Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


kursunun  “Statistik  müşahidə” və “Seçmə müşahidəsi” mövzularını öyrənmək lazımdır. 36



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə21/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   262
2-ci movzu demoqrafiya

kursunun 
“Statistik 
müşahidə” və “Seçmə müşahidəsi” mövzularını öyrənmək lazımdır.
36
tamamlamalıdır.
Beləliklə, sosial-iqtisadi statistikanın göstəriciləri metodoloji baxım­
dan düzgün hesablanmalı və reallığı olduğu kimi əks etdirməlidir. Çünki 
bu göstəricilərdən təsərrüfat işləri ilə əlaqədar qərarların qəbul olunması 
və nəticələrin təhlil edilməsində hökumət və ərazi hakimiyyət orqanları, 
elmi-tədqiqat müəssisələri, beynəlxalq maliyyə qurumları, şirkətlər, xüsu­
silə də iri bizneslər, müxtəlif mərkəzlər, ali məktəblər geniş istifadə 
edirlər.
Nəticə
- Sosial-iqtisadi statistika çoxsahəli elmdir. O, ölkənin bütün iqtisa­
diyyatını, onun ayrı-ayrı sahələrini və ərazi vahidlərini əhatə edir;
- Sosial-iqtisadi statistikanın çox mühüm sahələrindən biri iqtisadi 
statistikadır;
- Sosial-iqtisadi statistikanın nəzəri əsaslarının işlənib hazırlanması 
U.Pettinin, Q.Kinqin, F.Kenenin, K.Marksın, C.M.Keynsin və başqa­
larının adı ilə bağlıdır;
- Sosial-iqtisadi statistika dövlətin idarə olunması və bir sıra problem­
lərin həll edilməsi üçün çox mühüm vasitədir. Çünki o, bütövlükdə iqtisa­
diyyatı, iqtisadi nemətlərin istehsalı, bölgüsü və istehlakını, xidmətlərin 
dəyişməsinin qanunauyğunluqlarını öyrənir;
- Sosial-iqtisadi statistika öz predmetini öyrənmək üçün spesifik üsul­
lardan, habelə statistika nəzəriyyəsindən məlum olan ən ümumi metod­
lardan geniş istifadə edir;
- Sosial-iqtisadi statistika digər elmlərlə, xüsusilə də statistikanın 
nəzəriyyəsi və iqtisadiyyatın ayrı-ayrı sahələrində baş verən hadisə və 
prosesləri öyrənən sahə statistika elmləri ilə qarşılıqlı əlaqə şəraitində 
fəaliyyət göstərir;
- Sosial-iqtisadi statistika çox mühüm vəzifələri yerinə yetirir. Bu 
məqsədlə göstəricilər sistemindən istifadə edir;
- Göstəricilər öyrənilən predmetdən asılı olaraq sadə və mürəkkəb 
olur. Göstəricilər sistemindən idarəetmənin müxtəlif səviyyələrində 
istifadə edilə bilər;
- Sosial-iqtisadi statistikada istifadə olunan göstəricilərin işlənib ha­
zırlanması metodologiyası bir sıra tələblərə cavab verməlidir;
- Sosial-iqtisadi statistikanın göstəricilər sistemi geniş təkrar istehsal 
prosesindəki ardıcıllığa uyğun olaraq düzəldilir və müxtəlif qruplardan
37


ibarətdir;
- Sosial-iqtisadi statistikanın göstəricilərindən hökumət və ərazi haki­
miyyət orqanları, elmi-tədqiqat müəssisələri, beynəlxalq maliyyə təşkilat­
ları, müxtəlif mərkəzlər, şirkətlər, ali məktəblər, maraqlı şəxslər istifadə 
edirlər.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin