Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Əmək ehtiyatlarının təbii hərəkətinin öyrənilməsi



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə70/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   262
2-ci movzu demoqrafiya

4.4. Əmək ehtiyatlarının təbii hərəkətinin öyrənilməsi
İşləmək üçün müəyyən edilmiş yaş həddində olan əhali əmək ehtiyat­
larının əsasım təşkil edir. İşləməkdə olan pensiyaçılar və işləmək üçün 
yaşı çatmayan yeniyetmələr ölkənin əmək ehtiyatlarının sayının dəyiş­
məsinə müəyyən dərəcədə təsir göstərir. Lakin bu, həlledici amil deyildir. 
Əmək ehtiyatlarının sayının dəyişməsinə təsir edən əsas amil onun 
özünün sayının artması və ya azalmasıdır. Bu isə işçilərin yaşa görə işdən 
çıxması, əlil olması, ölməsi və s. səbəblər üzündən baş verir. Deməli, cə­
miyyətdə təbii proses gedir: bir tərəfdən işçilər müxtəlif səbəblərə görə 
əmək fəaliyyətlərini dayandırır, digər tərəfdən isə insanların böyüməkdə 
olan nəsli onları əvəz edirlər. Bununla əlaqədar olaraq sosial-iqtisadi 
statistikanın qarşısında duran vəzifələrdən biri əmək ehtiyatlarının təbii 
hərəkətini öyrənməkdən, onun intensivliyini, istehsalatdan çıxan əmək 
ehtiyatlarının 
yerinin 
doldurulması 
və 
xaricolma 
səbəblərini 
araşdırmaqdan ibarətdir.
Əmək ehtiyatlarının təbii hərəkəti nəticəsində onun sayının dəyiş­
109


məsinə xarakteristika vermək üçün istehsalatdan çıxan əmək ehtiyatla­
rının yerinin doldurulması, xaric olması və təbii artımı göstəriciləri 
hesablanır. Müxtəlif səbəblərdən istehsalatdan çıxan (və ya ayrılan) 
işçilərin yeri aşağıdakı mənbələr hesabına doldurulur: 1) 16 yaşa çatmış 
əmək qabiliyyətli əhali; 2) pensiya yaşında olan və ictimai əməkdə iştirak 
etmək arzusunda olan şəxslər; 3) 16 yaşadək yeniyetmələr.
Lakin qeyd etmək lazımdır ki, 16 yaşadək olan yeniyetmələrin ictimai 
əməyə cəlb olunmasının miqyası məhduddur. Çünki onlar müəyyən əmək 
vərdişlərinə və biliyə malik deyildirlər. Digər tərəfdən elmi-texniki inqi­
lab yeniyetmələrin əməyindən istifadənin əhatə dairəsini məhdudlaşdırır. 
Deməli, bu mənbə əmək ehtiyatlarının sayının dəyişməsinə əhəmiyyətli 
təsir göstərir. Müəyyən əmək vərdişlərinə, istehsal təcrübəsinə və biliyə 
malik olan pensiyaçıların ictimai əməyə cəlb edilməsi isə bir çox amil­
lərdən asılıdır. Başqa sözlə, pensiya yaşında və işləməkdə davam edən 
şəxslərin sayı arta, yaxud da azala və nəticədə əmək ehtiyatlarının sayınm 
dəyişməsinə əhəmiyyətli təsir göstərə bilər. Nəhayət, 16 yaşma çatmış 
şəxslərin sayı nə qədər çox olarsa, digər şərtlər sabit qalmaqla əmək 
ehtiyatlarının sıralarına bir o qədər çox adam cəlb eləmək olar.
Əmək ehtiyatlarının təbii səbəblər üzündən öz fəaliyyətlərini dayan- 
dırmalarına müxtəlif amillər təsir edir. Bunlar işləməkdə olan əmək ehti­
yatlarının qanunvericilikdə müəyyən edilmiş pensiyaya çıxma yaş həd­
dinə çatması, əlil olması, ölməsi, pensiya yaşında olub işləyən şəxslərin 
ictimai əməkdə öz fəaliyyətlərini dayandırmaları və s. ibarətdir.
Əmək ehtiyatlarının ilin əvvəlinə və axırına olan, yaxud da təbii yolla 
daxil olanlarla xaric olanların sayı arasındakı fərq ölkə üzrə əmək ehtiyat­
larının xalis (təbii) artımı adlanır. Bu, işləmək üçün müəyyən edilmiş yaş 
həddində olan əmək qabiliyyətli əhalinin təbii artımı ilə pensiya yaşında 
olub işləyən şəxslərin və yeniyetmələrin artımının cəminə bərabərdir.
Əmək ehtiyatlarının xalis (təbii) artımının onların orta illik sayının hər 
1000 nəfərinə promillə ifadə olunan nisbətinə xalis (təbii) artım əmsalı 
deyilir. Bu göstəricidən əmək ehtiyatlarının təbii təkrar istehsalına xarak­
teristika vermək üçün istifadə edilir. Əmək ehtiyatlarının təbii təkrar is­
tehsalı haqqında işləmək üçün müəyyən edilmiş yaş həddində olan əmək 
ehtiyatlarının təbii (xalis) artım əmsalı daha düzgün təsəvvür yaradır. Bu 
göstərici əmək qabiliyyətli əhalinin təbii artımının işləmək üçün müəyyən 
edilmiş yaş həddində olan əmək ehtiyatlarının orta illik sayınm hər 1000 
nəfərinə düşən təbii artımına nisbəti kimi hesablanır.
Əmək ehtiyatlarının təbii (xalis) artım əmsalını hesablamaq üçün onun 
sıralarına təbii yolla daxilolma əmsalından xaricolma əmsalını çıxmaq
110
lazımdır. Əmək ehtiyatlarının sıralarına təbii yolla daxilolma əmsalı -
əmək ehtiyatlarının orta illik sayının hər 1000 nəfərinə düşən təbii yolla 
daxil olanların, xaricolma əmsalı isə istehsalatdan çıxanların sayını 
göstərir. Bu əmsalları başqa bir üsulla da hesablamaq olar. Belə ki, onları 
işləmək üçün müəyyən edilmiş yaş həddində olan şəxslərin sayını onların 
orta illik sayınm hər 1000 nəfərinə nisbəti kimi müəyyən edilməsi də 
mümkündür. Fikrimizi bir qədər də sadə şəkildə ifadə etməli olsaq əmək 
ehtiyatlarının sıralarına təbii yolla daxilolma və xaricolma əmsalları belə 
hesablana bilər: 1) təbii yolla əmək ehtiyatlarının sıralarına daxil olan 
şəxslərin sayının ilin axırına olan əmək ehtiyatlarının hər 1000 nəfərinə 
nisbəti kimi. Bu əmsal əmək ehtiyatlarının ilin axırına olan ümumi 
sayında onun sıralarına yeni daxil olan şəxslərin xüsusi çəkisini ifadə 
edir; 2) təbii yolla əmək ehtiyatlarının tərkibindən çıxan şəxslərin sayının 
ilin əvvəlinə olan əmək ehtiyatlarının hər 1000 nəfərinə nisbəti kimi. Bu, 
əmək ehtiyatlarının sıralarından xaricolma əmsalı adlanır. Bu əmsal ilin 
əvvəlinə mövcud olan əmək ehtiyatlarının sıralarından çıxan işçilərin 
xüsusi çəkisini göstərir.
İşləmək üçün müəyyən edilmiş yaş həddində olan əmək qabiliyyətli 
əhali üzrə təbii yolla daxilolma və xaricolma əmsalları da bu qaydada he­
sablana bilər. Təbii yolla daxilolma və xaricolma əmsallarının dinami­
kada təhlili əmək ehtiyatlarının yaş və cins tərkibində və bu prosesin 
intensivliyində baş verən dəyişikliklərin qanunauyğunluqlarını aşkara 
çıxarmağa imkan verir. Bu əmsallar başqa əlamətlər (iqtisadiyyatın 
sahələri, peşələr və i. a.) üzrə də hesablana bilər. İxtisaslı mütəxəssislərin 
və elmi işçilərin hərəkətinin öyrənilməsi də az əhəmiyyət kəsb etmir.
Əmək ehtiyatları və işləmək üçün müəyyən edilmiş yaş həddində olan 
əhalinin təbii təkrar istehsalı həmçinin əmək qabiliyyətli əhalinin (əmək 
ehtiyatlarının) tərkibinə yeni daxil olan şəxslərin sayının xaric olan şəxs­
lərin sayma nisbəti ilə də səciyyələnir. Bu nisbət əmək ehtiyatlarının 
tərkibinə daxil olan işçilərin işləmək üçün müəyyən edilmiş yaş həddində 
olan və xaric olmuş işçilərin sayından neçə dəfə çox və ya az olduğunu 
göstərir.
Bu göstəricilər iqtisadi rayonlar üzrə hesablanarkən nəzərə almaq la­
zımdır ki, əmək ehtiyatlarının tərkibinə daxil və xaricolmaların dəyişmə­
sinə müxtəlif amillər (əmək qabiliyyətli əhalinin, ixtisaslı kadrların və 
elmi işçilərin miqrasiyası və i.a.) təsir edir. Belə ki, iqtisadi rayonların 
əmək ehtiyatlarının sayı yalnız təbii proseslər nəticəsində deyil, həm də 
əhalinin miqrasiyasının təsiri ilə dəyişir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin