dakı kimi qruplaşdırılması məqsədəuyğundur: 1) əmək fəaliyyətindən
əldə edilən gəlir; 2) şəxsi həyətyanı sahədən əldə edilən gəlir; 3) təqaüd
lər; 4) pensiyalar (əlilliyə görə pensiyadan başqa); 5) əlilliyə görə pen
siyalar; 6) işsizliyə görə müavinət; 7) yardımlar (işsizliyə görə müavinət
dən başqa) və dövlət təminatının digər növləri; 8) qənaət; 9) əmlakın
icarəyə verilməsindən əldə edilən gəlirlər; 10) digər gəlir mənbələri.
Əhalinin yaşamaq üçün gəlir mənbələri həm də şəhər və kənd əhalisi,
kişilər və qadınlar üzrə ayrılıqda öyrənilir. Şəhər və kənd yerlərində yaşayan
əhalinin gəlir mənbələrinin strukturunu 4.6 cədvəlindəki məlumatlardan
aydm görmək olar.
Cədvəl 4.6
2009-cu ildə Azərbaycan Respublikası əhalisinin yaşayış yerləri üzrə
_____________ gəlirlərinin quruluşu, %-lə17__________________
Sıra
№
Gəlir mənbələri
Cəmi
0 cümlədən
Şəhər
yerlərində
Kənd
yerlərində
1
Cəmi əhali
100
100
100
2
Əm ək fəaliyyətilə əldə olunan gəlir
57,48
48,18
68,51
3
D övlət təminatı
14,59
14,56
14,63
4
Əm anətlər
0,01
0,01
0
5
Əmlakın icarəsi (kirayəsi)
0,08
0,13
0,02
6
Him ayədə
26,16
34,9
15,8
7
D igər mənbələr
1,67
2,21
1,03
4.6
cədvəlindəki məlumatlardan göründüyü kimi, şəhər yerlərində
əsas gəlir mənbələri məşğulluq, özüməşğulluq, cari transfertlər və digər
gəlirdən, kənd yerlərində isə kənd təsərrüfatı, məşğulluq, özüməşğulluq,
cari transfertlər, pensiyalar və digər gəlirdən ibarətdir.
Əhalinin tərkibini öyrənərkən başlıca məsələlərdən biri də onun məş
ğulluğudur. Odur ki, statistikada bir-biri ilə qarşılıqlı əlaqədə olan, lakin
bir-birindən fərqlənən “məşğuliyyət” və “peşə” anlayışlarından istifadə
olunur. Məşğuliyyət faktiki yerinə yetirilən işdir, peşə dedikdə isə bu və
ya digər şəxsin qazandığı ixtisas nəzərdə tutulur.
Müasir dünyada milli və bəşəri mədəniyyət hər bir ölkənin və bütöv
lükdə yer kürəsi əhalisinin ən böyük sərvətinə çevrilmiş və əhalinin mə
dəni səviyyəsinin daim yüksəlməsi təmin olunmuşdur. Əhalinin mədəni
səviyyəsini müəyyən edən başlıca göstərici isə onun savadlılıq və təhsil 1
7
17 Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. VI cild. Əhalinin yaşayış
üçün gəlir mənbələri. Bakı. 2010, “Səda” nəşriyyatı, səh. 11.
98
səviyyəsidir. Ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsində onların
çox böyük əhəmiyyəti vardır. Odur ki, statistikada bunların öyrənilməsinə
xüsusi diqqət yetirilir.
Dostları ilə paylaş: