4.3. Əhalinin təbii hərəkətinin öyrənilməsi Əhalinin sayı sabit qalmır, daim dəyişir. Statistikada əhalinin sayının
dəyişməsinə onun hərəkəti deyilir. Əhalinin təbii və mexaniki hərəkətini
bir-birindən fərqləndirmək lazımdır. Əhalinin təbii hərəkəti (təkrar
istehsalı) dedikdə, doğum və ölüm halları nəticəsində insan nəsillərinin
dəyişməsi nəzərdə tutulur. Evlənmə və boşanma halları da buraya aiddir.
Əhalinin hərəkətinə dair aşağıdakı mütləq göstəricilər hesablanır: 1)
bir ildə doğulan və ölənlərin sayı; 2) əhalinin təbii artımı (doğulanların
sayı ilə ölənlərin sayı arasındakı fərq); 3) əhalinin mexaniki hərəkəti.
Əhalinin təbii hərəkətinin cari uçotu Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında
(VVADQ) qeydiyyata alınmasına əsaslanır. Burada hər bir doğum və ölüm
halı müvafiq sənədlərlə rəsmiyyətə salınır və onun bir nüsxəsi statistika
orqanlarına göndərilir. Bu sənədlərdə bir çox göstəricilərin (cins, milliyyət,
ailə vəziyyəti, yaşadığı yer, doğum haqqında şəhadətnamədə valideynlərin
yaşı, ölüm haqqında şəhadətnamədə ölümün səbəbləri və i.a.) nəzərdə
tutulması bir sıra qruplaşdırmaları aparmağa və demoqrafiya statistikasının
analitik təhlil imkanlarını genişləndirməyə imkan verir.
Lakin əhalinin təbii hərəkəti haqqında mütləq göstəricilərə əsasən ay
rı-ayrı yaşayış məntəqələrində doğum, ölüm və təbii artım göstəricilərinə
xarakteristika vermək mümkün deyildir. Odur ki, bu göstəricilər əhalinin
hər 1000 nəfərinə görə hesablanır və promil ilə (işarəsi -
%o)
işarə edilir.
Əhalinin təbii hərəkəti əmsalları aşağıdakı kimi hesablanır:
1) doğum əmsalı
_
NxlOOO
ə d = ---- :----
S
2) ölüm əmsalı:
3) təbii artım əmsalı:
_
MxlOOO
-------:----
S
_
("N -M jxl000
ə t.a.----------- :-----------
S
99
və ya Ət a = Əd - Əö
Azərbaycan Respublikasında 1995-2012-ci illərdə əhalinin təbii
hərəkəti haqqında məlumatlar 4.7 cədvəlində əks etdirilmişdir.