Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


4.5. Əhalinin miqrasiyası, onun növləri və öyrənilməsinin əhəmiyyəti



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə71/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   262
2-ci movzu demoqrafiya

111


4.5. Əhalinin miqrasiyası, onun növləri və öyrənilməsinin əhəmiyyəti
Ayrı-ayrı yaşayış məntəqələrinin, regionların, ölkələrin əhalisinin sayı 
yalnız onun təbii hərəkəti nəticəsində deyil, həm də mexaniki hərəkətinin, 
yəni insanların yaşayış yerlərini dəyişməsi, miqrasiyasının təsiri ilə 
dəyişir. Miqrasiya latınca “migratio” sözündən əmələ gəlmiş və yerdəyiş­
mə, köçürülmə mənasını verir. Başqa sözlə, əhali daimi yaşadığı yerdən 
başqa yerlərə getməklə yaşayış yerini dəyişir. Beynəlxalq və daxili 
miqrasiyaları bir-birindən fərqləndirmək lazımdır. Beynəlxalq miqrasiya 
dedikdə əhalinin və işçi qüvvəsinin bir ölkədən başqa bir ölkəyə getməsi 
nəzərdə tutulur. Daxili miqrasiya isə əhalinin və işçi qüvvəsinin ölkə 
daxilində bir yaşayış məntəqəsindən, iqtisadi və ya inzibati rayondan 
başqa bir yaşayış məntəqəsinə, iqtisadi, yaxud da inzibati rayona getməsi 
əsasında yerdəyişməsi deməkdir.
Dünya iqtisadiyyatı qloballaşdıqca, ölkələrin əksəriyyətinin iqtisadi, 
sosial və demoqrafik inkişafı üçün beynəlxalq miqyasda işçi qüvvəsinin 
və əhalinin miqrasiyası başlıca amilə çevrilir. Bu, beynəlxalq iqtisadi 
münasibətlərin ən mürəkkəb ünsürlərindən biridir. Çünki onun obyekti 
insan resurslarıdır və bu, beynəlxalq miqrasiya ilə əlaqədar kəskin 
problemlər doğurur.
Beynəlxalq miqrasiya əmək ehtiyatlarının daha əlverişli şərtlərlə işə 
düzəlmək üçün sakini olduğu ölkədən başqa ölkələrə getməsi deməkdir. 
Buna iqtisadi amillərlə yanaşı, siyasi, etnik, mədəni, ailə münasibətləri də 
təsir edir.
Beynəlxalq miqrasiyada iki əsas ünsürü bir-birindən fərqləndirmək 
lazımdır. Bunlardan biri daimi yaşamaq üçün başqa ölkələrə köçübgetmə 
(emiqrasiya), digəri isə daimi yaşamaq üçün başqa ölkələrdən köçübgəl- 
mə (immiqrasiya) adlanır. Ölkədən köçüb getmiş vətəndaşların öz vətən­
lərinə qayıtmaları da (repatriasiya) əhalinin beynəlxalq miqrasiyasına 
aiddir. Beynəlxalq miqrasiyanın özü də iki yerə bölünür: 1) qitələrarası 
miqrasiya; 2) qitədaxili miqrasiya.
Qitələrarası miqrasiyada əhali və işçi qüvvəsi bir qitədən başqa qitəyə 
gedir. Qitədaxili miqrasiyada isə əhali eyni bir qitə daxilində bir ölkədən 
başqa ölkəyə “köç edir”.
Beləliklə, əhalinin və əmək ehtiyatlarının sayının mexaniki surətdə 
artması əmək qabiliyyətli əhalinin daimi yaşamaq üçün başqa ölkələrə və 
ya iqtisadi rayonlara gəlməsini, azalması isə daimi yaşamaq üçün başqa 
ölkələrə və iqtisadi rayonlara getməsini səciyyələndirir. Əmək ehtiyatları­
nın ümumi saymm artması onun təbii və mexaniki artmasının, azalması
112
isə təbii və mexaniki azalmasının cəminə bərabərdir. Əhalinin və əmək 
ehtiyatlarının mexaniki artımı onun tərkibində həmin ölkəyə və ya 
iqtisadi rayonlara gələn və gedənlərin sayı arasındakı fərqlə İfadə olunur. 
Beynəlxalq miqrasiya aşağıdakı kateqoriyalara bölünür: 1) ölkəyə qanuni 
yolla gəlmiş mühacirlər; 2) müqavilə üzrə işləyən mühacirlər; 3) qeyri- 
leqal mühacirlər. Sənayecə inkişaf etmiş ölkələrin demək olar ki, 
hamısında qeyri-leqal mühacirlər vardır. Bunların bir hissəsi sərhədi 
qeyri-qanuni yolla keçməklə gəlir, bəziləri isə qanunla müəyyən edilmiş 
müddət qurtardıqdan sonra gəldikləri ölkədə qalır və ən adi işlərdə 
çalışırlar; 4) sığınacaq istəyən şəxslər. XX əsrin 80-ci illərinədək bu 
kateqoriyadan olan şəxslərin sayı bir qədər az olmuş, sonra isə artmışdır. 
İnsanlar sığınacaq haqqında xahişi siyasi səbəblərlə, yaxud da yaşadığı 
ölkədə iqtisadi vəziyyətin ağır olması ilə əlaqələndirirlər; 5) qaçqınlar. 
BM T-nin Q açqınlar üzrə Ali K om issarlığının (QAK) Qlobal 
tendensiyalara dair 2013-cü il üçün illik m əruzəsində göstərilir ki, 
2013-cü ilin sonunadək bütün dünyada qaçqınların, sığınacaq 
axtaranların və məcburi köçkünlərin sayı 51,2 milyon nəfərə çatıb, 
bu isə 2012-ci ildə qeydə alınmış 45,2 milyondan tam altı milyon 
nəfər çoxdur.24 İndiki qaçqınların çoxu müharibə “qurbanları”dır. Onlar 
adətən BMT-nin himayəsi altında olan xüsusi düşərgələrdə yaşayırlar.
Əhalinin yerdəyişməsi (miqrasiyası) aşağıdakı səbəblərlə əlaqədardır:
- təhsil almaq və iş yerinin dəyişdirilməsi ilə əlaqədar olan yerdəyiş­
mələr;
- ölkədə işlə təminolma imkanlarının aşağı olması;
- sahibkarlıq və fərdi əmək fəaliyyəti ilə məşğul olmağın mümkün­
süzlüyü;
- millətlərarası münaqişələrin kəskinləşməsi;
- yerli (aborogen) əhalinin dilinin öyrənilməsinə məcburetmə;
- kriminal şəraitin pisləşməsi;
- insanların səhhətindəki problemlərlə əlaqədar iqlim şəraitini dəyiş­
dirmək məcburiyyətində qalmaları;
- ayrı-ayrı regionlarda və ölkələrdə əhalinin həyat səviyyəsindəki 
fərqlər;
- əhalinin həyat səviyyəsi ağır olan kənd yerlərindən şəhərlərə axını;
- əhalinin ailə vəziyyəti ilə əlaqədar daimi yaşayış yerlərini dəyişdir­
mək məcburiyyətində qalması;

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin