ərzində isə 40 min nəfər kənardan gəlib istirahət edən əhali olmuşdur.
Şəhərdə il ərzində yaşamış əhalinin orta illik sayı belə müəyyən olunur:
- daimi əhali: (220+230):2 - 225 min nəfər.
- kənardan gəlib istirahət edən əhali: (25-3) + (40-5): 12 = (75+200):
12 = 275 : 12 = 23 min nəfər.
- il ərzində şəhərdə yaşamış əhalinin orta illik sayı:
225 + 23 = 248 min nəfər.
Əhalinin saymm düzgün müəyyən edilməsinin başqa bir şərti hesab
lama aparılan ərazinin düzgün müəyyən olunmasıdır. Çünki, yaşayış
məntəqələrinin-şəhərlərin, qəsəbələrin, kəndlərin-əraziləri müxtəlif sə
bəblərə görə dəyişdirilə bilər və dəyişdirilir. Bəzi tarixi hadisələr nəti
cəsində hətta ölkələrin də əraziləri dəyişir. Əhalinin sayını müəyyən
etdikdə, buna dair dinamika sıralarını düzəltdikdə və onları təhlil etdikdə
bütün bunları nəzərə almaq lazımdır.
Yaşayış məntəqələrinin şəhər və kənd yaşayış məntəqələrinə bölün
məsinə uyğun olaraq əhali şəhər və kənd əhalisinə bölünür. Şəhərlərdə və
şəhər tipli qəsəbələrdə yaşayan əhali şəhər əhalisinə (fəhlə qəsəbələri və
kurort şəhərləri də daxil olmaqla), kənd yerlərində yaşayan bütün şəxslər
isə kənd əhalisinə aiddir. Lakin şəhər və kənd əhalisini kənd təsərrüfatı və
qeyri-kənd təsərrüfatı əhalisi anlayışı ilə qarışdırmaq olmaz. Çünki
əhalinin qeyri-kənd təsərrüfatı və kənd təsərrüfatı əhalisinə bölünməsi
əməyin xarakteri, iqtisadiyyatın ayrı-ayrı sahələrinə bağlılıqla əlaqədar
dır. Bu və ya digər bir yaşayış məntəqəsinin şəhər yerlərinə aid edilməsi
qanunvericilik qaydasında həyata keçirilir. Fikrimizi bir qədər də
dəqiqləşdirsək, məsələn, kənd müəllimləri və həkimləri, kənddə ticarətlə
məşğul olan şəxslər və s., habelə onların ailə üzvləri kənd əhalisinə
daxildir, kənd təsərrüfatı əhalisinə isə daxil deyildir. Qeyri-kənd
təsərrüfatı əhalisinin bir hissəsi şəhərlərdə və şəhər tipli qəsəbələrdə
yaşaya bilər. Dünya üzrə şəhər əhalisinin xüsusi çəkisi 50%-dən aşağı
olduğu halda, bəzi ölkələrdə (Avstraliya, Almaniya, Niderland, İspaniya,
İsrail) bu göstərici 85%-dən çox, bəzi ölkələrdə isə (Birma, Hindistan,
Vyetnam və i.a.) 25%-dən aşağıdır. 1926-cı ildə respublikamızda əhalinin
tərkibində şəhər əhalisinin xüsusi çəkisi 28%-ə bərabər olduğu halda,
hazırda 53%-dən çoxdur. Azərbaycan respublikasında əhalinin şəhər və
kənd əhalisinə bölünməsini 4.1 cədvəlindəki məlumatlardan aydın
görmək olar. 8
Dostları ilə paylaş: