rində istehsal olunan məhsulların hesablanması metodları; 11) Xarici tica
rət statistikası; 12) Tədiyə (ödəniş) balansı; 13) Makroiqtisadi göstərici
lərin
beynəlxalq müqayisəsi; 14) Sosial-iqtisadi statistikanın məlumat
mənbələri.
Dərslik müəlliflərin gərgin əməyinin nəticəsi olmaqla,
indiyədək bu
sahədə Azərbaycan dilində nəşr olunmuş dərslik və dərs vəsaitlərindən
keyfiyyətcə əsaslı surətdə fərqlənir və ali təhsil standartlarının tələblərinə
cavab verir.
Yeri gəlmişkən qeyd etmək istərdik ki, dərsliyin müəlliflərindən ikisi
nin həmmüəllifliyi ilə 2011-ei ildə “Kooperasiya” nəşriyyatı tərəfindən
“Sosial-iqtisadi statistika” adlı dərs vəsaiti (I hissə)
kütləvi tirajla nəşr
olunmuşdur.1 Həmin dərs vəsaitinin materiallarından yeniləşdirilməklə
indiki dərsliyin hazırlanmasında müəyyən dərəcədə istifadə edilmişdir.
Ona görə də həmin dərs vəsaitinin ayrı-ayrı mövzularının yazılmasında
iştirak etmiş və onun həmmüllifləri olmuş şəxslərə - Gəncə Dövlət
Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin əməkdaşları,
iqtisad
elmləri namizədləri, dosentlər M.M.Məmmədova, İ.B.Qocayevə və
Ş.N.Xurşudova öz minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.
Aydın məsələdir ki, dərslikdə onun predmetinə aid olan bütün məsə
lələri tələb olunan səviyyədə və hərtərəfli
nəzərdən keçirmək mümkün
deyildir. Buna ilk növbədə dərsliyin həcmi imkan vermir. Digər tərəfdən,
ölkəmizdə beynəlxalq statistika standartları sisteminə keçid prosesi hələ
davam edir və müəyyən mərhələlərdə bir sıra təkmilləşdirmələrin aparı
lacağı istisna deyildir.
Dostları ilə paylaş: