Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


1.4. Sosial-iqtisadi statistikanın vəzifələri



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə18/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   262
2-ci movzu demoqrafiya

26
1.4. Sosial-iqtisadi statistikanın vəzifələri
Sosial-iqtisadi statistika konkret olaraq aşağıdakı vəzifələri yerinə 
yetirir:
- dövləti idarəetmə orqanlarını lazımı məlumatlarla təmin edir; onlar 
isə bu məlumatlardan dövlətin iqtisadi siyasətinin, müxtəlif sosial-iqtisadi 
inkişaf proqramlarının, onların həyata keçirilməsi üçün plan və tədbirlərin 
işlənib hazırlanması üçün istifadə edirlər;
- müəssisə və şirkət rəhbərlərini, menecerləri, biznesmenləri, istehsa­
lın təşkilatçılarını onlara məxsus olan iqtisadi vahidlərin fəaliyyət göstər­
dikləri ölkələrdəki iqtisadi və sosial mühiti öyrənmək üçün zəruri infor­
masiya ilə təmin edir;
- geniş ictimaiyyətə, elmi-tədqiqat müəssisələrinə, ictimai-siyasi təş­
kilatlara və ayrı-ayrı şəxslərə sosial-iqtisadi inkişafın yekunları və 
meyilləri haqqında məlumat verir.
Bütün ölkələrin statistika orqanları iqtisadiyyatın vəziyyəti və inkişafı 
haqqında beynəlxalq təşkilatlara - BMT, BVF, Dünya Bankı və s. mə­
lumat verməyə borcludurlar. Bu, ayrı-ayrı ölkələrin beynəlxalq təşkilat­
lara daxil olarkən götürdükləri öhdəliklərdən irəli gəlir. Bunlar onu 
göstərir ki, statistikanın vəzifələri ölkədə gedən sosial-iqtisadi proseslərin 
təşkili ilə sıx surətdə əlaqələndirilmişdir.
Bazar iqtisadiyyatı şəraitində əsas diqqət dövləti idarəetmə orqan­
larının lazımı məlumatlarla təmin olunmasına yönəldilir. Dövləti idarəet­
mə orqanları isə bu məlumatlardan iqtisadi siyasətin, bazarın inkişafında 
nəzərə çarpan mənfi halların (işsizliyin artması, inflyasiyanın səviyyəsi­
nin yüksəlməsi, istehsal güclərinin tam yüklənməməsi və s.) aradan qal­
dırılması məqsədilə zəruri tədbirlərin işlənib hazırlanması, sosial prob­
lemlərin həll olunmasında müvafiq qərarların qəbul olunması üçün isti­
fadə edirlər. Belə bir şəraitdə ümumi daxili məhsul (ÜDM), yığım və 
istehlak, məşğulluq və inflyasiya, dövlət büdcəsinin kəsiri, pul kütləsi, 
əhalinin gəlirləri və s. kimi ən mühüm makroiqtisadi göstəricilərin he­
sablanmasına xüsusi diqqət yetirilir. Bu göstəricilərin əksəriyyəti milli 
hesablar sistemi (MHS) çərçivəsində hesablanır. İqtisadiyyatda baş verən 
dəyişikliklərin öyrənilməsi proqnozların hazırlanması üçün bu göstəri­
cilərin çox böyük əhəmiyyəti vardır.
Statistika iqtisadi konyunkturanın dəyişməsi ilə iqtisadi artım göstə­
riciləri arasındakı müxtəlifliyi nəzərə alır. Ona görə ki, iqtisadi konyunk­
tura göstəricisi istehlakçı tələbinin, yaxud da ümumi makroiqtisadi şə­
raitin dəyişməsi nəticəsində mövcud istehsal güclərindən istifadə olunma
27


səviyyəsinin dəyişməsi ilə əlaqədar olaraq ÜDM-in həcminin dəyişməsini 
ifadə edir. İqtisadi artım göstəricisi isə istehsal güclərinin, investisiya­
ların, yığımın və s. artması ilə əlaqədar olaraq ÜDM-in həcminin dəyiş­
məsini səciyyələndirir. Lakin təcrübədə bu fərqləndirmə bəzi hallarda 
çətin olur. Ona görə də qısa müddətli dövrdə ÜDM-in həcmində baş ve­
rən dəyişikliklər adətən iqtisadi konyunkturanın dəyişməsi, uzunmüddətli 
dövrdəki dəyişikliklər isə iqtisadi artım kimi xarakterizə olunur. Belə bir 
cəhətə diqqət yetirmək lazımdır ki, bəzi ölkələrdə iqtisadi tənəzzülü qiy­
mətləndirərkən ÜDM-in həcmi haqqında statistik məlumat əsas götürülür. 
Üç rü b ərzində ÜDM-in artım sürətinin dalbadal aşağı düşməsi iqti­
sadi tənəzzülün başlandığını göstərir.
Bazar iqtisadiyyatı şəraitində sosial-iqtisadi hadisə və proseslərin 
dövlət tərəfindən tənzimlənməsi müxtəlif üsullarla həyata keçirilə bilər. 
Bunlardan biri dövlət büdcəsi vasitəsilə tənzimləmədir. Məlum olduğu 
kimi, büdcədə dövlətin sosial-iqtisadi siyasətinin əsas istiqamətləri, ha­
belə dövlət xərclərinin maliyyələşdirilməsi mənbələri (vergi və qeyri-ver- 
gi daxilolmaları, dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsait 
və s.) öz əksini tapır. Bununla əlaqədar olaraq statistikanın vəzifəsi dövlət 
büdcəsinin yerinə yetirilməsini, onun strukturunu, dinamikasını, büdcə 
kəsirinin əmələ gəlməsinə təsir edən amilləri və onun “örtülməsi” mənbə­
lərini, habelə fıskal siyasətin iqtisadi artıma və əhalinin həyat səviy­
yəsində baş verən dəyişikliklərə təsirini aşkara çıxarmaqdan və təhlil 
etməkdən ibarətdir.
Dövlət büdcəsi kəsirinin UDM-ə olan nisbətini ifadə edən göstəricinin 
də çox böyük əhəmiyyəti vardır. Bu göstəricidən fıskal və pul siyasətinin 
səmərəliliyinin qiymətləndirilməsi ilə yanaşı, bəzi hallarda operativ 
məqsədlər üçün də istifadə edilir. Məsələn, Avropa İttifaqı çərçivəsində 
belə bir qayda hökm sürür ki, büdcə kəsiri ÜDM-in 3%-dən çox olmayan 
ölkələr Avropa valyuta ittifaqına buraxıla bilərlər. Məlum olduğu kimi, 
dövlət büdcəsi gəlirlərinin əsas mənbəyi vergi daxilolmalarıdır. Vergi 
dərəcələrinin həddən çox yüksək müəyyən edilməsi iqtisadi artım sürətini 
azalda bilər. Ona görə də statistika orqanları vergilərin iqtisadi artıma və 
digər makroiqtisadi göstəricilərə necə təsir etdiyini öyrənir.
Bazar iqtisadiyyatını tənzimləməkdə dövlətin məqsədlərindən biri 
yığım və investisiya üçün əlverişli şərait yaratmaqdan ibarətdir. Bununla 
əlaqədar olaraq sosial-iqtisadi statistikanın ən mühüm vəzifələrindən biri 
də investisiyaların maliyyələşdirilməsinin əsas mənbələrindən olan yığım 
normasına təsir edən amillərin öyrənilməsidir. Bu amillərə bank faizi 
normaları, istehiak kreditinin şərtləri, sərəncamda qalan gəlirin həcmi,
28
depozitlərin və digər maliyyə aktivlərinin gəlirliliyi və s. aiddir. Yığımın, 
investisiyaların və iqtisadi artımın stimullaşdırılması üçün bu qarşılıqlı 
əlaqələrin öyrənilməsinin çox böyük təcrübəvi əhəmiyyəti vardır.
Bazar iqtisadiyyatı şəraitində qiymət və əhalinin məşğulluğu göstərici­
ləri xüsusi əhəmiyyət kəsb edir. İnflyasiya və işsizlik səviyyəsinin yüksək 
olması ölkədə gərginlik yaradır, dövləti idarəetmə orqanlarım qabaqlayıcı 
tədbirlər görməyə məcbur edir. Qiymət indeksləri isə nəinki iqtisadi təhlil 
aparmağa və müxtəlif göstəriciləri hesablamağa imkan verir, bunlardan 
həm də iqtisadiyyatın operativ idarə olunmasında, məsələn, sosial 
ödənişlərin indeksləşdirilməsində istifadə edilir.
Bununla yanaşı, bazar iqtisadiyyatı şəraitində qiymət statistikasının 
təşkili daha mürəkkəbdir. Çünki qiymətlərin və xarici iqtisadi fəaliyyətin 
liberallaşdırılması, qeyri-dövlət bölməsinin genişləndirilməsi, əmtəə və 
xidmətlərin çeşidinin artırılması və başqa amillər inflyasiyanın ölçülməsi­
ni xeyli mürəkkəbləşdirir. Odur ki, inflyasiyanın sürətinə təsir edən amil­
lərin öyrənilməsi, onun (yəni inflyasiyanın) pul kütləsindən asılılığının 
aşkara çıxarılması sosial-iqtisadi statistikanın vəzifələrindəndir.
Hər bir iqtisadi sistemdə məşğulluq statistikasmın təşkil edilməsi ən 
mühüm vəzifələrdən biridir. Lakin bazar iqtisadiyyatı şəraitində məşğul 
və işsiz əhalinin sayı və strukturu dövləti idarəetmə orqanları və siyasət­
çilər üçün xüsusi maraq doğurur. Çünki işsizlik səviyyəsinin yüksək ol­
ması yalnız iqtisadiyyatın əlverişsiz şəraitdə (tənəzzül, durğunluq) olma­
sına deyil, həm də sosial gərginliyə dəlalət edir. İşsizlik səviyyəsi öyrə­
nilərkən bu qrupdan olan əhalinin cinsinə, yaşma, peşəsinə və işsizliyin 
müddətinə görə qruplara bölünməsinin zəruriliyi meydana çıxır. Burada 
statistikanın vəzifəsi işsizliyə təsir edən səbəb və amilləri aşkara çıxar­
maqdan ibarətdir. Məsələn, Almaniyanın statistika orqanları müəyyən 
etmişlər ki, 1990-cı illərin ortalarında ölkədə işsizlik səviyyəsinin yüksək 
olmasının səbəbləri kapital ixracı və immiqrasiya siyasətindəki çatış­
mazlıqlar olmuşdur.
Ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası ilə əlaqədar olaraq xa­
rici ticarət haqqında məlumatlara maraq nəinki artır, həm də qalan dünya 
ilə aparılan əməliyyatların öyrənilməsinin zəruriliyi meydana çıxır. 
Bunun üçün ВVF-tərəfindən işlənib hazırlanmış metodologiya ilə ölkənin 
tədiyə balansı tərtib olunmalıdır. Bu məqsədlə valyuta məzənnələri üzə­
rində müşahidə aparmaq, onun səviyyəsinin və dinamikasının dəyişmə­
sinə təsir göstərən amilləri təhlil etmək lazımdır.
Statistika orqanlarının başlıca vəzifələrindən biri də valyutaların 
alıcılıq qabiliyyətinin bərabərliyini (paritetliyini) müəyyən etmək üçün
29


hesablama aparmaqdan ibarətdir. Çünki bu, ayrı-ayrı Ölkələrdəki qiy­
mətlər arasındakı nisbəti valyuta məzənnələri ilə müqayisədə daha düz­
gün ifadə edir. Valyutaların alıcılıq qabiliyyətinin paritetliyindən ÜDM- 
in və onun ayrı-ayrı tərkib hissələrinin beynəlxalq miqyasda müqayisə 
edilməsi üçün istifadə olunur. Bu göstərici Mərkəzi Banklar üçün də bö­
yük maraq doğurur. Bu, onunla əlaqədardır ki, ölkədə valyuta məzənnə­
sinin müəyyən olunması və bu sahədə siyasət yeridilməsi ona həvalə edil­
mişdir. Fond və pul bazarları fəaliyyətinin və onların əsas makroiqtisadi 
göstəricilərin dəyişməsinə necə təsir etməsinin öyrənilməsi də statistika­
nın ən mühüm vəzifələrindədir.
Bazar iqtisadiyyatı şəraitində tərəfləri: a) sabit yüksək artım sürətin­
dən; b)aşağı inflyasiya faizindən;c)yüksək məşğulluq səviyyəsindən və d) 
tarazlaşdırılmış xarici iqtisadi əlaqələrdən ibarət olan 

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin