Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə74/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   262
2-ci movzu demoqrafiya

117


с
_
с
Əümumiart.
\ f
ö3+ı — j , I 1 H--------------------- I ,
31 
3 V 
1000 
J

Burada: Sə - planlaşdırma aparılan ilin (dövrün) əvvəlinə əhalinin 
sayını; t - proqnozlaşdırma aparılan dövrdə olan illərin sayını; Əümumı ^ -
planlaşdırma aparılan dövrdən əvvəlki dövrdə əhalinin ümumi artım 
əmsalını göstərir.
Lakin bir çox hallarda bütün əhalinin perspektiv sayının müəyyən 
olunması kifayət etmir. Əhalinin ayrı-ayrı yaş və cins qrupları üzrə pers­
pektiv sayının dəqiq müəyyənləşdirilməsinin zəruriliyi də meydana çıxır. 
Bu isə aşağıdakı məlumatlar olduqda mümkündür: 1) planlaşdırma 
aparılan dövrün əvvəlinə əhalinin sayı və cins tərkibi haqqında məlumat; 
2) ölüm cədvəlinə əsasən hesablanmış müəyyən yaşadək yaşamaq əmsalı 
haqqında məlumat; 3) 15-49 yaşında olan qadınlar üzrə doğum əmsalları 
haqqında məlumat. Hər bir cins üzrə yaşa görə əhalinin sayı (sıfır yaşdan 
başqa) “bir yaş qrupundan başqa bir yaş qrupuna keçid metodu”nun 
köməyilə hesablanır. Bunun üçün hər cins üzrə müəyyən yaşda olan 
əhalinin sayı Px-dən ibarət növbəti yaşadək yaşamaq əmsalına vurulur və 
nəticədə bir ildən sonra X +l yaşında olacaq əhalinin mümkün olan 
perspektiv sayı hesablanmış olur.
Bunu aşağıdakı şərti misalla izah edək. Tutaq ki, hər hansı bir şəhərdə 
yaxın illərin birində yeni məktəb binalarının tikilməsi ilə əlaqədar məktəb 
yaşlı uşaqların sayı haqqında proqnoz hazırlamaq lazımdır. Hər sinifdə 
yerlərin sayı 25-dən çox olmamalıdır. Şagird yerlərinə olan tələbatı 
müəyyən etmək üçün yaxın bir neçə ildə 1-3-cü siniflərdə oxuyacaq, yəni 
7, 8 və 9 yaşda olan şagirdlərin sayını hesablamaq lazımdır.
Yaxın 5 ilə proqnozu hazırlamaq üçün 2 yaşdan başlayaraq (5 ildən 
sonra bunlar birinci sinfə getməli yaş kateqoriyasında olacaqlar) ayrı-ayrı 
yaş qrupları üzrə uşaqların sayını, habelə həmin region üzrə tərtib 
olunmuş ölüm cədvəlinə əsasən növbəti yaşadək yaşamaq göstəricilərini 
hesablamaq lazımdır.
Növbəti yaşadək yaşama göstəricilərinə əsasən bizi maraqlandıran yaş 
qrupları üzrə “bir yaş qrupundan digər yaş qrupuna keçid əmsalları”nı 
4.13 cədvəlində əks etdirək.25

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin