Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə12/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   262
2-ci movzu demoqrafiya

“Statistika nəzəriyyəsi” 
haqqında
15


mükəmməl biliyə malik olduqları nəzərə alınmışdır. Çünki elə məsələlər 
vardır ki, onların öyrənilməsi statistika nəzəriyyəsi fənninin predmetinə 
aid olsa da, onlardan sosial-iqtisadi statistikada da müəyyən dərəcədə 
bəhs olunur. Bunlara sosial-iqtisadi hadisələrin, reqressiya göstəricilə­
rinin hesablanması metodologiyası və s. misal ola bilər. Ölkəmizdə müa­
sir dövrdə sosial-iqtisadi statistikanın bazar iqtisadi sisteminə uyğunlaş­
dırılınası prosesi gedir. Burada əsas məqsəd statistikada beynəlxalq 
standartlara keçilməsi və onlardan istifadə olunmasından ibarətdir. Bey­
nəlxalq standartlar dedikdə, beynəlxalq iqtisadi təşkilatların tövsiyələrin­
dən istifadə olunması nəzərdə tutulur. Məsələn, 1993-cü ildə BMT-nin 
Statistika Komissiyası tərəfindən bəyənilmiş milli hesablar sistemi, 
Beynəlxalq Valyuta Fondunun tövsiyələri beynəlxalq standartlardır. Bu 
standartlara keçilməsi: 1) dünya təcrübəsində sınaqdan çıxmış və bazar 
iqtisadiyyatının təhlil olunmasına imkan verən göstəricilərdən istifadə 
olunmasını təmin edir; 2) məlumatların beynəlxalq miqyasda müqayisə 
edilməsinə imkan verir.
Beləliklə, dərslikdən istifadə edən oxucular müasir iqtisadi-statistik 
ədəbiyyatda, statistika orqanlarının iqtisadiyyatın inkişafına dair məlu­
matlarında, hökumətin sosial-iqtisadi inkişaf proqramlarında, kütləvi in­
formasiya vasitələrində geniş istifadə olunan ən mühüm göstəricilərin 
məzmunu, onların hesablanması qaydası ilə yaxından və ətraflı tanış 
olmaq imkanı qazanacaqlar. Bunlar Ümumi daxili məhsul və milli gəlir, 
inflyasiya və pul kütləsi, əhali gəlirləri və xərcləri, daxili və xarici inves­
tisiyalar, hökumətin daxili və xarici borcu, ticarət və tədiyə balansı, əm­
təə, əmək və fond bazarlarında vəziyyət, əhalinin həyat səviyyəsi göstəri­
ciləri, təbii resurslardan istifadə, ətraf mühitin mühafizəsi və s. ibarətdir.
Sosial-iqtisadi statistika yüksək biliyə və intellektual səviyyəyə, dün­
yanın qabaqcıl ali məktəblərində hazırlanan kadrlarla rəqabət aparmaq 
qabiliyyətinə malik olan, iqtisadi informasiyaları təhlil edib nəticə çıxar­
mağı və müvafiq qərarlar qəbul etməyi bacaran, səmərəli təklif və tövsi­
yələr verən iqtisadçı kadrların hazırlanmasında çox mühüm rol oynayır. 
Və müasir şəraitdə onun əhəmiyyəti və rolu daha da artmışdır. Bu isə 
təsadüfi deyildir. Çünki təcrübə göstərir ki, nəzəri iqtisad elmlərinin qa­
nun və kateqoriyalarının mahiyyətini dərindən bilməklə yanaşı, cəmiy­
yətdə baş verən sosial-iqtisadi hadisə və proseslərin təhlil olunması və 
onların inkişaf meyillərinin proqnozlaşdırılmasında iqtisadi-statistik me-
16
todlardan, ümumiləşdirici göstəricilərdən məharətlə istifadə etməyi baca­
ran iqtisadçılar bazar təsərrüfatına xas olan qanunauyğunluqları daha 
yaxşı dərk edir və yaranmış vəziyyətdən tez çıxış yolu tapa bilirlər.
Hazırda ölkəmizin demək olar ki, bütün universitetlərində iqtisadiy­
yat, mühasibat uçotu və audit, biznesin təşkili və idarəedilməsi, menec­
ment ixtisasları üzrə mütəxəssislər hazırlanır. Və bu ixtisasların hamısı 
üzrə hazırlanmış dövlət standartlarında statistika fənni özünəməxsus 
xüsusi yer tutur. Odur ki, statistikanın ayrı-ayrı bölmələri, o cümlədən 
sosial-iqtisadi statistika fənni üzrə bir sıra dərslik və dərs vəsaiti yazılmış, 
iqtisadiyyat və idarəetmə ixtisaslarında təhsil alan tələbələrin istifadəsinə 
verilmişdir. Əlbəttə, bunlar təqdirəlayiqdir və xeyirxah iş gördüklərinə 
görə onların müəllifləri alqışlanmalıdır. Lakin təcrübə göstərir ki, elmin 
eyni bir sahəsi üzrə bir neçə dərslik və dərs vəsaitinin olması, yəni alter­
nativlik yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında çox böyük rol 
oynayır. Digər tərəfdən, qeyd etmək lazımdır ki, ölkəmizdə indiyədək bu 
^ sahədə Azərbaycan dilində nəşr olunmuş dərslik və dərs vəsaiti ya azlıq 
^5 edir, ya köhnəlmiş, yaxud da yüksək ixtisaslı mütəxəssislər hazırlanması 
^
haqqında qarşıya qoyulmuş vəzifələrlə həmahəng səslənmir. Dərsliyin 
yazılmasını zəruri edən səbəblərdən biri də budur.
Dərsliyi yazmaqda məqsəd tələbələrdə iqtisadi təfəkkürün forma­
laşmasında statistikanın oynadığı rolu aydınlaşdırmaqdan ibarətdir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin