0,0206 və ya 2,1%
d v '
6042,0 Demoqrafik yük göstəricisi ilə yanaşı, ayrıca olaraq pensiya yükü
əmsalı da hesablanır: Yəni:
124 9 Əpv
=
-----------------—
=
0,0206 və ya 2,1%
p y -
6042,0 3 Bu əmsalların bir-birinə bərabər olması onunla əlaqədardır ki,
2012-ci ildə Azərbaycan iqtisadiyyatında yeniyetmələrin əməyindən
istifadə edilməmişdir. Əgər bu barədə statistik məlumat olsa idi, onda bu
əmsalların qiymətləri fərqlənərdi.
Yaşa görə qruplaşdırma əhalinin ümumi sayı, kişilər və qadınlar,
şəhər və kənd əhalisi üzrə də hesablanır. Cinsə və yaşa görə quraşıq
qruplaşdırma xüsusi maraq doğurur. Bunu daha əyani olsun deyə adətən
cins-yaş piramidası (qrafiki) şəklində düzəltmək məqsədəuyğundur.
Əhalinin cins-yaş piramidasını aşağıdakı qrafik təsvirlə ifadə etmək olar
(şəkil 4 .1).13
Statistikada əhalinin milli tərkibinə görə qruplaşdırılmasından da
geniş istifadə olunur. Çünki demək olar ki, dünyada mövcud olan bütün
ölkələrdə (Ermənistandan başqa) müxtəlif millətlərin nümayəndələri
yaşayır. Respublikamız çoxmillətli ölkədir. Əhalinin 2009-cu ildə
aparılmış siyahıya alınmasının nəticələrinə görə ölkə əhalisinin 91,6%-i
azərbaycanlılar, 2,0%-i ləzgilər, l,3%i ruslar, 1,4%-i ermənilər, 1,3%-i
talışlar, 0,6%-i avarlar, 0,4%-i türklər, 0,3%-i tatarlar, 0,2%-i
ukraynalılar, 0,1%-i saxurlar, 0,1 %-i gürcülər, 0,1 %-i kürdlər, 0,3%-i
tatlar, 0,1%-i yəhudilər, 0,04%-i udinlər, 0,02%-i xınalıqlar, 0,05%-
iqrızlar, 0,11 %-i isə digər millətlərdir.14
Əhalinin milli tərkibini öyrənərkən onun hansı dili özü üçün ana (danışıq)
dili hesab etməsi və vətəndaşlığı, yəni hansı ölkənin vətəndaşı, yaxud da ikili
vətəndaşlığı olmasının müəyyən olunması da az əhəmiyyət kəsb etmir.
13 http://www.stat.gov.az/source/demoqraphy/
14 Azərbaycanın statistik göstəriciləri 2013, Bakı, “Səda” nəşriyyatı 2013, s.81.