2.3. Azərbaycan Respublikasında Statistika orqanları sistemi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi öz fəaliyyətini
Azərbaycan Respublikasının Qanunları və qanunvericilik aktları, Azər
baycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Ka
binetinin qərarları, statistika sahəsində beynəlxalq sazişlər və s. əsasında
qurur.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin strukturu,
dövlət statistika orqanlarının vəzifələri, hüquq və səlahiyyətləri “Rəsmi
Statistika haqqında'” Azərbaycan Respublikasının 18 fevral 1994-cü il
tarixli Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azər
baycan Respublikası Dövlət Statistika komitəsi haqqında Əsasnamə”si
(6.11.1995-ci il, №238) ilə müəyyən edilmişdir.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunan sədr rəhbərlik
edir. O, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin qanunla
müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət
daşıyır.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin, onun
müavinlərinin və digər rəhbər işçilərinin daxil olduğu kollegiya öz iclas
44 larında başlıca statistika işlərinin yekunlarını; analitik işlərin təşkili məsə
lələrini, uçot və hesabatın vəziyyətini, onların dürüstlüyünü; uçot-statis
tika işlərinin mexanikləşdirilməsi və avtomatlaşdırılmasmı müzakirə edir;
idarə, şöbə və digər struktur bölmələri rəhbərlərinin hesabatlarını dinləyir.
Statistika Komitəsinin nəzdində elmi-metodoloji Şura fəaliyyət gös
tərir. Onun tərkibinə dövlət statistika komitəsinin və bir sıra nazirliklərin
mütəxəssisləri, ali məktəblərdə çalışan alim və mütəxəssislər daxil edilir.
Şura statistikanın metodoloji məsələlərini nəzərdən keçirir, ən mühüm
statistika işləri üzrə proqram və təlimatları müzakirə edir.
Statistika Komitəsinin tərkibində adətən aşağıdakı idarə və şöbələr
yaradılır: demoqrafiya və sosial statistika; əhalinin həyat səviyyəsi və ev
təsərrüfatlarının tədqiqatı statistikası; əmək statistikası; milli hesablar sta
tistikası; sənaye, nəqliyyat və rabitə statistikası; kənd, meşə və balıqçılıq
təsərrüfatı statistikası; əsaslı tikinti və mənzil şəraiti statistikası; ticarət və
xarici ticarət statistikası; qiymət statistikası; yanacaq-enerji və material
balansları statistikası; statistika işlərinin əlaqələndirilməsi, regionların so
sial-iqtisadi inkişafı statistikası və i.a.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin strukturu 2.1
sxemində göstərildiyi kimidir.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin şöbələri
inkişaf etmiş ölkələr və MDB dövlətləri ilə ölkəmizin əsas sosial-iqtisadi
göstəricilərinin müqayisəsini aparır, əhalinin ümumi və yaş qrupları üzrə
sayı, təhsil səviyyəsi, milli tərkibi, nikah vəziyyəti, doğumun, ölümün,
təbii artımın ümumi əmsalları, ölümün əsas səbəbləri, beynəlxalq miq
rasiya, əmək qabiliyyətli yaşda əmək qabiliyyətli və iqtisadi fəal əhalinin,
dövlət və qeyri-dövlət bölmələrində çalışanların, işsizlərin sayı haqqında
məlumatları işləyib hazırlayır və dərc etdirir.
Bazar iqtisadiyyatı strukturlarının, kiçik, xarici və müştərək müəs
sisələrin, birjaların, fəaliyyətlərinə, kiçik müəssisələrin özəlləşdirilmə-
sinə, əhalinin gəlirləri və xərclərinə, dövlət tərəfindən verilən müavinət
lərə dair məlumatların işıqlandırılması da statistika orqanları tərəfindən
həyata keçirilir. Dövlət statistika orqanları ev təsərrüfatlarının (hər nəfərə
görə ayrı-ayrı ərzaq məhsullarının istehlakı, mənzil şəraiti, uzun müddət
istifadə olunan əşyalarla təchizat səviyyəsi), səhiyyənin, idmanın, elmi-
tədqiqat işlərinin, turizm xidmətinin, ticarətin vəziyyətini səciyyələndirən
göstəriciləri, ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən tədbir
ləri, onların səmərəliliyini ifadə edən məlumatları istifadəçilərə çatdır
maqla ölkədəki vəziyyət haqqında fikir formalaşdırır,
“Milli hesablar statistikası şöbəsi” ümumi daxili məhsul, onun