Təhlil üçün suallar - Hadisə və proseslərin təsnifləşdirilməsi nə deməkdir?
- Nomenklatur dedikdə nə başa düşülür?
- Qruplaşdırma nə deməkdir ?
- Ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası ilə əlaqədar nə kimi
işlər görülmüş və görülür?
- İqtisadi
fəaliyyət sahələrinin təsnifləşdirilməsinin beynəlxalq
standartları nə vaxt hazırlanmış və dərc edilmişdir?
- Təsnifləşdirmənin beynəlxalq standartları neçə bölmədən ibarətdir
və necə işarə olunur?
- İqtisadi fəaliyyət sahələrinin təsnifləşdirilməsindən hansı vəzifələrin
yerinə yetirilməsi üçün istifadə olunur?
- Bölmələr, yarımfəsillər və s. özləri necə təsnifləşdirilir?
- Məhsulları, işləri və xidmətləri təsnifləşdirməkdə məqsəd nədir?
- Nə üçün iqtisadi təsnifləşdirmə sistemində əsas məhsulların, işlərin,
xidmətlərin təsnifləşdirilməsi xüsusi yer tutur?
- Azərbaycanda xarici iqtisadi fəaliyyəti tənzimləmək və onun
haqqında lazımi statistik məlumatları toplamaq üçün hansı qaydalara
keçilmişdir?
- Avropa İttifaqına üzv ölkələrdə əmtəə və xidmətlərin təsnifləşdiril
məsinin Avropa standartlarının nə kimi xüsusiyyətləri vardır?
- Öyrənilən ayrı-ayrı vahidlərin bu və ya digər təsnifat qrupuna aid
edilməsi nədən asılıdır?
- Beynəlxalq standartların və sahələr üzrə iqtisadi fəaliyyətin
təsnifləşdirilməsinin hansı xüsusiyyətləri vardır?
- İstehsal vahidlərinin fəaliyyəti hansı qruplara bölünür və onlarda
yaradılan məhsullar bir-birindən nə ilə fərqlənir?
- Ölkənin iqtisadi ərazisi onun coğrafi ərazisindən nə ilə fərqlənir?
- Kapitalist iqtisadiyyatı öz inkişafının korporativ mərhələsinə nə vaxt
80 daxil olmuşdur və o, nə ilə səciyyələnir?
- Bazar münasibətlərinin yüksək səviyyədə inkişaf etmiş olduğu ölkə
lərdə qiymətli kağızlarla əməliyyatlar kimlər tərəfindən aparılır ?
- Ev təsərrüfatlarına xidmət edən qeyri-kommersiya təşkilatları necə
təsnifləşdiriılir?
- Müəssisələrin mülkiyyət formalarına görə qruplaşdınlmasında məqsəd
nədir?
- Ölkəmizdə dövlət və xüsusi mülkiyyətin tərkib ünsürləri nədən iba
rətdir?
- Çoxnövlii işarələr sistemi nə deməkdir və bundan istifadə
olunmasının nə kimi əhəmiyyəti vardır?
- Dünya dövlətlərinin və onların valyutalarının təsnifləşdirilməsi necə
aparılır?