mi yaşayan və siyahıyaalmanın qəti zamanında həqiqətən orada olan
şəxslər; 2) başqa yaşayış
məntəqələrində daimi yaşayan, lakin siyahıya-
almanın qəti zamanında Gəncə şəhərində olan şəxslər (ezamiyyətdə,
müalicədə olan və s.). Deməli, daimi əhalini qeydiyyata aldıqda “müvəq
qəti getmişləri”, mövcud əhalini qeydiyyata aldıqda isə “müvəqqəti
yaşayanları” nəzərə almaq lazımdır.
Siyahıyaalma aparılarkən həm daimi, həm də mövcud əhali kateqoriya
larından istifadə olunur. Bunların arasında fərqin əmələ gəlməsi siyahıyaal-
ma zamanı əhalinin ölkə ərazisində yerdəyişməsi ilə əlaqədardır. Odur ki,
“müvəqqəti yaşayanlar” və “müvəqqəti getmişlər” adlandırılan əhali
kateqoriyalarını aydınlaşdırmaq lazımdır. “Müvəqqəti” sözünün arxasında
altı ay, yaxud da bir il dayana bilər. Məsələn, ölkəmizdə 1999-cu ilin
yanvar ayında əhali siyahıya alınarkən “müvəqqəti” sözü üçün müəyyən
edilmiş vaxt on iki aya bərabər olmuşdur.
Beləliklə, bu əhali kateqoriyaları arasında asılılıq vardır. Bu asılılıq
əhali kateqoriyaları balansını ifadə edir. Bunu aşağıdakı kimi yazmaq
olar:
1) DƏ = MƏ + MG - MY;
2) MƏ = DƏ + MY - MG
Burada: DƏ - daimi əhali; MƏ - mövcud əhali;
MY - müvəqqəti
yaşayanlar; MG - müvəqqəti getmişlər deməkdir.
Hər hansı bir yaşayış məntəqəsi və ya rayon üzrə daimi və mövcud
əhalinin sayı bir-birindən fərqlənə, hətta bəzi hallarda kəskin surətdə fərq
lənə bilər. Lakin müvəqqəti yaşayan əhalinin sayı ilə müvəqqəti getmiş
əhalinin sayı adətən ölkə üzrə bir-birinə uyğun gəlir.9 *
Buna əsasən demək
olar ki, siyahıyaalma məlumatlarında ölkə üzrə daimi və mövcud əhalinin
sayının bir-birinə uyğun gəlməsi siyahıyaalmanın dəqiqliyinə nəzarətin
başlıca göstəricisi hesab edilə bilər.
Təcrübə göstərir ki, bu iki əhali kate
qoriyası arasındakı fərq adətən 0,1-0,2%-ə bərabər olur ki, bu da normal
haldır.
Əhalinin sayı həm də ayrı-ayrı inzibati-ərazi vahidləri üzrə müəyyən
edilir. Ayrı-ayrı ərazilər, yaxud da inzibati vahidlər üzrə əhalinin sıxlığı
göstəricisi də (həmin ərazidə məskunlaşmış əhalinin sayını onun sahəsinə
bölməklə bir kv. km-ə düşən əhali) hesablanır.
Bu göstərici Azərbaycan
9 Müvəqqəti yaşamaq üçün ölkədən başqa ölkələrə gedən və müvəqqəti yaşamaq üçün başqa
ölkələrdən ölkəyə gələn əhali nəzərə alınmır.
90
Respublikasının iqtisadi rayonları üzrə kəskin surətdə fərqlənir. Belə ki,
2013-cü ilin əvvəlinə olan məlumata görə ölkəmizdə əhalinin sıxlığı 108
nəfərə bərabər olduğu halda, bu göstərici Abşeron iqtisadi rayonunda 161
nəfərə, Gəncə-Qazax iqtisadi rayonunda 97 nəfərə, Şəki-Zaqatala iqtisadi
rayonunda 67 nəfərə, Quba-Xaçmaz iqtisadi rayonunda 73 nəfərə, Aran
iqtisadi rayonunda 88 nəfərə, Lənkəran iqtisadi rayonunda 143 nəfərə,
Dağlıq Şirvan iqtisadi rayonunda 49 nəfərə, Naxçıvan iqtisadi rayonunda
77 nəfərə bərabərdir (http://www. azstat. org/region).
Əhalinin ölkə ərazisində yerləşməsini təhlil edərkən onun sıxlığı gös
təricisi ilə yanaşı, həm də şəhər və kənd yaşayış məntəqələrinin orta
həcmi (əhalinin sayı), yaşayış məntəqələrinin öz aralarındakı orta məsafə
və onlarla inzibati mərkəzlər arasındakı məsafə
kimi göstəricilərindən də
istifadə edilə bilər.
Əhali kateqoriyası olduqca mürəkkəb topludur. Çünki bir çox dəyişən
əlamətlərə (göstəricilərə) malikdir. Odur ki, onu ayrı-ayrı qruplara və
yarımqruplara bölmədən
hərtərəfli
öyrənmək mümkün deyildir.
Statistikada əhali müxtəlif əlamətlərə görə qruplaşdırılarkən birinci
növbədə xalis demoqrafik göstəricilər əsas götürülür. Bunlara əhalinin
cinsi, yaşı,
ailə vəziyyəti, milliyyəti və s. aiddir. Bunları bir qədər ətraflı
nəzərdən keçirək.
Əhalinin tərkibində qadınlarla kişilər arasındakı nisbət müxtəlif dövrlər
də eyni olmamışdır. Əhalinin tərkibində kişilərin və qadınların xüsusi
çəkisi, hər 100 qadma düşən kişilərin sayı, qadınların xüsusi çəkisinin
kişilərə nisbətən artıq olmasını ifadə edən göstəricilər hesablanır. Bu nisbi
artıqlıq 1%-ə qədər olduqda cüzi, 1-3% olduqda orta, 3 %-dən çox olduqda
isə əhalinin cins tərkibində uyğunsuzluq olması deməkdir. Əhalinin cinsə
görə tərkibinin öyrənilməsi iqtisadi və demoqrafik əhəmiyyətə malikdir.
Bu barədə məlumatlar onun təkrar istehsalının və perspektiv sayının
müəyyən edilməsi, ömür müddətinin hesablanması üçün lazımdır. Doğulan
uşaqların da cins tərkibi öyrənilir. Başqa sözlə, doğulan hər 100 qız
uşağına neçə nəfər oğlan uşağmm düşməsi müəyyən edilir. 100 nəfər qız
uşağına görə 105 oğlan uşağının doğulması normal hal hesab edilir.
Azərbaycanda əhalinin cins tərkibi haqqında 4.2.
cədvəlindəki
məlumatlara əsasən mühakimə yürütmək olar.
Dostları ilə paylaş: