Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


 http://az.apa.az/news/347064



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə72/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   262
2-ci movzu demoqrafiya

24 http://az.apa.az/news/347064
113


- digər səbəblər.
Beynəlxalq bazarda insan resurslarının digər iqtisadi resurslarla müqa­
yisəsindən danışarkən onun xüsusiyyətini nəzərə almaq lazımdır. Bu xü­
susiyyət ondan ibarətdir ki, işçi qüvvəsi beynəlxalq iqtisadi münasibət­
lərin nəinki obyekti, həm də subyektidir. Bundan başqa, beynəlxalq miq­
rasiya prosesi donor və işçi qüvvəsini qəbul edən ölkələrə yalnız iqtisadi 
cəhətdən deyil, həm də sosial, demoqrafik və sosial-psixoloji cəhətdən 
təsir göstərir.
Təsərrüfat həyatının beynəlmilləşməsi gücləndikcə beynəlxalq miqra­
siyanın əhəmiyyəti də artır.
Əhalini (və ya işçi qüvvəsini) qəbul edən ölkələr üçün miqrasiya 
mənbələri bir-birindən fərqlənir. Bu, bir tərəfdən, işçi qüvvəsinin üz 
tutduğu ölkənin müasir dünyada oynadığı rol və malik olduğu imkanla, 
digər tərəfdən isə onun tarixi, etnik və coğrafi əlaqələri ilə bağlıdır. Bu­
nunla əlaqədar olaraq müasir mühacir axınında nəzərə çarpan dəyişik­
liklər müşahidə olunur.
Belə ki, son onilliklərdə beynəlxalq miqrasiyada əsas axın ABŞ-a 
yönəlmişdir. XX əsrin 70-ci illərində bu ölkəyə açıq şəkildə mühacirət 
edənlərin sayı 4,5 mln. nəfərdən çox olmuşdur ki, bu da 60-cı illərdəkin- 
dən təqribən 33% çoxdur. XX əsrin 80-ci illərindən mühacirətin miqyası 
daha da genişlənmiş və bu, ABŞ əhalisi artımının 40%-ə qədərini təşkil 
etmişdir. Bu dövrdə ölkəyə 6 mln. nəfər leqal, 2 mln. nəfər isə qeyri-leqal 
yolla mühacirət etmişdir. Keçən əsrin sonlarında bu səviyyə demək olar 
ki, sabit qalmışdır.
Mühacir axınının başqa bir mərkəzi Qərbi Avropadır. Bu ölkələrə hər 
il orta hesabla 600 min nəfər mühacirət edir ki, bunların da ailə üzvlərinin 
sayı 700 min nəfərə çatır. Avropada Almaniya, Fransa və Böyük Bri­
taniya mühacirətin miqyasına görə öncül mövqedədirlər. İşçi qüvvəsinin 
miqrasiyasına, yəni daha çox mühacirətetməyə görə regional mərkəzlər 
arasında Avstraliyanı xüsusi qeyd etmək olar.
Keçən onilliklər ərzində mühacirlərin təkcə etnik tərkibi deyil, peşə və 
təhsil səviyyələri də dəyişmişdir. XX əsrin 80-ci illərində ABŞ-a 1,5 mln. 
nəfər ali təhsilli mütəxəssis mühacirət etmişdir. Lakin bütün mühacirlərin 
yüksək ixtisas və peşə təhsilinə malik olduqlarını demək düzgün olmazdı. 
Belə ki, mühacirlərin 33%-i hətta orta məktəbi belə bitirməmişdir.
Əhalinin və işçi qüvvəsinin beynəlxalq miqrasiyası ayrı-ayrı ölkələrin 
milli qanunvericilikləri və beynəlxalq hüquq normaları ilə tənzimlənir. 
Qanunvericilikdə iki meyil özünü göstərir. Bunlardan biri açıq iqtisadiy­
yata və buna uyğun olaraq əhalinin və əmək ehtiyatlarının sərbəst surətdə
114
yerdəyişməsi, digəri isə beynəlxalq miqrasiya sahəsində himayədarlıq və 
məhdudiyyətlərə əsaslanır.
Hər bir ölkədə milli miqrasiya siyasəti işlənib hazırlanır. Dövlətin 
miqrasiya siyasəti ölkədən gedən və ölkəyə gələnlərin, ölkədə yaşamaq 
üçün onlara vətəndaşlıq statusu verilməsinin, yaxud da onların vətəndaş­
lıqdan məhrum edilməsinin, xarici işçi qüvvəsindən istifadənin, onların 
işlədikləri dövrdə qaçqınların sosial müdafiəsinin təşkili sisteminin 
tənzimlənməsinə yönəldilmiş qanunvericilik, təşkilati və digər tədbirlər 
kompleksidir.
İnkişaf etmiş ölkələrin çoxu beynəlxalq miqrasiyanın sosial vəziyyətə 
və əmək bazarına nəzarət oluna bilməyən təsirinə yol verməmək üçün 
özlərinin iqtisadiyyatlarını və əhalisini müdafiə etməyə yönəldilən və 
himayədarlığa əsaslanan miqrasiya siyasəti yeridirlər. Məsələn, ABŞ-da 
1990-cı ildə qüvvəyə minmiş mühacirət haqqında qanuna uyğun olaraq 
1995-ci ildən başlayaraq ölkəyə hər il 675 min nəfərdən çox mühacir 
gəlməsinə yol verilmir. Qanunda həmçinin iş axtarmaq üçün hər il 140 
min nəfərin gəlməsi ilə əlaqədar kvota müəyyən edilmişdir.
XX əsrin 90-cı illərində siyasi və demoqrafik qeyri-sabitliyin artması 
və mühacirlərin işlə təmin olunmasının mürəkkəbləşməsi ilə əlaqədar ola­
raq Avropa ölkələrinin çoxu özlərinin mühacirət haqqında qanunverici­
liklərini sərtləşdirmişlər. Məsələn, 1993-cü ildə Fransa ölkəyə yeni 
mühacirlərin gəlməsini məhdudlaşdırmışdır. Avstriya, İtaliya, İspaniya və 
Portuqaliya da özlərinin mühacirət haqqında qanunvericiliklərində bu 
istiqamətdə dəyişikliklər etmişlər. Beynəlxalq konvensiyalar, o cümlədən 
1948-ci il dekabrın 10-da BMT tərəfindən qəbul edilmiş insan hüquqla­
rına dair ümumi bəyannamədə hər bir şəxsə sərbəst surətdə yaşayış yeri 
seçmək hüququ verilir. Bunlarla yanaşı, bəyannamə razılaşma əldə edən, 
miqrasiya prosesini tənzimləyən beynəlxalq hüquq normaları və üçüncü 
ölkələrə münasibətdə məhdudiyyətləri müəyyənləşdirir. Məsələn, Avropa 
İttifaqı çərçivəsində əhalinin və işçi qüvvəsinin beynəlxalq miqrasiya 
axınım tənzimləyən bir sıra konvensiyalar imzalanmışdır. Bunların 
içərisində 1957-ci ildə bağlanmış və 1968-ci ildə qüvvəyə minmiş Roma 
müqaviləsinin 52-ci yarımfəslində Avropa İttifaqının ilk 6 iştirakçısı olan 
ölkələrin işçilərinə (sonra bu qayda Avropa İttifaqının üzvü olan bütün 
ölkələrə şamil edilmişdir) həmin ölkələrdə sərbəst surətdə iş axtarmaq 
hüququnu verən sənəd, sığınacaq verilməsi qaydalarını müəyyən edən və 
1990-cı ildə qəbul edilmiş Dublin konvensiyasını misal göstərmək olar. 
Əhalinin, o cümlədən işçi qüvvəsinin beynəlxalq miqrasiyası təkcə iqti­
sadi deyil, həm də çox mürəkkəb siyasi məsələ olmaqla, getdiyi ölkənin
115


əmək ehtiyatlarının tərkibinə əhəmiyyətli dərəcədə təsir edir, əmək 
bazarında tələb və təklifin dəyişməsinə, işçi qüvvəsini qəbul edən ölkənin 
sosial-iqtisadi həyatında çətinliklərə gətirib çıxarır.
Beləliklə, insanların müxtəlif səbəblər üzündən uzun müddətə və ya 
həmişəlik olaraq bir yerdən başqa yerə getməsi nəticəsində həm əmək 
ehtiyatlarının, həm məşğul əhalinin (məşğul əmək ehtiyatlarının), həm də 
daimi və mövcud əhalinin sayında dəyişikliklər baş verir. Uzunmüddətli 
və daimi yerdəyişmələrlə yanaşı, mövsümi, məcburi və gündəlik 
miqrasiyalar da vardır.
Əmək qabiliyyətli əhalinin yerdəyişməsi ilə əlaqədar olan mövsümi 
miqrasiya işçilərin və təhsil alanların sahə və ərazi üzrə yerdəyişməsi 
olmaqla, onların daimi yaşayış və iş yerlərinin dəyişməsinə səbəb olmur. 
Ona görə də müxtəlif iqtisadi hesablamaları apararkən əmək ehtiyatları və 
məşğul əhali (məşğul əmək ehtiyatları) göstəricilərinin dəyişməsinə möv­
sümi miqrasiyanın təsirini nəinki nəzərə almaq, həm də kəmiyyətcə ifadə 
etmək, bəzi hallarda isə hətta onun təsirinin aradan qaldırılması lazım 
gəlir. Bütün əhalinin mövsümi miqrasiyası isə yalnız mövcud əhalinin 
sayının dəyişməsinə təsir göstərir.
Məcburi miqrasiya, yəni məşğul əmək ehtiyatlarının vaxtaşırı bir ya­
şayış məntəqəsindən başqa yaşayış məntəqəsinə getməsi daimi və möv­
cud əhalinin sayının dəyişməsinə təsir etmir. Məşğul əmək ehtiyatlarının 
məcburi miqrasiyası işçilərin və təhsil alanların daimi yaşayış yerləri ilə 
onların işlədikləri və təhsil aldıqları yerlərin bir-birinə uyğun gəlmə­
məsinə gətirib çıxarır.
Əmək ehtiyatları ölkənin ayrı-ayrı rayonları üzrə qeyri-bərabər bölün­
müşdür. Bu, başlıca olaraq iqtisadi amillərin təsiri ilə izah olunur. Belə ki, 
hansı ərazilərdə sənaye inkişaf etmişdirsə, orada daha çox əmək ehti­
yatları cəmləşir. Rayonlar üzrə əhalinin sıxlığı haqqında məlumatlar isə 
ölkə ərazisində əmək ehtiyatlarının mövcudluğu haqqında təxmini təsəv­
vür verir. Əmək miqrasiyasının bəzi məsələləri dərsliyin “Əmək bazarı 
statistikası” mövzusunda nəzərdən keçirilir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin