4.2. Əhalinin sayı və tərkibi göstəriciləri İşləmək üçün müəyyən edilmiş yaş həddində olan əmək qabiliyyətli
əhali əmək ehtiyatlarının əsas hissəsini təşkil edir. İşləyən pensiyaçılar və
yeniyetmələr isə ölkədə əmək ehtiyatlarının sayının dəyişməsinə təsir
edir. Lakin qeyd etmək lazımdır ki, ölkədə əmək ehtiyatlarının dəyişmə
sinə təsir göstərən əsas amil əmək qabiliyyətli əhalinin sayının artıb-
azalmasıdır.
Bütün bunlar göstərir ki, əhalinin sayının müəyyən edilməsi olduqca
mühüm, məsuliyyətli və mürəkkəb bir məsələ olmaqla, sosial-iqtisadi
statistikanın əsas vəzifələrindən biridir. Ona görə də bu işi uğurla həyata
keçirmək üçün bir sıra şərtlərə əməl olunmalıdır. Bunlardan biri əhalinin
sayının müəyyən olunduğu vaxtın dəqiq müəyyənləşdirilməsidir. Məsə
lən, “2010-cu ildə Azərbaycan Respublikası əhalisinin sayı” anlayışı
qcyri-müəyyəndir. Başqa sözlə, bu anlayış əhalinin müəyyən tarixə
(yanvarın 1-nə, oktyabrın 1-nə, yaxud da dekabrm 1-nə) olan sayını,
yoxsa, hər hansı bir ildə orta illik saymı göstərir? sualı meydana çıxır.
Bunlar isə müxtəlif anlayışlardır.
Yuxarıda göstərildiyi kimi, əhalinin sayı haqqında əsas məlumat mən
bəyi onun siyahıya alınmasıdır. Siyahıyaalma zamanı əhalinin sayı hər
hansı bir tarixə müəyyən edilir. Siyahıyaalmalar arasındakı dövrdə isə
statistik məcmuələrdə əhalinin sayı haqqında məlumat bir qayda olaraq
ilin əvvəlinə və ya axırına verilir. Bu məqsədlə axırıncı siyahıyaalınmanın
ilkin məlumatları hər il doğulanların, ölənlərin, xaricdən gələnlərin və
xaricə gedənlərin sayı, başqa sözlə, əhalinin təbii və mexaniki hərəkəti
86 nəzərə alınmaqla təshih olunur. Başqa sözlə, ilin əvvəlinə olan əhalinin
üzərinə il ərzində doğulanların və ölkəyə gələnlərin sayı əlavə edilir,
onun üzərindən il ərzində ölənlərin və ölkədən gedənlərin sayı çıxılır və
beləliklə də ilin axırına olan əhalinin sayı müəyyən edilir.
Bəzi hallarda bir sıra sosial-iqtisadi hadisələri hesablamaq üçün
əhalinin orta saymın müəyyən edilməsinin zəruriliyi meydana çıxır. Bu,
məsələn, beynəlxalq müqayisə aparmaq, yəni hər nəfərə düşən məhsul
istehlakı (ət və ət məhsulları, süd və süd məhsulları, yumurta, taxıl,
elektrik enerjisi, avtomobil və i.a.) göstəricilərini, habelə əhalinin doğum,
ölüm, təbii artım əmsallarını hesablamaq üçün lazımdır. Əhalinin orta
illik sayı (S ) (yaxud da hər hansı bir zaman kəsiyi üzrə) onun haqqında
ilin əvvəlinə (Sə) və axırma (Sa) olan məlumatlara əsasən sadə hesabı
orta kəmiyyət kimi aşağıdakı düsturla hesablanır:
2 Əhalinin sayı haqqında verilmiş məlumatlar arasındakı intervallar eyni
olduqda (məsələn, hər ayın 1-i vəziyyətinə) onun orta illik sayı xronoloji
orta kəmiyyətin aşağıdakı düsturu ilə müəyyən edilir:
S, + S , + S , + ....H— S