SƏDR
Kadrlar
şöbəsi
Rejim və məxfi
kargüzarlıq şöbəsi
Maliyyə şöbəsi
Aparatın
rəhbəri
Statistik məlumatlar
_______ şöbəsi
Əhalinin siyahıyaalınması
_________ şöbəsi
Əhalinin həyat
səviyyəsi və
ev təsərrüfatlarının tədqiqatı
statistikası şöbəsi
Qiymət statistikası
snhəsi
Sədrin birinci müavini
Sədrin müavini
Statistika işlərinin
əlaqələndirilməsi
söbəsi
Kənd təsərrüfatı
statistikası şöbəsi
Yanacaq-enerji və
material balansları
statistikası şöbəsi
Demoqrafiya və
sosial statistika şöbəsi
Regionların sosial-
iqtisadi inkişafı
statistikası şöbəsi
Ərzaq təhlükəsizliyi
üzrə informasiya
təminatı statistikası
şöbəsi
Ümumi şöbə
Sənaye, nəqliyyat və
ra h ita snhaci
Ticarət, xidmət və
turizm statistikası
~ ı_
:
Tikinti statistikası
söbəsi
Əmək statistikası
çfthaci
Milli hesablar
Baş Hesablama
______ Mərkəzi______
Statistik məlumatların
Elmi-Tədqiqat və
Layihə Texnoloji
______Mərkəzi______
Uçot və statistika
işçilərinin hazırlanması
və ixtisaslarının
artırılması üzrə Tədris
Mərkəzi
Sxem 2.1. Azərbaycan Respublikası D övlət Statistika
Komitəsinin strukturu
46
strukturu, həcmi haqqında məlumatları hazırlayır, “məhsul
və xidmətlər
hesabı”, “gəlirlərin ilkin bölgüsü hesabı”, “gəlirlərin təkrar bölgüsü
hesabı”, “sərəncamda qalan gəlirlərin istifadəsi hesabı”, “əsaslı xərclər
hesabı”, “qalan dünya ilə xarici iqtisadi əlaqələr hesabı” və s. üzrə
“ehtiyatlar” və “istifadə” maddələrinin kəmiyyətini müəyyənləşdirir,
faktiki son istehlakm tarazlığının təmin olunmasım,
ümumi milli gəlirin
tərkibini aydınlaşdırır, ölkənin tədiyə balansını tərtib edir.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin strukturunda
əsas yerlərdən birini də maliyyə şöbəsi tutur. Bu şöbə maddələr üzrə
dövlət büdcəsinin gəlir və xərclərini statistik cədvəllərdə əks etdirir,
müəssisələrin və təsərrüfat təşkilatlarının mənfəətinə,
zərərlə işləyən
müəssisələrə, pul emissiyasına, iqtisadiyyata yönəldilən investisiyalara,
bələdiyyələrin işinə, onların büdcələrinə xarakteristika verir, sığortaçılar,
onların ümumi kapitalı, sığorta haqları və ödənişləri haqqında yığcam
məlumatlar işləyib hazırlayır.
Qiymət və tariflər istehsalçıların mənafeləri ilə bilavasitə bağlıdır.
Ona görə də qiymətlər haqqında məlumatların əldə edilməsi və təhlil
olunması, onun təkmilləşdirilməsi üçün elmi nəticələr çıxarılması və töv
siyələr verilməsi də həlledici əhəmiyyətə malikdir. Qiymətlər haqqında
ilkin məlumatların toplanması,
işlənməsi, təhlil olunması və ümumi gös
təricilərin hesablanması isə “Qiymət statistikası” şöbəsinin fəaliyyətinə
aiddir.
Bu şöbə istehlak qiymətlərinin, ərzaq, qeyri-ərzaq və pullu xidmətlə
rin, sənaye məhsulları istehsalçılarının qiymət, sənaye məhsullarının top
dansatış, kənd təsərrüfatı məhsulları istehsalçılarının qiymətlər və nəq
liyyat sektorunda yükdaşıma tarifləri indekslərini hesablayır və dərc
etdirir.
Yanacaq-energetika resursları ölkəmizin ən böyük sərvətidir. Bu, hazırda
Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında
da çox böyük rol
oynayır. Və bununla əlaqədar olaraq Dövlət Statistika Komitəsinin struk
turunda xüsusi şöbə - “Yanacaq-enerji və material balansları statistikası”
şöbəsi yaradılmış və fəaliyyət göstərir. Şöbə təbii qazın, elektrik
enerjisinin, təkrar enerji ehtiyatlarının, mazutun, dizel yanacağının,
aviasiya və sair üçün ağ neftin ehtiyatı və istehlakmı, neft məhsullarının
ehtiyatı və bölüşdürülməsini; cihaz, avadanlıq və sair məmulatların
tərkibindəki qiymətli metalların hərəkətini, təkrar xammal ehtiyatlarının,
qara və əlvan metal qırıntısı və tullantılarının yaranma mənbələri və bö
lüşdürülməsini
səciyyələndirən göstəriciləri, əsas kapitalın (əsas fondla
rın) təzələnməsi və sıradan çıxması əmsallarını hesablayır və dərc etdirir.
47
Sənayenin fəaliyyət növlərinə və mülkiyyət formalarına görə təsnifləş
dirilməsi, təsərrüfat kateqoriyaları üzrə kənd təsərrüfatı məhsulları isteh
salı, kənd təsərrüfatı bitkilərinin əkin sahələri, mal-qaranın sayı və məh
suldarlığı, tikintinin, nəqliyyat və qeyri-nəqliyyat sektorunun,
rabitənin,
ticarətin, regionların işini səciyyələndirən göstəricilər müvafiq şöbələr
tərəfindən hazırlanan məlumatlarda öz əksini tapır.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi beynəlxalq mü
qayisə aparır ki, bu da dünyada ölkəmizin mövqeyini müəyyən etməyə
imkan verir.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin yerli orqan
larına şəhər statistika idarələri və rayon statistika şöbələri aiddir. Onların
əsas vəzifəsi fəaliyyət göstərdikləri ərazilərdəki dövlət və qeyri-dövlət
müəssisələrinin işini səciyyələndirən
göstəriciləri toplamaqdan, sistem
ləşdirməkdən və aidiyyatı orqanlara, birinci növbədə Azərbaycan Res
publikası Dövlət Statistika Komitəsinə təqdim etməkdən ibarətdir.
Statistik uçotla yanaşı, mühasibat və operativ - texniki uçot da vardır.
Bunlar birlikdə vahid uçot və statistika sistemini əmələ gətirir.
Dostları ilə paylaş: