Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə64/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   262
2-ci movzu demoqrafiya

17.2
Ə y= 7 J
= 2.7
172
Ə = — = 2.9

5.9
19.0
6.0
= 3.2
Əhali statistikasında hesablanan göstəricilərdən biri də nikah və 
boşanma əmsallarıdır. Bu göstəriciləri hesablamaq üçün müvafiq olaraq il 
ərzində bağlanmış nikahların və boşanmaların sayını əhalinin orta illik 
sayma bölmək lazımdır. Azərbaycanda nikah bağlanması və boşanmalar 
haqqında 4.8 cədvəlindəki məlumatlara əsasən mühakimə yürütmək olar.
Cədvəl 4.8
Azərbaycanda nikah və boşanmalar (əhalinin hər 1000 nəfərinə görə)
İllər
Bağlanmış nikahlar
Boşanmalar
1995
5,7
0,8
1996
51
0,7
1997
6,1
0,8
1998
5,2
0,7
1999
4,8
0,6
2000
5,0
0,7
2001
5,2
0,7
2002
5,2
0,7
2003
6,9
0,8
2004
7,6
0,8
2005
8,7
U
2006
9,5
0,9
2007
9,7
1,0
2008
9,3
0,9
2009
8,8
0,9
2010
8,9
1,0
2011
9,7
1,2
2012
8,6
1,2
19 Azərbaycanın statistik göstəriciləri. Bakı, “Səda” nəşriyyatı, 2010, s. 8 2 ,2 0 1 3 , s.87.
101


4.8 
cədvəlindəki məlumatlardan aydın olur ki, ölkəmizdə 1995-ci ilə 
nisbətən 2012-ci ildə bağlanmış nikahların sayı 51,0%, boşanmaların sayı 
isə 50,0% artmışdır.
Əhalinin təbii hərəkəti göstəriciləri adətən il üzrə hesablanır. Lakin daha 
uzun müddət üzrə də hesablana bilər. Belə hallarda yuxarıdakı düsturların 
həm surətindəki, həm də məxrəcindəki məlumatlar eyni dövrə aid olmalıdır. 
Yuxanda nəzərdən keçirilən və bütün əhalinin hər 1000 nəfərinə görə he­
sablanan göstəricilər ümumi əmsallardır. Bütün əhali nəzərə alınmaqla 
hesablanan ümumi göstəricilərlə yanaşı, əhalinin təkrar istehsalına daha 
dərindən və hərtərəfli xarakteristika vermək üçün yaş, cins, peşə qruplan 
üzrə hər 1000 nəfərə görə xüsusi əmsallar da hesablanır. Məsələn, yaş həddi 
nəzərə alınmaqla xüsusi doğum əmsalı müəyyən edilir. Bu göstəricini 
hesablamaq üçün doğulanların saymı 15 yaşdan 49 yaşadək olan qadınların 
orta sayına bölmək lazımdır. Yəni:
ə ,d. = ■
N
4 25-49
Bu göstərici fertil əmsalı adlanır və nəsilvermə qabiliyyəti deməkdir. 
Onu aşağıdakı düsturla da hesablamaq olar:
Ə 
N ■
x.d. 
g • 
s
Bu düsturlarda: Ə d -xüsusi doğum əmsalı; S 
-əhalinin ümumi sa-

425-49
yında 15 yaşdan 49 yaşadək olan qadınların xüsusi çəkisi deməkdir.
Statistikada ümumi və xüsusi doğum əmsalları ilə yanaşı aşağıdakı 
göstəricilər də hesablanır:
1) Hər hansı bir yaşda olan qadınların (məsələn, 25 yaşında olanların) 
doğduqları uşaqların həmin yaşda olan qadınların sayma bölünməklə 
hesablanan doğum əmsalı;
2) Bir qadının bütün həyatı boyu doğduğu uşaqların orta sayını xarak­
terizə edən ümumi doğum əmsalı. Bu göstərici ayrı-ayrı yaşlar üzrə 
hesablanmış əmsalların cəmini 1000-ə bölmək yolu ilə müəyyən edilir;
3) Bir qadının bütün həyatı boyu doğduğu qız uşaqlarının orta sayı. 
Bu göstərici ümumi doğum əmsallarının cəmini 0,49-a (doğulan uşaqların 
tərkibində qız uşaqlarının xüsusi çəkisi) vurmaq yolu ilə hesablanır;
102
4) 
Bir qadının bütün həyatı boyu doğduğu və onların özləri ana olana 
qədər yaşayan qadınların orta sayı. Bu göstəricini hesablamaq üçün ayrı- 
ayrı yaşlar üzrə müəyyən edilmiş əmsallar hər bir yaşda (yaş qrupunda) 
olan qadınların sayma (Lx) və 0,49-a vurulur və nəticələr cəmlənir. Əldə 
edilən rəqəm ölüm cədvəlində yeni doğulanların ilkin sayına (L0) 
bölünür.
Ölüm hallarını öyrəndikdə də bir sıra xüsusi əmsallar hesablanır. Bun­
lardan biri də bir yaşadək uşaqlann ölümünü səciyyələndirən körpə ölümü 
əmsalıdır. Bu göstərici doğulan uşaqlardan neçə nəfərinin bir yaşa qədər 
öldüyünü (hər 1000 nəfərə görə) müəyyən etməyə imkan verir. Lakin nəzərə 
almaq lazımdır ki, cari ildə keçən il doğulan və bir yaşa qədər olan uşaqlar 
da ölə bilər. Odur ki, il üzrə körpə ölümü əmsalı aşağıdakı düsturla iki 
toplananın cəminə əsasən hesablanır:
Ə
k.ö.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin