14 ON SOZ Oxuculara təqdim olunan bu dərslikdə statistika elminin ən mühüm
sahələrindən biri olan sosial-iqtisadi statistikanın əsasları nəzərdən
keçirilir. İqtisadiyyatın inkişaf sürətinin, onun hansı sahələrdə daha
yüksək olmasının, resurslardan nə dərəcədə səmərəli istifadə edilməsinin
səbəbləri, qiymətlərin və məşğulluğun səviyyəsi, xarici ticarət əlaqələri
və s. çox mühüm məsələlər sosial-iqtisadi statistika tərəfindən öyrənilir.
Hökumət orqanları, elmi-tədqiqat müəssisələri, müxtəlif mərkəzlər, ali
məktəblər bu məlumatlardan analitik və metodoloji işlərdə geniş istifadə
edirlər.Bunlarla yanaşı, statistikanın bu sahəsi həm də ictimaiyyəti ölkədə
iqtisadiyyatın və sosial proseslərin inkişafı haqqında rəqəm məlumatları
ilə təmin edir, reallıqları açıb göstərir.
Göründüyü kimi, sosial-iqtisadi statistika ölkədə baş verən sosial-
iqtisadi hadisə və proseslər haqqında əsas məlumat mənbələrindən biridir.
Bunlar təbii olaraq tələbələrin sosial-iqtisadi statistikanı dərindən öyrən
mələrini və deməli, ölkədə gedən sosial-iqtisadi proseslər haqqında mü
kəmməl biliklərə yiyələnməyə cəhd göstərmələrini zəruri edir. Buna nail
olunması isə aşağıdakı məsələlərin hərtərəfli öyrənilməsi əsasında müm
kün ola bilər:
-sosial-iqtisadi statistikanın predmeti, metodu və vəzifələri, onun
iqtisadi nəzəriyyə və digər iqtisad elmləri ilə qarşılıqlı əlaqəsi;
-öyrənilən hadisə və proseslərin eyniləşdirilməsi, statistika göstəricilə
rinin, birinci növbədə ümumiləşdirici göstəricilərin hesablanması üçün il
kin məlumatların toplanması və işlənməsi metodologiyasının hazırlan
ması;
-sosial-iqtisadi statistikada istifadə olunan göstərici və təsnifləşdirmə-
lərin məzmunu, tətbiq edildiyi sahələr və onların arasındakı qarşılıqlı
əlaqələr;
- ilkin məlumatların əsas mənbələri və sosial-iqtisadi statistikanın
göstəriciləri əsasında aparılan təhlilin istiqamətləri.
Dərslikdə ayrı-ayrı mövzular şərh olunarkən oxucuların artıq statistika
elminin başqa bir çox mühüm sahəsi -