Təhlil üçün suallar - Ölkəmizdə statistika işlərinin təşkili hansı prinsiplərə əsaslanır?
- “Rəsmi Statistika haqqında” Azərbaycan Respublikasının qanunu nə
vaxt qəbul edilmişdir?
- Azərbaycan Respublikasmda mərkəzləşdirilmiş vahid uçot sisteminə
hansı orqan rəhbərlik edir?
-Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi öz fəaliyyə
tində hansı sənədləri əldə rəhbər tutur?
- Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi hansı vəzifələri
yerinə yetirir?
- Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin hansı hüquq
və səlahiyyətləri vardır?
- Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi hansı struktura
malikdir?
-Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin idarə və
şöbələri hansı işləri yerinə yetirirlər?
- Vahid uçot və statistika dedikdə nə nəzərdə tutulur?
- Operativ-texniki uçotun vəzifələri nədən ibarətdir?
- Mühasibat uçotu hansı işləri yerinə yetirir və onun nə kimi spesifik
xüsusiyyətləri vardır?
- Vahid uçot və statistika sistemi hansı spesifik cəhətləri ilə səciy
yələnir?
52 III FƏSİL SOSİAL-İQTİSADİ STATİSTİKADA ƏSAS TƏSNİFLƏŞDİRMƏ VƏ QRUPLAŞDIRMALAR 3.1. Təsnifləşdirmə, qruplaşdırma və nomenklatur anlayışlarının mahiyyəti Sosial-iqtisadi statistikada təsnifləşdirmə, qruplaşdırma və nomen
klatur anlayışlarından sosial-iqtisadi hadisə və prosesləri öyrənmək və
müvafiq informasiyaları əldə etmək üçün geniş istifadə olunur.
Təsnifləşdirmə hadisə və proseslərin oxşarlıq və müxtəliflik əlamət
lərinə görə bölmələrə, yarımbölmələrə, qruplara, fəsillərə (siniflərə), də
rəcələrə, növlərə ayrılması deməkdir. Təsnifləşdirməni apararkən bir və
ya bir neçə əlamətdən istifadə edilir.
Təsnifləşdirmə obyektlərin (sahə lərin, müəssisələrin, məhsulların, əsas fondların (əsas kapitalın), is