Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə24/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   262
2-ci movzu demoqrafiya

2.2. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
vəzifələri, hüquqları və səlahiyyətləri
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi aşağıdakı və­
zifələri yerinə yetirir:
- ölkə ərazisində statistika siyasəti yeridir;
- statistik məlumatların düzgünlüyünü və obyektivliyini, bazar müna­
sibətləri şəraitində onların baş verən sosial-iqtisadi hadisə və proseslərə 
tam uyğunluğunu, vaxtında toplanmasmı təmin edir;
41


- ölkə iqtisadiyyatının vəziyyətini səciyyələndirən, elmi cəhətdən 
əsaslandırılmış statistik məlumatları toplayır, işləyir, təhlil etdikdən sonra 
hökumətə təqdim edir;
-beynəlxalq təcrübədə qəbul edilmiş standartlarla müqayisə oluna 
bilən və aparılan bütün statistika işlərində hökmən istifadə edilməli olan 
texniki-iqtisadi məlumatların işlənməsi və tətbiqi sahəsində metodoloji 
rəhbərliyi həyata keçirir;
- statistika sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirir, ölkənin 
mənafeyinə xələl gətirməyən statistik məlumatları yayır və mübadilə edir;
- ölkənin və onun ayrı-ayrı regionlarının sosial-iqtisadi inkişafım 
səciyyələndirən göstəriciləri özündə əks etdirən statistika hesabatlarının 
formalarını, təqdim olunması müddətlərini və qaydalarını müəyyənləş­
dirir və təsdiq edir, onların doldurulması, uçot və hesabatın digər məsə­
lələri ilə əlaqədar təlimatları hazırlayır və nəşr etdirir.
- demoqrafik proseslərin balans hesabatlarını aparır və proqnozlarını 
hazırlayır;
- statistik məlumatları, bülletenləri və məcmuələri, mətbu-buraxılışları 
hazırlayır və nəşr etdirir;
- sosial prosesləri, yaşayış səviyyəsini və dolanacaq xərclərini təhlil 
edir, əhalinin siyahıyaalınmasının və digər siyahıyaalınmaların, sosial-de- 
moqrafık müşahidələrin, ailə büdcələri statistikasının, birdəfəlik və seçmə 
müşahidələrinin aparılmasını təşkil edir, müxtəlif mövzularda sorğular 
keçirir;
-bir-biri ilə qarşılıqlı əlaqədə olan statistika göstəriciləri sistemini
uçot və hesabatın vahid elmi metodologiyasını işləyib hazırlayır, onları 
təkmilləşdirir və dünyada prinsipcə hamı tərəfindən qəbul edilmiş uçot və 
statistika işlərinə uyğunlaşdırır;
- uçot və statistika işçilərinin hazırlanması və ixtisaslarının artırılma­
sına ümumi rəhbərliyi həyata keçirir, kadrların hazırlanması ilə əlaqədar 
tədris müəssisələri ilə uzunmüddətli müqavilələr bağlayır;
-y e rli statistika orqanlarının işlərinə rəhbərlik edir, onların fəaliy­
yətini yoxlayır;
-təsd iq olunmamış qeyri-standart formalarda təqdim olunan hesa­
batları ləğv edir;
-A zərbaycan Respublikası ərazisində yerləşən və dövlət qeydiyya­
tından keçmiş müəssisə və təşkilatların avtomatlaşdırılmış uçotunu və 
kodlaşdırılmasmı aparır;
- kütləvi informasiya vasitələrinin nümayəndələri ilə müntəzəm ola­
42
raq mətbuat konfransları, görüşlər və başqa tədbirlər keçirir;
- bağlanmış müqavilələrə, sazişlərə, yaxud birdəfəlik sorğulara uyğun 
olaraq rəhbər orqanlar istisna olmaqla, hüquqi və fiziki şəxslərə dəyəri 
onlar tərəfindən dövlət büdcəsinə ödənilmək şərti ilə statistik məlumatlar 
hazırlayıb verir;
- nazirlik və baş idarələrlə birlikdə milli hesablar sisteminə, müvafiq 
beynəlxalq standartlara keçidlə əlaqədar iş aparır;
- respublikanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxsləri 
dövlət statistika hesabatı blankları və digər zəruri sənədlərlə təmin edir;
- beynəlxalq statistik müqayisələrin aparılmasında iştirak edir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin