Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Mühasibat uçotunun aşağıdakı spesifik cəhətləri vardır



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə29/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   262
2-ci movzu demoqrafiya

Mühasibat uçotunun aşağıdakı spesifik cəhətləri vardır:
1) Mühasibat uçotu hər şeydən əvvəl dəyər ölçü vahidlərindən istifadə 
etməklə müəssisə vəsaitini və onun təsərrüfat fəaliyyətinin nəticələrini 
dəyər ifadəsində uçota alır. Bununla yanaşı, o, həm də natural ölçülərdən 
istifadə edir;
2) Mühasibat uçotu müəssisədə baş verən bütün təsərrüfat əməliyyat­
larını, hətta ən xırda şeyləri qeydiyyata alır. Odur ki, mühasibat uçotunda 
bir qayda olaraq seçmə müşahidəsindən istifadə olunmur;
3) Mühasibat uçotu bütün əməliyyatları faktiki qiymətlərlə qeydiyyata 
alır, müqayisəli qiymətlərdən istifadə etmir. Bu isə müəssisənin faktiki
49


xərclərini müəyyən etməyə və faktiki rentabellik göstəricilərini hesabla­
mağa imkan verir.
Statistika mühasibat və operativ-texniki uçotun məlumatlarını ümumiləş­
dirir və həmişə kütləvi materiallara əsaslanır. Bunlar statistikaya lazım 
olduqda özünün ilkin müşahidələrini (tədqiqat və siyahıyaalmalar 
aparmaq) təşkil edir. Statistika kütləvi ilkin məlumatları ümumiləşdirmək 
üçün xüsusi metodlardan istifadə edir və əldə edilmiş məlumatlara əsasən 
ictimai həyatın bu və ya digər sahəsinə aid olan bütün faktlar toplusuna 
xarakteristika verir. Məsələn, mühasibat uçotu hər bir işçiyə gördüyü işin 
müqabilində əmək haqqı hesablayır, statistika isə onları müxtəlif 
əlamətlər üzrə qruplaşdırır və orta əmək haqqını müəyyən edir. Statistika 
ayrı-ayrı müəssisələr, sahələr və bütövlükdə iqtisadiyyat üzrə operativ- 
texniki və mühasibat uçotunun məlumatlarını, həmçinin əhalinin siya­
hıyaalınması və ailə büdcələrinin tədqiq olunması kimi xüsusi təşkil 
edilmiş müşahidələrin materiallarını ümumiləşdirir.
Vahid uçot və statistika sistemində təşkiledici rol statistikaya məx­
susdur. İqtisadiyyat miqyasında məlumatların ümumiləşdirilməsinin 
zəruriliyi bütün müəssisələrin özlərinin istehsal-təsərrüfat fəaliyyətlərinin 
nəticələri haqqında vahid formada və müəyyən edilmiş müddətlərdə 
məlumat vermələrini tələb edir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin