Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə9/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   262
2-ci movzu demoqrafiya

Cavadov Natiq Əli oğlu
1958-ci ildə Ağdam şəhərində anadan 
olmuşdur.
1975-ci ildə orta məktəbi bitirdikdən 
sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitu­
tunun (hazırkı ADAU-nun) kənd təsərrü­
fatının iqtisadiyyatı və təşkili fakültəsinə 
daxil olmuş, 1980-ci ildə həmin fakültəni 
fərqlənmə diplomu ilə bitirərək “Kənd təsərrüfatı istehsalmm təşkilatçı- 
iqtisadçısı” ixtisasını almışdır.
İnstitutu bitirdikdən sonra həmin institutun Mühasibat uçotu və 
statistika kafedrasında assistent kimi əmək fəaliyyətinə başlamışdır.
1985-1990-cı illərdə Moskva İqtisadiyyat-Statistika İnstitutunun 
(MİSİ-nin) riyazi statistika kafedrasının aspirantı olmuş və “Kənd 
təsərrüfatı istehsalmm intensivləşdirilməsinin statistik tədqiqi” mövzu­
sunda namizədlik dissertasiyası yerinə yetirmişdir. 1990-cı ilin mayında 
MİSİ-da 08.00.11- “Statistika” ixtisası üzrə namizədlik dissertasiyası 
müdafiə etmiş və həmin il SSRİ AAK-nin qərarı ilə (15.08.90 №021850) 
iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır.
1990-1995-ci illərdə N.Tusi adına Azərbaycan Dövlət Pedoqoji Uni­
versitetində təhsil almış və riyaziyyat müəllimi ixtisasına yiyələnmişdir.
1996-cı ildə ADAU-nun Statistika və maliyyə kafedrasının müdiri 
seçilmiş və 2001-ci ilin may ayına kimi həmin vəzifədə çalışmışdır. 
2000-ci il sentyabrın 25-dən 2005-ci ilin sentyabrın 15-nə kimi ADAU- 
nun tərbiyə işləri üzrə prorektoru vəzifəsində işləmişdir. 22.12.2008-ci 
ildən 22.05.2009-ci il tarixə kimi Aqrar iqtisadiyyat və menecment 
fakültəsinin dekanı olmuşdur.
1989-cu və 1999-cu illərdə Respublikamızda keçirilən əhalinin 
siyahıyaalınmasında mütəxəssis kimi iştirak etmişdir. Azərbaycan 
Respublikası Nazirlər Kabinetinin “Kənd təsərrüfatı siyahıyaalınmasının 
keçirilməsi haqqında” 28 noyabr 2003-cü il tarixli 152 saylı qərarma
11


uyğun olaraq siyahıyaalmanın keçirilməsi üzrə Azərbaycan Respublikası 
Dövlət Statistika Komitəsinin işçi komissiyanın üzvü olmuşdur.
28 sentyabr 2012-ci ildə iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi 
almaq üçün “Müasir şəraitdə aqrar sahədə struktur dəyişikliklərinin əsas 
istiqamətləri” mövzusunda dissertasiya işi müdafiə etmiş, Azərbaycan 
Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 17 
may 2013-cü il tarixli qərarı ilə iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi 
almışdır. 120-dən artıq elmi-metodiki əsərin müəllifidir.
12
Azərbaycan Dövlət Aqrar Univer­
sitetinin Maliyyə və iqtisadi nəzəriyyə ka­
fedrasının dosent əvəzi, iqtisad üzrə 
fəlsəfə doktoru 

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin