, insanların əmək qabiliyyətlərini müəy­
yən edən yaş şərtidir. Çünki o, cəmiyyətin sosial-iqtisadi, istehsalın tex­
niki, insanların ümumtəhsil və xüsusi hazırlıq, habelə yaşayış səviy­
yəsindən asılıdır.
Hazırda Azərbaycan Respublikasında əmək qabiliyyətli kişi və qadın­
ların aşağı yaş həddi 16, yuxarı yaş həddi kişilər üçün 63, qadınlar üçün 
isə 60 müəyyən edilmişdir.
83


Aşağı yaş həddi müəyyən olunarkən 9 illik ümumtəhsil və texniki 
peşə məktəblərində hazırlığın adətən 16 yaşda başa çatması nəzərə almır. 
Ölkəmizdə yuxarı yaş həddi isə pensiya təminatı haqqında qanunveri­
ciliklə müəyyən edilir.
İşləmək üçün müəyyən edilmiş yaş həddində olan əhalinin tərkibində 
həqiqətən işləmək qabiliyyəti və faydalı əməyə cəlb edilməsi mümkün 
olan əhalinin sayını müəyyən etmək üçün statistikada “əmək qabiliyyətli 
yaşda işləmək imkanı olan əmək qabiliyyətli əhali” anlayışından istifadə 
edilir.
İctimai-faydalı əməkdə iştirak edən 16 yaşdan aşağı yeniyetmələr və 
pensiya yaşında olan şəxslər ümumi əmək ehtiyatları potensialını artırır. 
Statistikada ümumi əmək potensialını ifadə etmək üçün isə “əmək ehti­
yatları” anlayışından istifadə olunur.
Ümumi əmək ehtiyatları potensialı ilə iqtisadiyyatın istehsal və qeyri- 
istehsal sahələrində faktiki iştirak edən əmək ehtiyatları kateqoriyalarını 
da bir-birindən fərqləndirmək lazımdır. Birinci ümumi əmək ehtiyatlarını, 
ikinci isə iqtisadiyyata faktiki cəlb edilmiş əmək ehtiyatlarını göstərir. 
Onlar kəmiyyətcə bir-birinə uyğun gəlmir. Ona görə ki, əmək qabiliyyətli 
yaşda işləmək imkanı olan əmək qabiliyyətli əhalinin bir hissəsi (məsə­
lən, tələbələr, evdar qadınlar) ictimai əməkdə iştirak etməyə bilər. Odur 
ki, əhalinin həqiqətən ictimai əməkdə iştirak edən hissəsini səciyyələn­
dirən “məşğul əhali” və ya “məşğul əmək ehtiyatları” anlayışından 
istifadə edilir.
Cəmiyyətin malik olduğu ümumi əmək ehtiyatları potensialını ifadə 
edən əmək ehtiyatları7 iki cəhətdən öyrənilir: 1) formalaşma mənbələrinə 
görə; 2) məşğul olduqları yerə görə. Formalaşma mənbələrinə görə əmək 
ehtiyatlarının sayı aşağıdakı kimi müəyyən edilir: əvvəlcə işləmək üçün 
müəyyən edilmiş yaş həddində olan əhalinin sayından qanunvericiliklə 
müəyyən edilmiş qaydada işləməyən əlillərin sayı çıxılır və əmək qabi­
liyyətli əhalinin sayı müəyyən edilir. İşləmək üçün müəyyən edilmiş yaş 
həddində olan əmək qabiliyyətli əhali ilə 16 yaşadək olan və işləyən yeni­
yetmələr, habelə pensiya yaşında olub, işləyən şəxslər əmək ehtiyatlarını 
əmələ gətirir.
Formalaşma mənbələrinə görə əmək ehtiyatlarının sayını müəyyən 
etmək üçün işləmək üçün müəyyən edilmiş yaş həddində olan əhalinin və 
qanunvericiliklə müəyyən edilmiş işləməyən əlillərin sayını (imtiyazlı 
şərtlərlə pensiya ödənilən, lakin işləməyən pensiyaçılar da daxil olmaqla)
7 Əmək ehtiyatları əhalinin bir hissəsidir. Əhalinin sayı dedikdə, müəyyən ərazidə (ölkədə, iqtisadi 
və ya inzibati rayonda, şəhərdə və başqa yaşayış məntəqələrində) yaşayan əhali nəzərdə tutulur.
84
və 16 yaşadək işləyən yeniyetmələrin və pensiya yaşında olan şəxslərin 
sayı haqqında məlumatlar olmalıdır.
Məşğul əmək ehtiyatlarına dövlət və qeyri-dövlət bölməsinə daxil olan 
iqtisadi vahidlərdə çalışan şəxslər aid edilir. Əmək ehtiyatlarının azlığı 
təşkil edən və ictimai əməkdə iştirak etməyən digər hissəsi iqtisadiyyata 
cəlb edilməmiş, lakin işləmək üçün müəyyən edilmiş yaş həddində olan 
əmək ehtiyatlarını təşkil edir.
İşləməyən əmək ehtiyatlarına işləmək üçün müəyyən edilmiş yaşda 
olan (16 yaşdan yuxarı), istehsalatdan ayrılmadan təhsil olan, lakin ev 
təsərrüfatında məşğul olan və uşaqlara qulluq edən şəxslər daxildir. 
Nəzərdən keçirilən bütün əhali kateqoriyaları həm də ölkənin ayrı-ayrı 
iqtisadi və inzibatı rayonları üzrə müəyyən edilə bilər.
İqtisadiyyatın idarə edilməsinin bütün səviyyələrində əhalinin sayı 
haqqında məlumatlara tələbat vardır. Çünki ölkənin sosial-iqtisadi inkişaf 
proqramlarının işlənib hazırlanması, milli səviyyədə qərarların qəbul edil­
məsi üçün əhalinin faktiki və perspektiv sayı, tərkibi, ərazi üzrə yerləş­
məsi və s. haqqında məlumat olmalıdır. Səmərəli məşğulluq siyasətinin 
işlənib hazırlanması, pensiya təminatı sisteminin formalaşdırılması və 
təkmilləşdirilməsi məktəbə qədər uşaq müəssisələri işinin planlaşdırıl­
ması üçün əmək qabiliyyətli əhalinin sayını bilmək lazımdır.
Əhali haqqında məlumatlara regional səviyyədə daha çox tələbat 
vardır. Ona görə ki, əhali haqqında kifayət qədər məlumat olmadıqda nə 
qədər yeni mənzil sahəsi, məktəb, uşaq bağçası, poliklinika tikilməsinin, 
sərnişin daşınmasında, əhalinin ərzaq məhsullarına olan tələbatının ödə­
nilməsində, əhalinin miqrasiyası sahəsində vəziyyətin necə olması barədə 
qərar qəbul etmək və fəaliyyət göstərmək olmur. Bütün bunlar onu 
deməyə əsas verir ki, müasir dövrdə əhali, statistika orqanlarının ən 
mühüm tədqiqat obyektlərindən biridir. Çünki o, bir tərəfdən istehsalın 
bilavasitə iştirakçısı, digər tərəfdən isə onun nəticələrinin istehlakçısıdır. 
Odur ki, insanların həyat şəraitində gedən proseslərlə əlaqədar əhalinin 
öyrənilməsinə maraq getdikcə artır. İnsanı öyrənmək, həyat şəraitində baş 
verən mütərəqqi meyilləri müəyyənləşdirmək və təhlil etmək üçün isə 
onun haqqmda zəruri məlumatları toplamaq lazımdır.
Əhali və əmək ehtiyatları haqqında lazımı məlumatlar statistik mü­
şahidənin müxtəlif növlərindən-əhalinin siyahıya alınması və miqrasiya­
sının Öyrənilməsi, doğum, ölüm, evlənmə və boşanma hallarının cari 
uçotu, seçmə müayinələri və s. istifadə olunmaqla əldə edilir.
Beləliklə, nəzərdən keçirilənləri ümumiləşdirməklə demək olar ki,
85


əhali və əmək ehtiyatları statistikası aşağıdakı vəzifələri yerinə yetirir:
- əhalinin və əmək ehtiyatlarının sayını və ölkə ərazisində yerləşməsini 
öyrənir,
- müxtəlif sosial-iqtisadi səbəb və amillərin təsiri ilə əhalinin və əmək 
ehtiyatlarının sayı və tərkibində baş verən dəyişiklikləri aşkara çıxarır, 
onları sistemləşdirir və təhlil edir;
- əhalinin tərkibini (cinsi, yaşı, milli tərkibi, sosial vəziyyəti, təhsili, 
məşğulluğu və i. a.) müəyyənləşdirir;
- əhalinin təbii hərəkəti (doğum, ölüm, bağlanmış nikahların və 
boşanmaların sayı və səbəbləri) təhlil edir;
- əhalinin miqrasiyasını öyrənir;
- əhaliyə sosial xarakteristika verir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin