4.8
cədvəlindəki məlumatlardan aydın olur ki, ölkəmizdə 1995-ci ilə
nisbətən 2012-ci ildə bağlanmış nikahların sayı 51,0%, boşanmaların sayı
isə 50,0% artmışdır.
Əhalinin təbii hərəkəti göstəriciləri adətən il üzrə hesablanır. Lakin daha
uzun müddət üzrə də hesablana bilər. Belə hallarda yuxarıdakı düsturların
həm surətindəki, həm də məxrəcindəki məlumatlar eyni dövrə aid olmalıdır.
Yuxanda nəzərdən keçirilən və bütün əhalinin hər 1000 nəfərinə görə he
sablanan göstəricilər ümumi əmsallardır. Bütün əhali nəzərə alınmaqla
hesablanan ümumi göstəricilərlə yanaşı, əhalinin təkrar istehsalına daha
dərindən və hərtərəfli xarakteristika vermək üçün yaş, cins, peşə qruplan
üzrə hər 1000 nəfərə görə xüsusi əmsallar da hesablanır. Məsələn, yaş həddi
nəzərə alınmaqla xüsusi doğum əmsalı müəyyən edilir. Bu göstəricini
hesablamaq üçün doğulanların saymı 15 yaşdan 49 yaşadək olan qadınların
orta sayına bölmək lazımdır. Yəni:
ə ,d. = ■
N
4 25-49
Bu göstərici fertil əmsalı adlanır və nəsilvermə qabiliyyəti deməkdir.
Onu aşağıdakı düsturla da hesablamaq olar:
Ə
N ■
x.d.
g •
s
Bu düsturlarda: Ə d -xüsusi doğum əmsalı; S
-əhalinin ümumi sa-
7
425-49
yında 15 yaşdan 49 yaşadək olan qadınların xüsusi çəkisi deməkdir.
Statistikada ümumi və xüsusi doğum əmsalları ilə yanaşı aşağıdakı
göstəricilər də hesablanır:
1) Hər hansı bir yaşda olan qadınların (məsələn, 25 yaşında olanların)
doğduqları uşaqların həmin yaşda olan qadınların sayma bölünməklə
hesablanan doğum əmsalı;
2) Bir qadının bütün həyatı boyu doğduğu uşaqların orta sayını xarak
terizə edən ümumi doğum əmsalı. Bu göstərici ayrı-ayrı yaşlar üzrə
hesablanmış əmsalların cəmini 1000-ə bölmək yolu ilə müəyyən edilir;
3) Bir qadının bütün həyatı boyu doğduğu qız uşaqlarının orta sayı.
Bu göstərici ümumi doğum əmsallarının cəmini 0,49-a (doğulan uşaqların
tərkibində qız uşaqlarının xüsusi çəkisi) vurmaq yolu ilə hesablanır;
102
4)
Bir qadının bütün həyatı boyu doğduğu və onların özləri ana olana
qədər yaşayan qadınların orta sayı. Bu göstəricini hesablamaq üçün ayrı-
ayrı yaşlar üzrə müəyyən edilmiş əmsallar hər bir yaşda (yaş qrupunda)
olan qadınların sayma (Lx) və 0,49-a vurulur və nəticələr cəmlənir. Əldə
edilən rəqəm ölüm cədvəlində yeni doğulanların ilkin sayına (L0)
bölünür.
Ölüm hallarını öyrəndikdə də bir sıra xüsusi əmsallar hesablanır. Bun
lardan biri də bir yaşadək uşaqlann ölümünü səciyyələndirən körpə ölümü
əmsalıdır. Bu göstərici doğulan uşaqlardan neçə nəfərinin bir yaşa qədər
öldüyünü (hər 1000 nəfərə görə) müəyyən etməyə imkan verir. Lakin nəzərə
almaq lazımdır ki, cari ildə keçən il doğulan və bir yaşa qədər olan uşaqlar
da ölə bilər. Odur ki, il üzrə körpə ölümü əmsalı aşağıdakı düsturla iki
toplananın cəminə əsasən hesablanır:
Ə
k.ö.
Dostları ilə paylaş: