Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə15/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   262
2-ci movzu demoqrafiya

19


I FƏSİL
SOSİAL-İQTİSADİ STATİSTİKANIN PREDMETİ VƏ METODU
1.1. Sosial-iqtisadi statistikanın nəzəri əsasları
Sosial-iqtisadi statistika çoxsahəli elm və əməli bilik sahəsi olmaqla 
ölkənin bütün iqtisadiyyatını öyrənir.
Sosial-iqtisadi statistika iqtisadi nəzəriyyə və statistika nəzəriyyəsinin 
ümumi müddəalarına əsaslanır, makroiqtisadi göstəricilər sisteminin elmi 
prinsiplərini işləyib hazırlayır. Makroiqtisadi göstəricilər dedikdə, ümum­
milli və ümumi daxili məhsul, məhsuldar qüvvələr, milli sərvət, istehsal 
və tədavül xərcləri, iqtisadi səmərəlilik, rentabellik, fondverimi, 
əhalinin 
həyat səviyyəsi, ölkənin xarici iqtisadi əlaqələri və tədiyə balansı, hüquqi 
və fiziki şəxslər arasında meydana çıxan maliyyə-kredit münasibətləri və 
s. nəzərdə tutulur. Bu göstəricilərdən iqtisadiyyatın inkişaf səviyyəsi
strukturu, dinamikası və səmərəliliyinin statistik yolla qiymətləndirilməsi 
üçün istifadə olunur.
Tarixi mənbələrdə göstərildiyi kimi, ilk makroiqtisadi göstəricilərin 
hesablanması U.Petti və Q.Kinqin adı ilə bağlıdır. Belə ki, onlar XVII 
əsrdə qabaqcıl hesab olunan ölkələrin siyasi-iqtisadi inkişaf səviyyələrinə 
qiymət vermək üçün ilk dəfə milli gəlir və milli sərvət göstəricilərini 
hesablamışlar.
Ayrı-ayrı ölkələrin iqtisadi inkişaf səviyyəsinin qiymətləndirilməsi və 
təhlil edilməsi ideyası isə bir-biri ilə qarşılıqlı əlaqədə olan göstəricilər 
sisteminə əsaslanan iqtisadi modelin hazırlanmasına gətirib çıxarmışdır. 
Buna Fransız iqtisadçısı F.Kenenin məşhur “İqtisadi cədvəlləri” (1758-ci
il) misal ola bilər. F. Kene özünün “İqtisadi cədvəllərində o dövrdə 
Fransa cəmiyyətində ümumi məhsulun sadə təkrar istehsalı prosesini, 
ölkənin gəlirləri və bunun əsasında siniflər arasında formalaşan iqtisadi 
münasibətləri əks etdirməyə cəhd göstərmişdir. Lakin qeyd etmək lazım­
dır ki, təkrar istehsal prosesi və onun nəticələri bu cədvəllərdə özünün 
tam əksini tapmamışdır.
Bundan sonra K.Marks o dövrün kütləvi statistik məlumatlarından, 
onların işlənməsi və sistemləşdirilməsinin müxtəlif metodlarından geniş 
istifadə etməklə Qərbi Avropa ölkələrində kapitalizmin formalaşmasının 
qanunauyğunluqlarını tədqiq etmiş, ictimai kapitalın sadə və geniş təkrar 
istehsalına dair özünün məşhur sxemlərini hazırlamışdır. O, bir-biri ilə 
qarşılıqlı əlaqədə olan göstəricilər sisteminin köməyi ilə bütövlüklə təkrar
20
istehsal prosesinin və onun ayrı-ayrı mərhələlərinin, ümumi məhsul və 
milli gəlirin istehsalı, bölgüsü, mübadiləsi və onlardan istifadə edilmə­
sinin qanunauyğunluqlarını aşkara çıxarmışdır.
Sosial-iqtisadi statistika dövlətin əlində iqtisadiyyatın idarə olunması 
və bir sıra problemlərin həll edilməsi üçün çox mühüm vasitədir. Sosial- 
iqtisadi statistikada hadisə və prosesləri səciyyələndirən göstəricilər 
onların mahiyyətinin aydınlaşdırılması üçün həlledici əhəmiyyətə 
malikdir. Çünki hər bir statistik rəqəmin arxasında milyonlarla adamın 
əməyi durur. İqtisadi nəzəriyyə məhz sosial-iqtisadi statistikaya 
əsaslanmaqla iqtisadiyyatın inkişaf qanunauyğunluqlarını aşkara çıxarır. 
Sosial-iqtisadi statistika da öz növbəsində iqtisadi nəzəriyyənin əsas 
müddəalarına əsaslanmaqla müəyyən zaman və məkan daxilində konkret 
iqtisadi hadisə və proseslərin dinamikasını, onların strukturunu və 
aralarındakı qarşılıqlı əlaqələri aşkara çıxarır və öyrənir.
Ölkəmiz dünyada gedən qloballaşma proseslərinə qoşulduğuna və 
İnteqrasiya əlaqələrində fəal iştirak etdiyinə görə iqtisadiyyatımızı səciy­
yələndirən makroiqtisadi göstəricilər sistemi də ölkələrin böyük əksəriy­
yətində istifadə olunan sistemə-milli hesablar sisteminə-uyğunlaşdırılır. 
Bu prosesin nəzəri əsaslarını bazar iqtisadiyyatının fəaliyyət mexanizmini 
əks etdirən müasir konsepsiyalar və kateqoriyalar təşkil edir. Ona görə də 
MHS-ni həm də bazar iqtisadiyyatının makrostatistik modeli adlan­
dırırlar.
MHS inkişaf etmiş bir sıra ölkələrdə XX əsrin 30-cu illərinin axır­
larında, rəsmi statistikada isə ikinci dünya müharibəsindən sonra (ABŞ, 
İngiltərə, Almaniya, Fransa, Skandinaviya ölkələri) meydana gəlmişdir. 
MHS-nin quruluşu makroiqtisadi hesablamalarda iki istiqamətin birləş­
miş nəticəsindən ibarətdir. Bunlardan biri milli gəlirin, digəri isə tənzim­
lənən bazar iqtisadiyyatı mexanizmində iqtisadi silsilənin öyrənilməsi ilə 
əlaqədardır. Birinci istiqamət K.Klark, S.Kuznets, A.Marşall kimi iqtisad­
çıların, ikinci istiqamət isə keçən əsrin dahi iqtisadçısı C.M.Keynsin adı 
ilə bağlıdır. Bəzi iqtisadçılar Keynsi makroiqtisadi təhlil sahəsində milli 
hesabdarlığın “nəzəri atası” hesab edirlər.
MHS-nin inkişaf etdirilməsində Keynsin yaxın silahdaşı R.Stounun,
C.Hiksin, P.Xillin, Nobel mükafatı laureatı Y.Tinbergenin, R.Frişin, 
V.Leontyevin böyük xidmətləri olmuşdur.
Dövlətin iqtisadi və sosial siyasətinin əsas müddəaları-iqtisadi artım, 
iqtisadiyyatın strukturu, əhalinin həyat səviyyəsi, inflyasiya, büdcə kəsiri, 
dövlət borcu problemləri, xarici iqtisadi əlaqələrin genişlənməsi və i. a. 
öz əksini MHS-nin göstəricilərində tapır. Şirkətlər, xüsusilə də iri biz­
21


neslər özlərinin strategiya və taktikalarını işləyib hazırlayarkən MHS-nin 
məlumatlarından istifadə edirlər.
Ayrı-ayrı ölkələr arasında əməkdaşlığın həyata keçirilməsinə cavab­
deh olan beynəlxalq təşkilatlar da MHS-nin məlumatlarına maraq gös­
tərirlər. Çünki bu təşkilatlar həmin məlumatlardan istifadə etməklə onla­
rın kreditləşdirilməsi, habelə xarici iqtisadi fəaliyyətlərinin əlaqələndi­
rilməsinə nəzarət edirlər.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin